Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bakıda vəfat etmiş Vətən müharibəsi qazisi ilə vida mərasimi keçirilib
Şəhidlə vida mərasimi keçirilib...
Bakıda Vətən müharibəsi qazisi, sentyabrın 18-də vəfat etmiş I qrup əlil Elnur Səmədovla vida mərasimi keçirilib.
Mərasim qazinin yaşadığı evdə baş tutub.
Mərasimdə qazinin ailə üzvləri, yaxınları, döyüş yoldaşları və Xətai Rayon İcra Hakimiyyətinin (RİH) nümayəndələri iştirak ediblər.
E.Səmədovun atası Qalib Səmədov "Report"a bildirib ki, oğlu 2020-ci ildə Vətən müharibəsində iştirak edib və oktyabrın 25-də Qubadlı istiqamətində ayağından yaralanıb:
"Altı ay idi ki hərbi xidmətə başlamışdı. Ayağından iki dəfə əməliyyat olunub. 2022-ci ilin fevral ayında ona leykoz xəstəliyi diaqnozu qoyuldu. Rusiyaya, Moskva şəhərinə apardıq, 18 gün orada qaldı".
Qalib Səmədov
Q.Səmədov onu da bildirib ki, E.Səmədov Qubadlıda aldığı xəsarətlərdən sonra doqquz ay idi, xəstəlikdən əziyyət çəkirdi: "YAŞAT" Fondu tərəfindən Türkiyənin İstanbul şəhərinə müalicəyə göndərildi. Müalicə yaxşı gedirdi, son bir həftə səhhəti yenidən pisləşdi. Yenidən "YAŞAT" Fonduna müraciət etdik və yenə İstanbula müalicəyə göndərdilər. Ağır vəziyyətdə xəstəxanaya çatdırdıq, birbaşa reanimasiya yerləşdirdilər. Orada iki gün qaldıqdan sonra dünyasını dəyişdi".
Qeyd edək ki, E.Səmədov bu gün torpağa tapşırılacaq.
GUNDEMXEBER.AZ
22-12-2016, 21:54
26-02-2016, 12:07
14-10-2019, 10:38
21-09-2020, 15:54
7-09-2015, 17:28
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?