Son günlər Ukraynanın işğalçı Rusiyaya qarşı apardığı əks-hücum əməliyyatlarına görə başının qarışmasından sui-istifadə edən ermənilər azərbaycanlılara qarşı olmazın zülmünü edirlər. Bunun da əsas səbəblərindən biri odur ki, Ukrayna hökumətində təmsil olunan erməni əsilli vəzifəli şəxslər, Azərbaycan-Ukrayna dostluğunu həzm edə bilmədiyindən azərbaycanlılara qarşı ölkə hüququndan istifadə edərək həbsxanalara göndərmək qərarına gəliblər. Bu gün GundemXeber.Az-ın redaksiyasına olduqca təsiredici məlumat daxil olub. Verilən məlumatda qeyd olunur: "Həmyerlimiz Misir Qasımlı 2-ci Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş, Qazi olmuş və döyüşlərdə göstərdiyi igidliyinə görə Ali Baş Komandan İlham Əliyev tərəfindən Kəlbəcərin azadlığı uğrunda gedən görüşlərdə iştirakına görə medalı ilə təltif olunmuşdur. Misir Qasımlı, tarixi qələbəmizin ardından, Ukraynada yaşayan öz doğmalarının yanına gedir və orada ailəsi ilə birlikdə yaşamağa davam edir.
Ancaq çox keçməmiş o Ukrayna ermənilərinin qəzəbinə tuş gəlir. Səbəbi də, müharibə vaxtı rus dilində bir məşhur videosu yayılmışdır Qazimizin... "Mən rus dilində deyirəm ki, qoy ermənilər də başa düşsünlər ki, Qarabağ da, İrəvan da Azərbaycandır və gec-tez keçmiş torpaqlarımıza qayıdacağıq. "Müharibədə məğlubiyyəti həzm etməyən mənfur düşmən və Ukraynanın sabiq daxili işlər naziri Arsen Avakov öz çirkin əməlini, bir erməni kökənli əcnəbi ispan vətəndaşının əli ilə həyata keçirməyə nail olur. Misir Qasımlı əcnəbi vətəndaşın tərcümeyi-halını öyrənəndən sonra, məlum olub ki, anası erməni, atası isə Ərəbdir. Misir Qasımlının vəkilinə yaxınları hadisənin necə baş verdiyini anladıb. Deməli, 2021-ci ilin May ayında dostu ilə kafedə oturub yemək yeyərkən, bəhs etdiyi əcnəbi vətəndaşı bunlara yaxınlaşıb ingilis dilində nəsə deyir, bunlar başa düşmədiyindən ofisiantı çağırırlar ki, tərcümə etsin. Ofisiant deyir ki o sizinlə tanış olmaq istəyir, buna cavab olaraq Misir Qasımlı deyir ki, "Mən qız deyiləm ki, mənimlə tanış olmaq istəyirsən və rədd edir". Sonra yemək pulunu vermək istəyəndə ofisiant deyir ki, həmən əcnəbi vətəndaş pulunuzu ödəyib. Misir əcnəbi vətəndaşa yaxınlaşıb pulunu geri qaytarır və taksiyə oturub gedərkən yenə əcnəbi vətəndaş bunlara yaxınlaşıb, imkan varsa məni də otelin yanına kimi aparın deyir. Yol gedərkən əcnəbi vətəndaş Misiri videolarda hərbi formada gördüyünü deyir və mənə sizin kimi mərd oğullar lazımdır iş görməyə söyləyir. Soruşanda ki, hansı işlə məşğul olursunuz siz? Əcnəbi vətəndaş: "Mən məşhur Narkobaronam, mənimlə işləsəniz tez bir zamanda çoxlu var dövlətə sahib ola bilərsiniz". Bu sözləri eşidən kimi taksini saxlatdırıb, dərhal tərk etməyini tələb edir, ancaq əcnəbi vətəndaş maşından düşmək istəmir. Bunu görən Misir Qasımlı maşından düşüb arxa qapını açıb zorla onu yerə düşürür və başınadan yavaş bir şapalaq vurur ki, yəni sən ünvanı səhv salmısan, get işinlə məşğul ol. 2021-ci ilin iyun ayında Misir Qasımlıya dostları zəng vuraraq xəbər verirlər ki, səni Ukrayna polisi axtarışa verib, hər yerə hərbi formada olduğun şəkilləri asıblar. Misir Qasımlı özü polisə zəng vuraraq yerini deyir, mən filan ünvandayam gəlin aparın. Çox keçmədən bir qrup polis yaxınlaşıb onu və dostunu əllərini qandallayaraq polis bölməsinə aparırlar, bölməyə yaxınlaşarkən çoxlu sayda ermənilərin bölmənin önündə yığıldığını görür və erməni dilində şüarlar səsləndirildiyinin şahidi olur.
Misir tutulma səbəbini soruşduqda deyiblər ki, əcnəbi İspan vətəndaşını döyüb, soyuq silahla yaralayıb pullarını əlindən alıbsan. O da səndən şikayət edib. Və əlbəttə ki, Misir Qasımlı etirazını bildirib, başına gələn əhvalatı olduğu kimi danışıb. Amma onun dediyinə heç kim məhəl qoymayıb. Həmin əcnəbi vətəndaşla üzləşməyini istəyib, deyiblər ki, o ərizəsini yazıb. Sən olmadan məhkəmə keçirilib və vətəninə dönüb.2021-ci ilin iyun ayının 9-dan çoxlu sayda məhkəmələr baş tutsa da heç bir cinayət xarakterli əməl sübuta yetirilməyib. Prokuror 8 ildən 15 ilədək həbs istəyir. Əcnəbi vətəndaşla keçirilən məhkəmənin görüntülü kameraların disklərini gizlədib deyirlər ki, texniki səbəbdən həmin vaxt kameralar işləməyib. Polisin ekspertizaya göndərdiyi materialların heç birinin Misir Qasımlıya aid olmadığı üzə çıxıb.Heç bir dəlil-sübut olmadan Qazimizə qarşı haqsızlıqlar hələ də davam edir. Ev dustaqlığına da buraxmırlar. Səbəbini soruşanda prokuror deyib ki, bu müharibə veteranıdır, bu baş kəsəndir, ev dustaqlığına buraxmaq olmaz, ölkəmiz üçün təhlükəlidir. Ölkəmizdə Misir Qasımlının müdafiəsinə çoxlu sayda Mübariz insanlar, Şəhid Ailələri, Qazilərimiz qoşulublar. Çox istərdik ki, Sizin gundemxeber.sz informasiya portalından yuxarıda qeyd etdiyimiz insanların adından, ölkəmizin rəhbəri Ali Baş Komandan İlham Əliyev cənabları və çox hörmətli vitse-prezident Mehriban xanım Əliyeva da Qazimiz Misir Qasımlının Azadlığına qovuşması üçün yardım etsinlər."
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?