GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Keçmiş deputat gecə ilə qanunsuz bina tikdirir - İDDİA + FOTO

Keçmiş deputat gecə ilə qanunsuz bina tikdirir - İDDİA + FOTO

Tarix: 1-09-2022, 10:19 Bölmə :Cəmiyyət Baxış: 283


Bakı şəhərində vətəndaşlar yaşadıqları evin yaxınlığında məsafə olmadan inşa edilən tikintidən narazıdırlar. 

Gundemxeber.az bildirir ki, bu barədə oxu.az-a ərazidə yaşayan sakinlər müraciət ediblər.

Onlar bildiriblər ki, ərazidə təhlükəsizlik qaydalarına əməl edilmədən bina inşa edilir:

“Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 998-ci məhəllə ünvanında yerləşən, 19 mərtəbəli yaşayış kompleksindən üç-beş metr aralıda, qanunları və normativ aktları, eyni zamanda, tikinti, təhlükəsizlik və şəhərsalma qaydalarını kəskin şəkildə pozan, sənədi olmayan doqquzmərtəbəli bina inşa edilir.

Bu tikinti insanların yaşadığı mənzillərin eyvan və pəncərələrindən cəmi üç-beş metr aralıda, üzbəüzdə inşa edilir. Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli qərarının 9-cu bəndinə əsasən, binalar arasındakı məsafə bina hündürlüyünün 0,6 hissəsindən az olmamalıdır. Bizim yaşadığımız 19 mərtəbəli binanın hündürlüyü 70 metr təşkil edirsə, onun fasadına ən yaxın bina ən azı 42 metr aralıda tikilməlidir”.

Şikayətçilər qeyd ediblər ki, faktla bağlı binanın sakinləri və kompleksin nümayəndələri tərəfindən dəfələrlə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə, Nəsimi Rayon İcra Hakimiyyətinə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət ediblər:

“Həmin təhlükə yaradan obyektin qanun çərçivəsində təcili şəkildə aradan qaldırılmasına dair müraciətimizə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma İdarəsi cavab verib.

Cavabda bildirilib ki, Bakı Şəhər Memarlıq və Şəhərsalma İdarəsi yuxarıda adı çəkilən qeyri-qanuni tikinti barəsində məlumatlıdır və “Dövlət Şəhərsalma Nəzarətinin Həyata Keçirilməsi Qaydaları”nın tələblərinə uyğun zəruri tədbirlərin görülməsi Nəsimi Rayon İcra Hakimiyyətinə və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə tapşırılıb.

Bütün bunlara baxmayaraq, qanunsuz tikinti hələ də yerində toxunulmaz olaraq qalır, tikinti işləri isə istirahət və bazar günləri gecə saatlarında səs-küylü şəkildə yenə də aparılır”.

Vətəndaşlar iddia ediblər ki, tikinti keçmiş deputat Əsabil Qasımova məxsusdur və müvafiq icazə Nəsimi Rayon İcra Hakimiyyətindən alınıb:

“Niyə qanunsuz tikintini aparan şəxs öz ölkəsinin qanunlarına, təhlükəsizlik qaydalarına, dövlət orqanlarına, ictimaiyyətə belə vicdansız münasibət nümayiş etdirir? Necə olur ki, beş aydır dövlət qurumları qeyri-qanuni tikintinin qarşısını ala bilmirlər?”

Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən tikintinin davam etdirilməməsi barədə qərar verilib:

“Nəsimi rayonu, Abbas Səhhət küçəsi 13 K ünvanında fiziki şəxsə məxsus özəl torpaq sahəsində məlumatlandırma icraatı çərçivəsində ikimərtəbəli fərdi yaşayış evinin tikintisi ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən agentliyə məlumat məktubu ünvanlanıb.

Məlumatlandırma çərçivəsində aparılan tikinti işləri təqdim edilmiş memarlıq planlaşdırma cizgilərindən kənara çıxdığına görə agentlik tərəfindən müvafiq göstəriş verilib. Həmin verilən göstərişə fiziki şəxs tərəfindən dörd ay ərzində əməl edilmədiyi üçün Tikinti Məcəlləsinə əsasən, agentlik tərəfindən tikinti işlərinin dayandırılması ilə bağlı qərar verilib”.

Məsələ barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə əlaqə saxladıq.

Komitədən Oxu.Az-a bildirilib ki, qanunsuz tikinti barədə qurumlara məktub göndərilib:

“Həmin ünvanda mülkiyyətdə olan 600 kvadratmetr torpaq sahəsində şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri pozulmaqla 420 kvadratmetr sahədə yaşayış evinin inşa edilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Bakı Şəhər Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən Nəsimi Rayon İcra Hakimiyyəti, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib. Bu günədək heç bir tədbir görülməyib”.

Nəsimi Rayon İcra Hakimiyyətindən isə sorğumuza cavab verilmədi. 


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda 7-mərtəbəli eyni görkəmli bina inşa olunacaq

    Bakıda 7-mərtəbəli eyni görkəmli bina inşa ...

    27-11-2013, 05:46

  • 
  • ATV-nin keçmiş prezidenti qanunları belə pozur - NARAZILIQ...

    ATV-nin keçmiş prezidenti qanunları belə pozur - ...

    25-08-2020, 13:34

  • 
  • Bakının mərkəzində 3 mərtəbəli bina yandı

    Bakının mərkəzində 3 mərtəbəli bina yandı ...

    4-02-2014, 12:05

  • 
  • İnşa edilən bina çökdü: Yaralananlar var

    İnşa edilən bina çökdü: Yaralananlar var ...

    2-07-2021, 13:25

  • 
  • Bakıda beş- və doqquzmərtəbəli binalar sökülür

    Bakıda beş- və doqquzmərtəbəli binalar sökülür ...

    11-12-2013, 02:20


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu