Gundemxeber.az » Ölkə » Cəmiyyət » Milli Məclis rəhbərliyi “lal” deputatların dilini açıb - İddia
VI çağırış Milli Məclis üzvləri sələflərindən fəallıqları ilə seçilirlər. Parlamentarilərin Milli Məclisin iclasları ilə yanaşı, həm də müxtəlif tədbirlərdə aktiv iştirak etməsi, tez-tez mətbuatda görünməsi diqqətdən yayınmır. Milli Məclisin indiki tərkibinin əvvəlki illərlə müqayisədə daha fəal və KİV üçün əlçatan olduğunu inkar etmək mümkün deyil.
Deputatların bu fəallığı təkcə özlərinin təşəbbüskarlığı ilə bağlı deyil. Millət vəkillərindən biri bizimlə söhbət zamanı bu barədə göstərişin Milli Məclis rəhbərliyindən gəldiyini etiraf edib. Onun sözlərinə görə, parlament rəhbərliyi deputatlara ictimai-siyasi proseslərdə fəal iştirak etməyi və KİV-lə əməkdaşlığa xüsusi önəm verməyi tövsiyə edib. Bununla paralel olaraq, YAP rəhbərliyi də bu partiyanı təmsil edən deputatların qarşısında analoji tələblə çıxış edib. Son vaxtlar YAP-çı deputatların tez-tez mətbuatda görünməsi, hətta hakimiyyətə aqressiv münasibətilə seçilən müxalif şəxslərə ayrı-ayrı təbliğat resurslarında opponentlk etməsi də bu amillə bağlıdır.
Müsahibimiz deyib ki, millət vəkilləri öz fəaliyyətləriylə bağlı hər ay parlament rəhbərliyinə hesabat verirlər. Təbii ki, bu fəaliyyət qeyri-rəsmi xarakter daşıyır. Belə ki, deputatlar çap və elektron mediada yer alan açıqlama və müsahibələrinin, TV çıxışlarının linklərini mütəmadi qaydada aylıq hesabata daxil edərək, xüsusi elektron ünvana göndərirlər.
Mənbənin sözlərinə görə, son vaxtlar bəzi deputatların siyasi xarakterli səhvlər etməsi ilk növbədə bu səbəblə bağlıdır. Onlar qonşudan, yəni öz deputat həmkarlarından geri qalmamaq üçün KİV-lə əməkdaşlığa can atırlar. Amma siyasi təcrübələri az olduğu üçün bəzi millət vəkilləri tez-tez səhvlər buraxır, özlərini çətin vəziyyətdə qoyurlar.
Mənbə deyib ki, Milli Məclis rəhbərliyinin bu tələbi parlamentdəki "lal" deputatların hamısının dilini açıb. Danışmağa çətinlik çəkən deputatlar isə sualları yazılı şəkildə cavablandırmağa həvəs göstərirlər. Bəzi millət vəkillərinin onların adından açıqlama və müsahibə yazmaq üçün xüsusi "mirzə" tutduqları bildirilir./yenisabah.az
29-11-2019, 11:42
10-12-2013, 13:29
5-02-2020, 14:03
28-11-2019, 13:46
24-01-2020, 11:56
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?