Bakının tanınmış biznes mərkəzində ölüm hadisəsi baş verib. Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə “Caspian Plaza”da qeydə alınıb. Orada yerləşən şirkətlərdən birinin layihə rəhbəri, Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Urfan Zaman oğlu Səfərov iş yerində qəfildən dünyasını dəyişib. Ölümün səbəblərini müəyyənləşdirməkdən ötrü tibbi ekspertiza təyin olunub. Faktla bağlı araşdırma aparılır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?