İran diplomatları ABŞ prezidentinin Tehranın nüvə fəaliyyətlərini məhdudlaşdıran razılıqdan çıxacağını gözlədiklərini bildirir.
Avropa hökumətlərinin lobbiciliyini gücləndirməsini istəyən İran rəsmiləri, xüsuslə də razılığın əldə edilməsinə yardım edən Fransa, Britaniya və Almaniyanın Tramp administrasiyasının sazişdən çıxmamasına təsir göstərəcəyinə ümid edir.
Tehran Avropa hökumətlərini Vaşinqtonun yeni sanksiyalarına dəstək verməməyə çağırıb.
Birləşmiş Ştatlar prezidenti Donald Tramp Milli Təhlükəsizlik Şurasına İranın nüvə proqramı ilə bağlı beynəlxalq sazişi nəzərdən keçirməyə və bu ölkəyə qarşı qoyulan sanksiyaların ləğvinin ABŞ-ın milli təhlükəsizlik maraqlarına təsirini qiymətləndirməsinə dair göstəriş verib.
Bu yaxınlarda ABŞ dövlət katibi Reks Tillerson deyib ki, İran 2015-ci ildə əldə olunan rüvə razılığının gözlənitlərindən geridə qalır.
Beynəlxalq müfəttişlər İranın nüvə proqramını məhdudlaşdırmaq tələblərini yerinə yetirdiyini bildirsə də, Tillerson İranın ballistik raket proqramı və Suriya prezidenti Bəşər Əl-Əsədə dəstəyinə işarə edərək deyib ki, İran regional sülh və təhlükəsizliklə bağlı maddələri pozur.
BMT və Amerika Birləşmiş Ştatları kimi də ayrı-ayrı ölkələr İranın nüvə silahı ambisiyalarına son qoyması məqsədilə Tehrana qarşı iqtisadi sanksiyalar tətbiq edib.
Birləşmiş Ştatların İrana qarşı kəskin iqtisadi sanksiyaların tətbiq edilməsinə yol açan beynəlxalq səylər İranın qlobal neft bazarlarına çıxışını məhdudlaşdırıb. Sanksiyalar İslam rejiminin nüvə silahı əldə etməsi səylərini əngəlləmək mahiyyəti daşıyır./amerikaninsesi.org
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?