GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Adil Vəliyevi sakinlər maraqlandırmır... - GİLEY

Adil Vəliyevi sakinlər maraqlandırmır... - GİLEY

Tarix: 8-01-2021, 15:12 Bölmə :GündəmXəbər / Manşet Baxış: 558
Adil Vəliyevi sakinlər maraqlandırmır... - GİLEY


“Daşlar qopub yerə düşür. Uşaqları, qocaları evdə qoyub getməyə qorxuruq. Həyatımıza təhlükə günbəgün artır”. GundemXeber.Az DİA.AZ-a istinadən bildirir ki, bunu Ramana qəsəbəsi, 9-cu Mədən küçəsi 29 ünvanında yaşayan sakinlər deyir. Onların sözlərinə görə, bir neçə ailə 23 ildən çoxdur ki, qəzalı binada canını dişinə tutub yaşayır.

İstismar müddətini çoxdan başa vurmuş ikimərtəbəli binada 8 yerli, 5 köçkün ailəsi – ümumilikdə 35 nəfər yaşayır.

Ailələr bu binaya 1997-ci ildə köçüb. Ailələrdə məktəbli uşaqlar, astma-bronxitdən, böyrək çatışmazlığından, xərçəngdən əziyyət çəkənlər, ahıl yaşda insanlar var. Həmin ünvanda yaşayan Kəmalə Ağayeva binanın durumundan danışır:

“Deyirlər, bu bina əvvəl 29 saylı yataqxana olub. Sonra ayaqqabı sexi kimi istifadə ediblər. Sonra da otaqlar ayrı-ayrı adamlara satılıb. Şəxsən mən evi bir köçkündən almışam. Əvvəl deyirdilər, əsaslı təmir olunacaq, hər cür şəraiti olacaq. Ancaq yaşadıqca anladıq ki, boş söhbətlərdir. Bizə MİS-dən deyilənə görə, bina 139 il əvvəl tikilib, istifadəyə verilib. İcra hakimiyyəti deyir, bina onların balansında deyil. Biz də bilmirik bu bina hansı quruma tabedir, kim sahib çıxmalıdır. Hamının ayrıca işıq, qaz, su sayğacı var, telefon xətti var, hamısı öz adımızadır. Ancaq bina hansı qurumun balansındadır, bilmirik. Deyilənə görə, əvvəllər Neft Şirkətinin balansında olub”.

Kəmalə xanımın sözlərinə görə, onsuz da pis vəziyyətdə olan bina son yağıntılardan sonra daha da bərbadlaşıb: “Son yağışlardan sonra binanın onsuz da yararsız vəziyyətdə olan dam örtüyü daha da çökdü. Yuxarıda 6 ev vardı, hamısının üstü çöküb. Hər iki mərtəbədə olan ayaqyolu, hamam tamamilə dağılıb, istifadə etmək mümkün deyil. Bura xəstəlik mənbəyidir, dəhlizlərdəki yekə siçovullar az qala adamın üzərinə atılır. Belə şəraitdə oğullar böyüdürük, bu evlərimizdən çıxıb əsgər gedirlər, əsgərlikdən bu evlərimizə qayıdırlar. Bir neçə ay əvvəl lap yaxınlığımızdakı 28 saylı yataqxananı sökdülər, bizi təəccübləndirən bu oldu ki, o yataqxananın vəziyyəti, şəraiti bizim qaldığımız binadan qat-qat yaxşı idi, hələ uzun illər istifadə oluna bilərdi, ancaq sökdülər. Biz icra başçısına yalvarırıq ki, bina başımıza çökür, ya əsaslı təmir olunsun, ya da bizi başqa yerdə mənzillə təmin edib köçürsünlər, deyir, mümkün deyil”.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda qəribə köç: İcra hakimiyyəti 27 ailəni necə “yoxa çıxardı”?

    Bakıda qəribə köç: İcra hakimiyyəti 27 ailəni ...

    16-03-2018, 11:38

  • 
  • Yataqxana uçdu, sakinlər Prezident Administrasiyasının qarşısına toplaşdı

    Yataqxana uçdu, sakinlər Prezident ...

    27-08-2015, 23:15

  • 
  • Adil Vəliyevi sakinlər maraqlandırmır... - VİDEOGİLEY

    Adil Vəliyevi sakinlər maraqlandırmır... - ...

    3-10-2019, 16:06

  • 
  • Bayıl sakinləri köçürülür

    Bayıl sakinləri köçürülür ...

    12-01-2015, 21:08

  • 
  • 'Başımıza uçan evdən çıxarıldıq, küçədə qaldıq'

    'Başımıza uçan evdən çıxarıldıq, küçədə qaldıq' ...

    28-02-2017, 23:33


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu