Gundemxeber.az » Ölkə » Cəmiyyət » Səhiyyə Nazirliyinin 6 milyonluq tenderini bu şirkət uddu – Vergi borcu var
Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinin keçirdiyi tender müsabiqəsinin qalibi “Albatros Heltkeyr” MMC olub.
Gundemxeber.az xəbər verir ki, Mərkəz müalicə-profilaktika müəssisələrinin təminatı üçün zəruri olan və Tədbirlər proqramları üçün nəzərdə tutulmuş dərmanların, diaqnostik, laborator və digər tibbi təyinatlı vasitələrin, ləvazimatların və materialların satınalınması xidmətinə görə MMC-yə 6 milyon 134 min 126 manat 68 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, 10 min ABŞ dolları nizamnamə kapitalı olan “Albatros Heltkeyr” MMC-nin qanuni təmsilçisi Ağalarov Anar Fazil oğludur. Şirkət 8 iyul 2005-ci ildə dövlət qeydiyyatına alınıb.
Qeyd edək ki, 12 avqust tarixinə olan məlumata görə, “Albatros Heltkeyr” MMC-nin dövlət büdcəsinə 28 min 486 manat 97 qəpik vergi borcu var.
Xatırladaq ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə qadağandır.
GUNDEMXEBER.AZ
24-09-2021, 13:21
5-08-2020, 15:58
6-10-2021, 15:47
18-08-2020, 16:54
7-07-2020, 11:46
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?