GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “5 ildir körpə uşaqlarla bu qəzalı binada yaşayırıq” - GİLEY

“5 ildir körpə uşaqlarla bu qəzalı binada yaşayırıq” - GİLEY

Tarix: 14-10-2022, 15:05 Bölmə :Cəmiyyət Baxış: 281



“5 ildir körpə uşaqlarla bu qəzalı binada yaşayırıq”

“22 ildir ki, burada yaşayırıq. Bina tamamilə qəzalı vəziyyətdədir. Amma bizi buradan köçürən yoxdur”.

GUNDEMXEBER.AZ bildirir ki, bu şikayətlə “Qafqazinfo”ya Xətai rayonu, 8 Noyabr prospekti, SOCAR Neft-Qaz Tikinti Tresti ərazisində yerləşən inzibati binada yaşayan Cəbrayıl rayonundan olan 4 məcburi köçkün ailəsi müraciət edib.
Sakinlərin sözlərinə görə, yaşadıqları bina qəzalı vəziyyətdədir: “Düz 5 ildir ki, bina qəzalı vəziyyətdədir. Belə evdə necə yaşayasan axı? Beton plitələr qoparaq düşür, tavan aşağı sallanıb. Bu evdə körpə uşaqlar yaşayır. 2018-ci ildə digər ailələr buradan Qobu park yaşayış kompleksinə köçürüldülər. Bizim də o siyahıda adımız olsa da, ev verilmədi. Müraciət etmədiyimiz yer qalmayıb. Tək istəyimiz təhlükəsiz bir yerə köçməkdir. Bununla bağlı göstəriş də verildi, lakin həyata keçirilmədi. Öz rayonumuza qayıdana qədər müvəqqəti təhlükəsiz əraziyə köçürülmək istəyirik”.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə sorğu ünvanladıq. FHN-in Mətbuat xidmətindən saytımıza bildirildi ki, qeyd olunan binanın vəziyyəti ilə bağlı müraciət binanın balanssaxlayıcı təşkilatına ünvanlamalıdır. Verilmiş rəyi açıqlamaq səlahiyyəti həmin təşkilata məxsusdur. Sakinlərin köçürülməsi də FHN-in səlahiyyətində deyil.
Problemlə bağlı Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə də müraciət ünvanladıq. Qurumdan sorğumuza belə cavab verildi: “Göstərilən ünvan Dövlət Komitəsində “Xətai rayonu, “Oksigen” zavodunun ərazisi” kimi qeydə alınıb. Əvvəllər həmin ərazidə 97 məcburi köçkün ailəsi müvəqqəti məskunlaşmışdı. Bu ailələrdən 87-si 2018-ci il may ayında istifadəyə verilmiş “Qobu Park 1” yaşayış kompleksinə köçürülüb.
Sözügedən ərazidə indiyədək qalanlardan biri - Cəbrayıl rayonundan məcburi köçkün Novruzov Sərvər İslam oğlu ona verilən mənzilin otaq sayı ilə razılaşmadığı üçün köçməkdən imtina edib.
Digəri - məcburi köçkün Əhmədov Talıb İsmayıl oğlu köçürülmə obyektində qeydiyyatda olmadığı üçün, mövcud qaydalara əsasən, yeni yaşayış sahəsinə köçürülməyib. O, Sumqayıt şəhəri 8 mikrorayon ərazisində yerləşən müvəqqəti məskunlaşma obyektində qeydiyyatdadır.
Mirzəliyev Anar Elbrus oğlu və Mirzəliyev Elbrus İmran oğlu isə Cəbrayıl rayonunun işğaldan azad edilmiş və 2016-cı ildən sonra bərpa olunaraq məskunlaşdırılmış Cocuq Mərcanlı kəndindəndirlər. Buna görə də onlara Bakı şəhərində yeni yaşayış sahəsi verilməyib.
Bir daha xatırladırıq ki, 2020-ci ildə torpaqlarımız işğaldan azad edildikdən sonra respublikamızın digər ərazilərində, o cümlədən Bakı şəhərində məcburi köçkünlər üçün yeni yaşayış sahələri inşa edilmir. Onlar işğaldan azad olunmuş ərazilərdə, öz ata-baba yurdlarında fərdi evlərə və ya mənzillərə köçürüləcəklər. Bu zaman ən ağır vəziyyətdə müvəqqəti məskunlaşanlar yeni yaşayış sahələri ilə ilk növbədə təmin olunacaqlar”.

“5 ildir körpə uşaqlarla bu qəzalı binada yaşayırıq”
“5 ildir körpə uşaqlarla bu qəzalı binada yaşayırıq”
“5 ildir körpə uşaqlarla bu qəzalı binada yaşayırıq”
“5 ildir körpə uşaqlarla bu qəzalı binada yaşayırıq”


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cəlilabadda bina çökdü: 16 ailə təxliyyə edildi

    Cəlilabadda bina çökdü: 16 ailə təxliyyə edildi ...

    12-11-2015, 13:04

  • 
  • İcra başçısı Bakıdakı qəzalı bina ilə bağlı Baş nazirə müraciət etdi

    İcra başçısı Bakıdakı qəzalı bina ilə bağlı Baş ...

    27-11-2019, 20:17

  • 
  • Adil Vəliyevi sakinlər maraqlandırmır... - GİLEY

    Adil Vəliyevi sakinlər maraqlandırmır... - GİLEY ...

    8-01-2021, 15:12

  • 
  • Bakının 90 yaşlı qəzalı binası: Sakinlər qorxu içində yaşayır - FOTO

    Bakının 90 yaşlı qəzalı binası: Sakinlər qorxu ...

    20-04-2021, 14:24

  • 
  • Ağciyər İnstitutundan ÖLÜM TƏHLÜKƏSİ – Qəzalı labaratoriyada nə iş görülür?

    Ağciyər İnstitutundan ÖLÜM TƏHLÜKƏSİ – Qəzalı ...

    8-05-2021, 11:07


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (362)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu