İran bazar ertəsi ABŞ-ı sanksiyaların yüngülləşdirilməsi müqabilində İranın nüvə proqramını məhdudlaşdıran razılaşmaya qayıtmaq üçün danışıqları yubatmaqda ittiham edib.
İranın Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kanani Avropa İttifaqı tərəfindən hazırlanmış mətnə dair İranın şərhlərindən danışarkən ABŞ-ın reaksiyasını “süründürməçilik” adlandırıb.
ABŞ və Avropa İttifaqı İranın reaksiyasını keçən həftədən nəzərdən keçirir.
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays cümə axşamı jurnalistlərə bildirib ki, araşdırma “davam edir”.
Birləşmiş Ştatlar 2018-ci ildə o zamankı Prezident Donald Trampın sazişin İran üçün çox əlverişli olduğunu deməsi ilə rəsmi olaraq Birgə Hərtərəfli Fəaliyyət Planı kimi tanınan sazişdən çıxmışdı.
İran ABŞ-ın sazışdən çıxmasına və yeni sanksiyaların tətbiqinə cavab olaraq, razılaşmaya əsasən tələb olunan öhdəliklərindən imtina edib və zənginləşdirilmiş uranın miqdarı ilə bağlı limitləri aşaraq, nüvə obyektlərində daha təkmilləşmiş sentrifuqalar hazırlayıb.
Ağ Evin bəyanatında deyilir ki, ABŞ Prezidenti Co Bayden bazar günü Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Boris Conson və Almaniya kansleri Olaf Şolzla telefon danışığı aparıb. Liderlər “İranın nüvə proqramı ilə bağlı davam edən danışıqları, bu sahədə tərəfdaşlara dəstəyin gücləndirilməsi zərurətini, Yaxın Şərq regionu və İranın sabitliyi pozan regional fəaliyyətinin qarşısını almaq və məhdudlaşdırmaq üçün birgə səyləri müzakirə edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?