Son günlər Ukraynada yaşayan azərbaycanlı sahibkarlar ciddi təzyiqlərlə üzləşməkdədir. Həmyerlilərimiz oğurlanır, obyektləri isə əlindən alınır. Bütün bunların təşkilatçısı isə Ukrayna Daxili İşlər naziri, erməni əsilli Arsen Avakov oldğu bildirilir. Ukraynada yaşayan həmyerlilərimiz baş verənlərə etiraz etmək üçün bu gün Ukrayna Daxili İşlər Nazirliyi binası önündə mitinq keçirəcəklər.
Bunu Moderator.az-a açıqlamasında hazırda Avropada olan NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov deyib:
“Mitinq bu gün Kiyevde təşkil olunacaq, Ukrayna Daxili İşlər Nazirliyinin önündə. Səbəb isə son bir ildən artıq zamandır ki,Ukrayna da kütləvi şəkildə Azərbaycanlı iş adamların oğurlanması,öldürülməsi və onlara aid restoranların yandırılmasıdır. Baxmayaraq ki, dəfələrlə Ukrayna Hüquq Mühafizə oranlarına şikayət olunub, lakin ötən bu zaman ərzinde Heç bir nəticə de yoxdur. Orada yaşayan iş adamaları bütün bu Represiyanın arxasında hazırki Daxili İşler Naziri Avakovun dayandığını iddia edirlər və hətta bir başa sifariş verdiyini söyləyirlər. Ukrayna Baş Prokrorluğuna da yetəri qədər şikayət yollanıb. Məndə olan məlumatı görə Baş Prokrorluq bununla bağlı araşdırma prosesinə start verib. Mitinqi orada yaşayan iş adamları və Diaspora rəhbərləri təşkil edir.”
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?