Türk dili haqları müdafiəçisi Əlirza Fərşi məhkəmədən çağırış bildirişi aldıqdan sonra sentyabrın 14-də Evin həbsxanasına köçürülüb.
İnsan haqları üzrə fəaloyyət göstərən HRA xəbər agentliyinin məlumatına görə, gözünün müalicə prosesi tamamlanmamış Əlirza Fərşi həbsxanaya qayıtmaq məcburiyyətində qalıb.
Elektron qandalla həbsxanadan kənar tibbi məzuniyyətdə olan cənab Fərşi həbsxanaya qayıtmazdan iki gün əvvəl məhkəməyə gedib və qandalını təhvil verib.
Türk dili ilə bağlı dinc fəaliyyətinə görə çoxsaylı və uzunmüddətli həbs məhkumluğu ilə üzləşən azərbaycanlı siyasi məhbus, məhkəməyə göndərdiyi məktubda öz sağlamlıq vəziyyətini izah edərək, məhkəmənin həbsxanaya qayıtması ilə bağlı çıxardığı hökmü tənqid edib.
Fərşi məhkəməyə ünvanladığı məktubu öz instaqram səhifəsində paylaşıb. O, həmin məktubda həkimin əməliyyat olunan gözünün tikişlərinin çıxarılması üçün dekabrın 13-nə vaxt təyin etdiyini qeyd edib.
Fərş, həbsdə olarkən xəstələndiyini və ona 2-ci tip şəkərli diabet diaqnozu qoyulduğunu və həbsxana şəraitinin onun xəstəliyini daha da kəskinləşdirəcəyini bildirib.
Bölgədə fəaliyyət göstərən insan haqları müdafiəçilərinin sosial şəbəkələrdə yaydıqları məlumata görə, cənab Fərşi buynuz qişası nəqli əməliyyatından sonra müalicə prosedurlarını başa çatdırmamasına baxmayaraq, öncə özünü Böyük Tehran həbsxanasına təqdim edib, və oradan Evin həbsxanasına köçürülüb.
Bu siyasi məhbusun yaxınları onun göz əməliyyatının yaralarının hələ tam sağalmadığını və həbsxananın qeyri-sanitar şəraitinə görə gözündə çirkləmə və infeksiyaya yoluxma ehtimalına görə narahat olduqlarını bildiriblər.
Bu ilin yanvar ayında cənab Fərşi gözlərinin müalicəsi üçün tibbi məzuniyyətə göndərilərək, və Tehrandakı xəstəxanaların birində buynuz qişasının transplantasiyası əməliyyatı keçirmişdi.
İran Azərbaycanında türk dil haqları uğrunda dinc fəaliyyətlərindən dolayı dəfələrlə həbs edilən cənab Fərşi, müxtəlif ittihamlardan suçlanaraq 2 il, 3 il 6 ay, 8 ay, 11 ay 15 gün həbs və 50 şallaq cəzasına, 2 il sürgünə və 2 il Tehran Bələdiyyəsində məcburi əmək cəzasına məhkum edilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?