Bakıda restoranlardan birində ölüm hadisəsi baş verib.
Gundemxeber.az xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Bakının Səbail rayonu ərazisində yerləşən “Min bir gecə” restoranında qeydə alınıb. Orada istirahət edən, 1976-cı il təvəllüdlü Renat Səttarov qəfil ölüb. Onun ölüm səbəbi hələlik məlum deyil. Faktla bağlı müvafiq ekspertizalar təyin edilib, araşdırmalar davam etdirilir. Qeyd edək ki, “Min bir gecə” restoranı sabiq deputat Hüseynbala Mirələmova məxsusdur.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?