GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » İkinci paytaxtın birinci adamı olmağın məsuliyyəti

İkinci paytaxtın birinci adamı olmağın məsuliyyəti

Tarix: 16-08-2022, 09:17 Bölmə :Cəmiyyət Baxış: 1 561

Son illərdə dövlət rəhbərliyi tərəfindən ardıcıl və sistemli şəkildə aparılan məqsədyönlü və düşünülmüş islahatlar, atılan bütün addımlar haqlı olaraq Azərbaycanın “ikinci paytaxtı” hesab olunan Gəncə şəhərində də də hər bir sahədə böyük uğurların əldə olunmasına, iqtisadiyyatın dinamik surətdə inkişafına, insanların rifahının günü-gündən yaxşılaşmasına, sabitliyin möhkəmlənməsinə, yoxsulluğun azaldılmasına, işsizliyin aradan qaldırılmasına xidmət etmişdir.

Gəncə Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı çox hörmətli cənab Niyazi Bayramovun rəhbərliyi altında Gəncə şəhərində sosial və iqtisadi planda çox mühüm işlər görülür. Pandemiyanın və Vətən müharibəsinin sınaqlarına baxmayaraq, ötən iki-üç ildə şəhərin makroiqtisadi göstəriciləri qənaətbəxş olub, əhalinin məşğulluğunun təmini istiqamətində tədbirlər mütəmadi davam etdirilib, ərazidə abadlıq-quruculuq işləri qaydasında gedib, infrastruktur layihələri gerçəkləşdirilib.

Öz fəaliyyətini vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, müvafiq ərazinin əhalisinin rifahını yaxşılaşdırmaq naminə iqtisadiyyatın, sosial və mədəni sahələrin inkişafının təmin edilməsi, qanunçuluq, aşkarlıq və ictimai rəyin nəzərə alınması prinsipləri əsasında quran Gəncə şəhər  İcra Hakimiyyəti rayonun sosial-iqtisadi inkişafının monitorinqini və qiymətləndirilməsini həyata keçirir, ərazidə sənaye potensialının inkişafı sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak edir; yerli sosial-iqtisadi inkişaf proqramlarının hazırlanmasını təşkil edir, şəhərin sosial-iqtisadi və mədəni inkişafını təmin etmək məqsədi ilə ayrılan büdcə və digər maliyyə vəsaitinin təyinatı üzrə səmərəli istifadə olunmasına nəzarət edir, ərazidə hüquqi və fiziki şəxslər tərəfindən sərmayə qoyuluşu üçün şərait yaradır, sosial və istehsal infrastruktur obyektlərinin tikintisini və təmirini gerçəkləşdirir.


Düşərli təyinat


Gəncəlilər birmənalı bu qənaətdədirlər ki, möhtərəm Prezident İlham Əliyevin Sərəncamı ilə N.Bayramovun Gəncə ŞİH-nin başçısı vəzifəsinə təyin edilməsi Gəncə üçün düşərli olub. Bu təyinatdan ötən müddət ərzində şəhərdə bir çox yeniliklər baş verib. İlk dəfə olaraq Bakı-Gəncə sürət qatarı işə düşüb, habelə, Gəncə Avtomobil Zavodu İstehsalat Birliyində “E-321” markalı elektrobus və “PALESSE KZS-575” markalı taxılyığan kombayn konveyerdən çıxıb. Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının yeni binası, dünya standartlarına çavab verən İdman sarayı tikilib.

Əsas əlamətdar hadisələrdən biri Gəncənin 2019-cu ilin Avropa İdman Şəhəri seçilməsi olub. Gəncə bir sıra festivallara ev sahibliyi edib. Belə ki, “Bölgələrdən-bölgələrə” yaradıcılıq festivalının ilk ünvanı məhz qədim Nizami yurdu olub, “IMAGINE Avro” tolerantlıq festivalı çərçivəsində fransız fotoqrafı Nikolas Landemardın fotosərgisi nümayiş edilib.

N.Bayramovun fəaliyyəti dövründə Gəncə ilə xarici ölkələrin bir sıra şəhərləri arasında ikitərəfli əməkdaşlıq və dostluq əlaqələri yaranıb.

Ötən ili gəncəlilər üçün əlamətdar edən əsas hadisələrdən biri də möhtərəm cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci ilin Azərbaycanda "Nizami Gəncəvi İli" elan edilməsi oldu. Bu Sərəncam şəhər ziyalıları və ictimaiyyəti tərəfindən xüsusi rəğbətlə qarşılandı. Dahi mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə Gəncə bir sıra yerli və beynəxalq tədbirlərə ev sahibliyi etdi. Bu tədbirlərdə şəhərin sakinlərinin, xüsusilə aktiv gənclərinin yaxından iştirak etməsi olduqca təqdirəlayiq idi.


Bu ilin maraqlı tədbirlərindən biri II Milli Yaylaq Festivalı oldu. Festival 29-31 iyul tarixlərində Gəncədən 22 kilometr məsafədə, Hacıkənd qəsəbəsinə yaxın ərazidə yerləşən əsrarəngiz Xan yaylağında keçirildi. Ərazidə yaşayış yurdları (alaçıqlar), Cıdır Meydanı, "Yaylaq (k/t) bazarı", "Sənətkarlıq güşəsi", "Dədə Qorqud ocağı" (tamaşalar üçün səhnə), "Yaylaq yatağı" (k/t heyvanları üçün yerlər), "Pəhləvan meydanı" (yarış sahəsi), "Aşıq Ələsgər ocağı", "Yaylaq süfrəsi" (yaylaq kulinariyası) və digər müxtəlif mövzulu sahələr quruldu. Gəncə şəhər və Göygöl rayon icra hakimiyyətləri II Milli Yaylaq Festivalının rəsmi tərəfdaşları kimi hazırlıq işlərinə böyük dəstək verdilər.


Gəncədə vətəndaşların mövcud problemlərinin həllini sürətləndirmək məqsədilə səyyar qəbullar davam etdirilir


Gəncə ŞİH-nin başçısı N.Bayramov sakinlərlə səyyar görüşləri davam etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar görüşlər zamanı sakinləri narahat edən məsələlər yerində araşdırırlır. 

Torpaqlarımızın 30 illik işğaldan qurtulması ilə nəticələnən Vətən müharibəsində canlarını fəda etmiş şəhidlərimizin ailələri, qazilər, onların qayğı və problemləri şəhər rəhbərliyinin diqqət mərkəzindədir. Şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının ailələri Gəncə ŞİH-nin başçısı N.Bayramov tərəfindən mütəmadi olaraq ziyarət olunur.

Belə görüşlərdə Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti sayəsində xalqımızın Vətən müharibəsində qazandığı qələbədən danışılır, bu qələbə sayəsində 30 illik Vətən həsrətinə son qoyulduğu qeyd olunur. Cənab N.Bayramov 44 günlük Vətən müharibəsində düşmən üzərində qazanılan tarixi Qələbəyə görə şəhidlərə borclu olduğumuzu, onlarla daim qürur duyduğumuzu xüsusi vurğulayır. Ölkəmizdə şəhid və qazi ailələrinə böyük diqqət və qayğı göstərildiyini, bunun dövlət siyasətinin tərkib hissəsi olduğunu qeyd edən icra başçısı Gəncə şəhərində bu qayğının daimi olaraq davam etdiriləcəyini diqqətə çatdırır.


Görüşlərdə iştirak edən sakinlərin və həssas kateqoriyadan olan şəxslərin müraciətləri tək-tək dinlənilir. Müraciətlərin əsasını şəhid adının əbədiləşdirilməsi, mənzil uçotuna götürülmə, maddi yardımın göstərilməsi, fərdi yaşayış evinin təmiri, dərman preparatlarının verilməsi və digər məsələlər təşkil edir. 

Səsləndirilən müraciətlərin bir çoxu yerindəcə öz həllini tapır, digərlərinin araşdırılaraq qanunamüvafiq formada həlli üçün adiyyətı üzrə tapşırıqlar verilir.

Sakinlər, o cümlədən şəhid ailələri, qazilər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə edirlər.


Şəhər təsərrüfatı saat mexanizmi kimi işləyir


Şəhərdə yolların bərpasına xüsusi diqqət yetirilir. Əsasən şəhərin avtomobil yollarının tikintisi, yenidən qurulması və əsaslı təmiri işləriaparılır, küçələrdə köhnə işıq dirəkləri yenisi ilə əvəz edilir. Həmçinin, əhalinin mənzil şəraitinin yaxşılaşdırılması və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə yanaşı, 3, 4 və 5 mərtəbəli çoxmənzilli binaların dam örtüyünün təmiri işləri sürətlə davam etdirilir, bu günə qədər ayrılmış vəsait hesabına çoxmənzilli binanın dam örtükləri təmir edilib, binalarda istismara yararsız liftlər yenisi ilə əvəz edilir. Şəhərdə genişmiqyaslı abadlıq-quruculuq işləri ilə yanaşı piyadaların və avtomobillərin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində müəyyən işlər icra olunur.

Hər gün ərzində şəhərin müxtəlif ərazilərində mütəmadi olaraq təmizlik və abadlıq işləri aparılır. Belə ki,  yaşıllıqlara xüsusi qulluq göstərilir, ağac və gül kolları əkilir, işıq dirəkləri yuyulur və rənglənir, istifadə müddəti bitmiş lampalar yeniləri ilə əvəz olunur, çoxmənzilli yaşayış binalarının fasadları təmir edilir, dayanacaq və köşklər yuyulur, ünvan lövhələri yenilənir. Eyni zamanda, şəhərdə mütəmadi olaraq qanunsuz tikintilərə qarşı reydlər keçirilir. Bir sözlə, şəhər təsərrüfatı saat mexanizmi kimi işləyir.


“Yaşıl şəhər” layihəsi uğurla həyata keçirilir


Avropa Yenidənqurma və İnkişaf Bankının Gəncədə həyata keçirdiyi "Yaşıl şəhər" layihəsi uğurla həyata keçirilir. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı N.Bayramov Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndə heyəti ilə görüşür, layihəsi ətrafında müzakirələr aparır.

Xatırladaq ki, 2020-ci ildə Gəncə Azərbaycanın ilk şəhəri olaraq "Yaşıl şəhər" layihəsinə qoşulub. N.Bayramov Gəncə sakinləri üçün önəmli hadisə olan bu layihənin həyata keçirilməsiə öz dəstəyini əsirgəməir. Ümidvarıq ki, "Yaşıl Şəhər" layihəsi Gəncə şəhərinə ən aktual ekoloji problemləri və iqlim dəyişikliyi risklərini müəyyən etmək və prioritetləşdirməkdə kömək edəcək. Qeyd edək ki, layihə üç mərhələdən ibarətdir: Bunlar bərk məişət tullantılarının idarə edilməsi, şəhərin küçə işıqlandırma sisteminin və ictimai nəqliyyatın yenilənməsi. İlkin mərhələdə Gəncənin məişət tullantıları poliqonunun ətrafının hasarlanmasının və  yaşıllıq zolaqlarının salınmasının nəzərdə tutulub.


Şəhər rəhbəri gəncəli gənclərin böyük dostudur


Cənab N.Bayramov hələ daha əvvəl Mingəçevirdə rəhbər vəzifədə işlədiyi dönəmdə də gənclərin yaxın dostu kimi tanınmışdır. Niyazi müəllim eyni istiqanlı münasibəti indi gəncəli gənclərlə saxlayır. 

Bu ilin aprel ayında "İslahatçı Gənclər" İctimai Birliyinin üzvləri "Dini radikalizm və ekstemizmə qarşı mübarizədə gənclərin rolunun artırılması" layihəsi çərçivəsində Gəncə şəhərinə səfərləri çərçivəsində şəhər rəhbəri ilə görüşüblər. Görüşdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov,  başçının birinci müavini Səməd Tomuyev, başçının müavini Adil Tağıyev, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazov, Birliyin sədr müavini, "http://Azxeber.com" Media Qrupunun rəhbəri Hacıbəy Heydərli, tanınmış politoloq Əhməd Şahidov iştirak ediblər. Səmimi söhbət şəraitində keçən görüşdə Niyazi Bayramov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan gənclər siyasətindən, onlara göstərilən diqqət və qayğıdan bəhs edib. O qeyd edib ki, Prezident İlham Əliyevin gənclər siyasətinin mərkəzində bir əsas xətt dayanır ki, bu da Azərbaycan gənclərinin Vətənə sədaqət ruhunda tərbiyə edilməsidir. Sonra "İslahatçı Gənclər" İctimai Birliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov gənclərin təşəbbüsünün dəstəklənməsinə və dövlət gənclər siyasətinin uğurla icrasına verdiyi dəstəyə görə, "Gənclərin Dostu" Milli Mükafatı Fəxri Diplomu ilə təltif edilib. Bu dəyərləndirmə bir qədirşünaslıq nümunəsi kimi gəncəli gənclər tərəfindən çox müsbət qarşılanmışdır.


Kiçik və orta sahibkarlığın inkişafına dəstək verilir


Ölkədə sahibkarlığın inkişafı ilə bağlı aparılan işlər - biznes mühitinin təkmilləşdirilməsi, maliyyə mənbələrinə, o cümlədən altenativ maliyyələşmə mənbələrinə çıxışın təmin edilməsi, biznes xidmətlərinin genişləndirilməsi, sahibkarlar arasında təmasların təşkil edilməsi böyük iqtisadi potensiala malik Gəncə-Daşkəsən iqtisadi regionunda da iş adamlarının fəaliyyətinə stimul verib.

Gəncədə tarixən sahibkarlıq ənənəsi olub. Hətta sovet dövrü də şəhərdə sahibkarlığın təzahürləri özünü göstərib. İndi həmin ənənə müasir dövrün tələblərinə uyğun surətdə davam etdirilir.

Gəncədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi istehsal və emal sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə görüşlər keçirilir. Belə tədbirlərin məqsədi sahibkarların dövlətin dəstək mexanizmləri, KOBİA və sahibkarlara dəstək göstərən digər qurumların fəaliyyəti və göstərdikləri xidmətlər barədə məlumatlandırmaq, onlar arasında əməkdaşlığı təşviq etməkdir. Görüşlərdə sahibkarları maraqlandıran suallar cavablandırılır, müxtəlif fəaliyyət sahələri üzrə bir sıra təkliflər səsləndirilir. Yerli sahibkarlar KOBİA-nın dəstəyi ilə “Sahibkar Klubu” yaradıblar.

Vaxtaşırı keçirilən “KOB Fest” sərgi-satış yarmarkalarında Gəncə şəhərinin və ətraf rayonların KOB subyektləri tərəfindən istehsal edilən qida və qeyri-qida məhsulları, eləcə də sənətkarların, yaradıcı şəxslərin əl işləri nümayiş olunur və satışı həyata keçirilir. “KOB Fest” çərçivəsində həmçinin, bölgədə fəaliyyət göstərən KOB-ların xidmətləri təqdim olunur, sahibkarlar arasında əməkdaşlığın genişləndirilməsi üçün ikitərəfli görüşlər keçirilir, biznes xidmətlər göstərilir, mədəni-əyləncəli proqramlar təşkil edilir. Məqsəd Gəncə və ətraf rayonların KOB subyektləri tərəfindən istehsal olunan məhsulların satışına dəstək olmaq, yerli məhsulların tanıdılması, eləcə də istehsalçılar və təchizatçılar arasında əlaqələrin genişləndirilməsidir.

Ötən ilin sonunda yaradılmış Gəncə İş Adamları İctimai Birliyi də məqsədi Gəncə şəhərində fəaliyyət göstərən sahibkarları vahid bir platforma ətrafında birləşdirmək, həm ölkə daxilində, həm xaricdəki Gəncəli iş adamlarını doğma şəhərlərinə də investisiya yatırmağa cəlb etməkdir. Digər tərəfdən sahibkarlara dəstək olmaq, onların biznes üçün yaradılan imkanlara çıxışına nail olmaqdır. Qeyd edək ki, adı çəkilən İctimai Birlik Azərbaycan Sahibkarlar Konfederasiyasının regional biznes-forumlarında birgə fəaliyyət göstərmək barədə razılıq əldə edib.

Gəncə Şəhər İcra Hakimiyyəti, şəxsən Niyazi müəllim bu proseslərə dəstək verir, hər cür köməyə hazır olduğunu bildirir.

***

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı cənab Niyazi Bayramova rayonun tərəqqipərvər vətəndaşları bacarıqlı rəhbər kadr kimi inanır, hörmət bəsləyirlər. Ona işi düşən, qəbulunda heç kəs naümid qayıtmır. 

Niyazi müəllimin işlədiyi vəzifələr onu deyil, o, tutduğu vəzifələri hörmətə mindirib. Əminik ki, “ikinci paytaxtın birinci adamı” olmağın məsuliyyətinin altına çiyinlərini vermiş Niyazi müəllimin düşərli rəhbərliyi altında Gəncənin əmək kollektivləri və sakinləri qəbul edilmiş Dövlət Proqramlarında müəyyən olunmuş  iqtisadi inkişaf hədəflərinin təmin olunması, nəzərdə tutulmuş bütün işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi, qazanılmış uğurların daha da artırılması üçün əzmlə çalışacaq, şəhərin inkişaf etdirilməsi və abadlaşdırılması naminə  üzərlərinə düşən vəzifələri bundan sonra da məsuliyyətlə yerinə yetirəcəklər.


Şirin CƏFƏRİ


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gəncənin icra başçısı postunda dəyişiklik GÖZLƏNİLİR

    Gəncənin icra başçısı postunda dəyişiklik ...

    29-06-2018, 14:39

  • 
  •  Gəncə Şəhər İcra Hakimiyyətində iki yeni təyinat olub

     Gəncə Şəhər İcra Hakimiyyətində iki yeni ...

    13-02-2021, 12:55

  • 
  • Gəncə Şəhər İcra Hakimiyyətinə 11 milyon manat ayrılıb - SƏRƏNCAM

    Gəncə Şəhər İcra Hakimiyyətinə 11 milyon manat ...

    4-03-2019, 13:14

  • 
  • Gədəbəy dinamik inkişaf yolunda

    Gədəbəy dinamik inkişaf yolunda ...

    18-10-2019, 20:06

  • 
  • İlham Əliyev Təzəpir məscidinin ətrafında görülən abadlıq-quruculuq işləri ilə tanış oldu

    İlham Əliyev Təzəpir məscidinin ətrafında görülən ...

    15-11-2018, 12:53


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu