Bakıda Azərbaycan hərbi qulluqçularına ABŞ Avropa Komandanlığı seminar keçirir.
Müdafiə Nazirliyi bu gün, aprelin 4-də yaydığı məlumatda bildirir ki, seminarı ABŞ-ın Avropadakı Quru Qoşunları komandanlığının (USAREUR) ekspertləri keçirirlər. "Sülhməramlı əməliyyatlar zamanı hərbi qərar qəbuletmə prosesi" mövzusunda keçirilən seminarda onlar sülhməramlı mühitə uyğunlaşdırılan hərbi qərar qəbuletmə prosesi və başqa mövzularda brifinqlər təqdim etməlidirlər.
Aprelin 5-dək davam edəcək seminara Azərbaycan Ordusunun hərbi qulluqçuları qatılıblar.
Xatırlatma
2002-ci ildən Azərbaycan hərbi qulluqçuları Əfqanıstandakı sülhməramlı missiyanın tərkibində fəaliyyət göstərirlər. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin 120 nəfərdən ibarət hərbi qulluqçusu Əfqanıstandadır. Bundan başqa, Azərbaycan Ordusunun 2 hərbi həkimi və 6 qərargah zabiti «Qətiyyətli dəstək» qeyri-döyüş missiyasında iştirak edir. Azərbaycanın Əfqanıstandakı missiyası əvvəllər daha kiçik tərkibdə - 94 nəfərlik heyətdə idi. Ancaq 2018-ci ildən etibarən sülhməramlı heyət üzvlərinin sayı artırılıb.
Sorğu
Yeni dizaynımız necədir?