Hadisələr göstərir ki, İranda hakimiyyətinin formalaşdırdığı və cəmiyyətə sırıdığı bir sıra bütlər, tabular xalq tərəfindən dağıdıldı. Bu, diktatura rejimində yaşayan insanlar üçün mühüm amildir".
Gundemxeber.az xəbər verir ki, bunu İranda rejimə qarşı davam edən aksiyalrla bağlı danışarkən Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan deyib.
O hesab edir ki, ölkəni əvvəlki kimi idarə etmək yeni etirazların yaranmasına və daha ciddi aksiyaların keçirilməsinə şərait yaradacaq:
"İran xalqı etiraz aksiyası ilə hakimiyyətə çox ciddi mesaj verdi. Hakimiyyət yenilənməlidir və ikinci bir yolu yoxdur. İran cəmiyyətindəki xof dağıldı. Hakimiyyəti bu aksiyaları yatırsa, cəmiyyətə münasibətdə yeni formalar axtarmalıdır. Yeni formalar nədir? İlk növbədə hicab məsələsində sərbəstlik erilməli, eyni zamanda İran konstitutsiyasına ciddi dəyişiliklər edilməlidir. İranda təkcə hicab məsələsi deyil, həmçinin digər sosial-iqtisadi və milli məsələlər var. Ərəblərin, türklərin, bəlucların kompakt yaşadığı ərazilərdə irəli sürülən şüarlar bir daha təsdiqlədi ki, İranda xalqların hüquqları ilə bağlı ciddi pozuntular var".
S.Soltan vurğulayıb ki, insanlar ölkənin bütpərəstlik düşüncəsilə idarə olunmasını istəmir:
"Hakimiyyət daxilindəki bir sıra məsələlər də etiraz aksiyaları zamanı ortaya çıxdı. İran rəsmiləri hələ ki aksiya iştirakçılarını hədələməyə, öldürməyə, həbs etməyə davam edir. Düzdür, ötən gün xəbər yayıldı ki, 2000-ə yaxın aksiya iştirakçısı həbsdən azad edilib. Lakin 200-ə yaxın ölən, 100-dən çox yaralının olması və 22 uşağın aksiyalarda ölməsi çox ciddi hadisədir. Buna görə beynəlxalq ictimaiyyət tərəfindən İrana qarşı çox sərt sanksiyaların tətbiq olunacağı istisna deyil. Artıq ABŞ, Böyük Britaniya bu istiqamətdə addımlar atır. Bu hadisələr onu göstərdi ki, İran cəmiyyətinin ayağını-ayağının üstünə aşırıb sakit oturacağı dövr başa çatıb. Başlanan prosus İranın həm də demokratikləşməsinə siqnaldır. Görünən odur ki, İranda yaxın illərdə sakitlik olmayacaq, çünki artıq ölkə çalxalanmağa başlayıb".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?