Gundemxeber.az xəbər verir ki, həyat yoldaşının bacısına qarşı tərəfin xəbəri olmadan kəbin kəsdirdiyi iddia olunan məktəb direktoru AzVision.az -a danışıb.13 il Yardımlı rayon Arvana kəndində direktor işləyən Kamran İsayev yayılan məlumatın yalan olduğunu qeyd edib:
- Haqqımda deyilənlər şər, böhtandır. 3 qız köçürmüşəm, bir qızım evdədir, oğlum isə Kəlbəcərdə qulluq edir. Mən niyə belə addıma əl atım? Baldızımı kimsə öyrədib və məni şərləyirlər.
- "Şər, böhtan" deyirsiniz, bəs belə məlumatı niyə sizin haqqınızda yazsınlar? - Bunu mənə qarşı qərəzli şəkildə edirlər. Kənd yeridir, gözü götürməyən o qədər adam var. Kimsə indi belə edib.
- Baldızınız ailəlidir? - Xeyr, yoldaşından 3 il əvvəl ayrılıb, atasının evinə gəlib. Qaynatamgil qonşu kənddə qalır. Bizim onlara aidiyyatımız yoxdur. Baldızımın iki övladı var. Biri keçmiş ərindədir, biri isə özündədir. Uşağını da götürüb Bakıya gedib. - Həyat yoldaşınız, onun valideynləri bu hadisəyə nə deyir? - Qaynatam bizi biabır etdiyinə görə ona qarğış edir. Kiminsə öyrətməsi ilə bizi şərləyir. Həyat yoldaşımdan da polis izahat alıb və bacısının bu hərəkətini pisləyib. Mən hər gün işə gedib-gəlirəm. Günün ikinci yarısı təsərrüfat işlərilə məşğulam, sonra da evdə oluram. Məsələ araşdırılır. - Bu söhbətlərə necə son qoymaq istəyirsiniz? - Sosial şəbəkələrdə mənim haqqımda belə böhtan xarakterli məlumat yayanları, Mehriban Zeynalovanı məhkəməyə vermişəm. Həmçinin Təhsil Nazirliyinə də məlumat vermişəm. Yəqin ki, məhkəmədə hüquqi qiymət veriləcək və məsələyə birdəfəlik son qoyulacaq. Qeyd edək ki, hadisə barədə məlumatı "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova yayıb. O bildirib ki, “ər”indən qaçan qadın uşağını götürərək Bakıya gəlib.
Sorğu
Yeni dizaynımız necədir?