Avqustun 22-dən 24-dək Bakıda ABŞ Energetika Nazirliyinin Milli Nüvə Təhlükəsizliyi Administrasiyası və ABŞ Dövlət Departamentinin İxrac Nəzarəti və Əlaqəli Sərhəd Təhlükəsizliyi proqramı Azərbaycanda yerli tərəfdaşları ilə seminar keçirib.
ABŞ Səfirliyinin məlumatında deyilir ki, əmtəələrin təhlili və tətbiqinə dair keçirilən bu seminar nüvə potensialını artırmaqda maraqlı olanlar tərəfindən axtarılan potensial ixraca nəzarət edilən malların daşınmasını dayandırmaq üçün birlikdə işləməyə kömək edir.
“ABŞ Nüvə Silahının Yayılmaması ilə bağlı qlobal problemi həll etmək məqsədilə Azərbaycanın Dövlət Gömrük Komitəsi ilə tərəfdaşlıq edir,” məlumatda qeyd edilir.
Sorğu
Yeni dizaynımız necədir?