Bu gün Bakı şəhər Qaradağ rayonu Lökbatan qəsəbəsi yaxınlığında yerləşən Lökbatan palçıq vulkanında püskürmə baş verib.
GundemXeber.Az-ın Geologiya və Geofizika İnstitutundan aldığı məlumata görə, bu, güclü püskürmədir. Qeyd edilir ki, “Gurultulu səslə başlamış vulkan püskürməsi zamanı alov müşahidə olunyıb.
Müvafiq qurumların əməkdaşları hadisə yerinə yollanıb.
Məlumat üçün bildiririk ki, dünyanın ən intensiv püskürən palçıq vulkanlarından olan Lökbatan palçıq vulkanının qeydə alınan ilk püskürməsi 1829-cu ilə təsadüf edir. Bu tarixdən indiyədək vulkan 27 dəfə püskürüb, sonuncu püskürmə isə 2018-ci ildə baş verib.”
Sorğu
Yeni dizaynımız necədir?