Gundemxeber.az » Ölkə » Cəmiyyət » Əhməd Məmmədli aclıq aksiyasını dayandırıb
Sentyabrın 23-də "Demokratiya 1918" Hərəkatının sədri Əhməd Məmmədli aclıq aksiyasını dayandırıb. Vəkili Zibeydə Sadıqova ilə görüşən hərəkat sədri səhhətinin pisləşdiyini bildirib. Hərəkat üzvləri deyir ki, Əhməd Məmmədli təzyiqinin düşdüyünü, ardınca burnundan qan gəldiyini deyib:
"Vəziyyət bu olduğu halda o, aclığı dayandırmaq məcburiyyətində qalıb”.
Hərəkat üzvlərinin yaydığı məlumatda deyilir ki, onun əlaqə saxlamasına imkan yaradılmamasının səbəbi aclıq aksiyası etməsi olub.
"Aclıq aksiyasın dayandırandan sonra Əhməd Məmmədli ailəsi ilə əlaqə saxlayıb. Hazırda Əhməd Məmmədlinin vəziyyəti yaxşıdır", deyə məlumatda qeyd edilir.
"Demokratiya 1918" Hərəkatının məlumatında deyilir ki, Məmmədli həbsini qanunsuz və siyasi sifariş hesab edir:
"O, həbsinə etiraz olaraq sentyabrın 20-dən aclığa başlayıb".
Daxili İşlər Nazirliyi bu məlumata hələ münasibət bildirməyib.
Sentyabrın 20-də Demokratiya 1918 Hərəkatının sədri Əhməd Məmmədliyə Səbail Rayon Polis İdarəsinin təqdimatı ilə Səbail Rayon Məhkəməsi İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) ilə 30 sutka inzibati həbs cəzası verib.
Hərəkatın sədri məhkəmənin önündən polis maşını ilə aparılarkən bildirib ki, o, sülh çağırışlarına və İlham Əliyevi tənqidlərinə görə həbs olunub. Əhməd Məmmədli 535.1-ci maddə ilə həbsinin əsassız olduğunu deyib. O deyir ki, bununla bağlı ona təzyiq göstərilib.
Son günlər Əhməd Məmmədli öz Facebook hesabında sülh çağırışları və İlham Əliyevi tənqid edən bir neçə paylaşımlar edib.
27-11-2013, 13:58
5-09-2019, 15:42
24-05-2019, 12:26
10-02-2014, 15:06
13-09-2019, 13:00
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?