GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Separatçılığı dəstəkləyən İran - ehtimal edilən bumeranq zərbəsi - ŞƏRH

Separatçılığı dəstəkləyən İran - ehtimal edilən bumeranq zərbəsi - ŞƏRH

Tarix: 6-10-2022, 20:04 Bölmə :Cəmiyyət Baxış: 269


Separatçılıq və onun dəstəklənməsi beynəlxalq hüququn, BMT nizamnaməsinin pozulmasıdır. Başqa sözlə, dövlətin beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü və suverenliyinə qarşı fəaliyyət göstərmək və bu istiqamətdə törədilən cinayətlərə şərik olmaqdır.

İrandakı hakimiyyət keçmiş SSRİ ərazilərində, habelə qonşu dövlətlərdə bölücülüyü bəyanat, çıxış və bir sıra hallarda əlaqələrlə dəstəkləyir.

Ölkədə keçirilən genişmiqyaslı etiraz aksiyalarında aparıcı tələblər milli haqların təmin edilməsi olmasa da, bu yöndə şüarlar səslənir. Bu halda Tehran hakimiyyəti əsas tələbləri təhlil edib, onlarla bağlı çıxış yolları axtarmaqdansa, daha çox bu tip şüarları irəli sürənləri cəzalandırmağa çalışır. Belə olan halda o, ənənəvi olaraq İsrail, ABŞ və qonşu dövlətləri ittiham edir. İranın qənaətincə ölkə vətəndaşları milli haqlarının təmin olunması ilə bağlı şüarlar irəli sürmək qabiliyyətinə malik deyillər.

Yeri gəlmişkən, İran son zamanlar Mehsa Əmininin qətlə yetirilməsinə qarşı ölkənin 20-yə yaxın əyalətində keçirilən etiraz aksiyalarında da düşmən elan etdiyi ənənəvi dövlətin və qonşuların əlinin olduğu iddiası ilə çıxış edir.

Hətta İslam respublikasının Azərbaycanın dövlət sərhədini keçərək İran ərazisinə keçən “terrorçuların” saxlanıldığına dair iki dəfə məlumat belə yayıldı. Şərqi Azərbaycan əyalətinin Sərhəd Qoşunları Komandanı Məhəmməd Əhmədi jurnalistlərə açıqlamasında əyalətin Azərbaycanla sərhəd bölgəsi olan Xudafərində iki nəfərin saxlanıldığı, onlardan odlu silahlar və partlayıcı maddələrin götürüldüyünü iddia edib. O, ölkə daxilində təxribat törətmək istədiklərini iddia etdiyi iki nəfərin kimliyi barədə açıqlama verməyib.

İranın daxilindəki problemləri həll etməkdə acizlik göstərən bu qonşu dövlət Azərbaycana qarşı ermənilərin və Ermənistanın separatçılıq fəaliyyətinin həmişə dəstəkləyib. Bunun üçün çoxsaylı faktlar və örnəklər göstərmək olar. Bunun ən bariz nümunəsi İran ərazisində Ermənistanın baş naziri Nikol Paşinyanın Tehranın “Ararat” klubunda erməni icması ilə görüşdə “Qarabağ Ermənistandır və nida” yazılmış plakatın qaldırılması idi. Adı çəkilən klubun toxunulmazlığı yoxdur. Bu şüarın yazılmasında və ortaya çıxarılmasında Paşinyana bu şəraiti İran hakimiyyəti yaratmışdı. Yaxud, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında binaların dağıdılmasında, təbii sərvətlərin talan olunmasında bu qonşu dövlətin oynadığı rol tarixdə pis nümunə olaraq qalır

İran tərəfi Azərbaycan qarşı xoş olmayan niyyətini, 44 günlük müharibə zamanı və ondan sonra da gizlədə bilmədi. İslam respublikası Ermənistan və erməni havadarları ilə birlikdə Azərbaycana qarşı təbliğatla məşğul oldu. Hətta bu ölkənin ən yüksək səviyyələrində Azərbaycanda İsrail hərbçilərinin yerləşməsi ilə bağlı cəfəngiyyat dolu ittihamları deməkdən belə çəkinmədilər.

Bir çox məsələlərdə, o cümlədən Ermənistanla sərhədlərin müəyyənləşməsində, Zəngəzur dəhlizinin açılmasında rəsmi İrəvanın hamisi kimi çıxış etməsi Tehran hakimiyyətinin Azərbaycana qarşı dəyişməz mövqeyinin görüntülərindəndir.

Rəsmi Tehran Rusiyanın Ukraynada apardığı müharibədə də separatçılığı dəstəkləməkdən çəkinmədi. Bu il iyunun 17-də Sankt-Peterburqda Beynəlxalq İqtisadi Forum çərçivəsində Ukraynanın Donetsk vilayətindən olan separatçıların “lideri” Denis Puşilinlə İranın iş adamları arasında ticarət əlaqələrinə dair müqavilə imzalanmışdı. Separatçıların başçısı İranın onlara tikinti materialları və meyvə-tərvəz məhsullarını göndərəcəklərini bildirmişdi. “Donetsk Xalq Respublikası” isə İrana metal məhsulları, çuqun, kübrə, polad məmulatlar, daş kömür müəssisələri üçün avadanlıq və s. ixrac edəcək. Müqavilə “Respublika”nın “sənaye-ticarət palatası” ilə İranın “Farnuş treydinq” şirkəti arasında imzalanıb.

İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei Tehranda Rusiya Prezidenti Vladimir Putinlə görüşdə Ukrayna qarşı müharibədə Moskvanın mövqeyinin müdafiə edərək bildirmişdi: “RF təşəbbüsü ələ almasa idi, o biri tərəf müharibəni başalaycaqdı


Bu tezisi Ukraynada apardığı müahribədə haqlı olduğunu isbatlamaq üçün Rusiya irəli sürmüşdü. Oxşar ifadənin İran lideri tərəfindən səsləndirilməsi, Ukraynanın ərazi bütövlüyü və suverenliyinə qarşı təcavüzün, separatizmin dəstəklənməsi idi.


Qeyd edək ki, İranın müdafiə etdiyi Suriyadakı rejimin başçısı Bəşşar Əsəd və Yəməndəki qiyamçı husilər də Rusiyanın Ukraynadakı addımlarını müsbət qarşılayırlar.

2008-ci ildə Gürcüstanın Abxaziya və Tsxinval bölgələrində Rusiyanın törətdiyi əməllərə də İran hakimiyyəti dolayı da olsa haqq qazandırıb. Tehranın Moskvadakı o vaxtkı səfiri Seyid Mahmud Səcadi bildirmişdi ki, Abxaziya və Tsxinval xalqlarına rəğbət bəsləyirlər və qismən tanınan bu bölgələrin inkişafı üzrə Rusiya ilə əməkdaşlıq edəcək.

İran hakimiyyəti uzun illər terrorçu PKK qruplaşmasının Türkiyəyə qarşı fəaliyyətinə də dəstək verib. Ancaq sonz zamanlar bu qruplaşmanın İran üzrə fəaliyyəti gücləndiyindən tehran onlara qarşı radikal addımlar atamğa çalışır.

Seperatçılıq bütün dövlətlərin başına gələ biləcək hadisədir. Ancaq bu tip məsələlərin tənzimlənməsi üçün beynəlxalq hüquq, BMT-nin nizamnaməsi və başqa hüquqi aktlar mövcuddur. Keçmiş müttəfiq respublikalara və Türkiyəyə münasibətdə separatizmi müdafiə etməklə Tehran hakimiyyəti ölkəsində baş verəcəyi ehtimal olan oxşar hadisələrdə həmin dövlətlərin dəstəyindən məhrum ola bilər. Tarix və hadisələr sübut edib ki, İran kimi sürüşkən mövqe tutanlar daha çox ziyana düşürlər. Odur ki, bir müdət sonra rəsmi Tehran da separatizmi dəstəkləməklə atdığı yanlış addımların zərərləri ilə üzləşə bilər. Belə çıxır ki, Ukrayna hadisələrində müharibəni başlayana, işğalçılığa, ilaqçıya haqq qazandırmağın “faydasını” İran hələ uzun müddət görəcək. Bu tip hadisələri dəyərləndirən “bumeranq effekti” ifadəsindən istifadə edirlər. Qədim insanların bu aləti dinozavrlar dövründən çağdaş informasiya texnologiyalarınadək bir yol keçib. Onun İran hakimiyətinin yanından keçəcəyi də istisna deyil.

Gundemxeber.az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Suriya qərarı qəbul edildi

    Suriya qərarı qəbul edildi ...

    16-05-2013, 02:23

  • 
  • Rəsmi Tehrandan Azərbaycanda saxlanılan iranlı casus açıqlaması

    Rəsmi Tehrandan Azərbaycanda saxlanılan iranlı ...

    23-12-2013, 12:42

  • 
  • İran ABŞ-dan BMT-yə şikayət edib

    İran ABŞ-dan BMT-yə şikayət edib ...

    16-07-2018, 20:50

  • 
  • İran müqəddəs yerləri mühafizə etmək üçün İraqa qoşun yeritdi

    İran müqəddəs yerləri mühafizə etmək üçün İraqa ...

    16-06-2014, 20:59

  • 
  • Kibersilahlar İran dövlətçiliyinin aparıcı alətinə çevrilib

    Kibersilahlar İran dövlətçiliyinin aparıcı ...

    6-01-2018, 22:30


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu