"Google"un xəritə xidmətlərindən olan “Google Earth" sistemində Qarabağdakı yaşayış məntəqələrinin qondarma erməni adları silinib. Sözügedən xəritə sisteminə daxil olduqda artıq Qarabağdakı yaşayış məntəqələrində "erməni toponimlər"ə rast gəlmək mümkün deyil. Coğrafi adlar tarixi toponimlərinə uyğun olaraq Azərbaycan adları ilə verilib. Qeyd edək ki, “Google Earth" yayınladığı xəritədə sözügedən Azərbaycan torpaqlarındakı yaşayış məntəqələrindən erməni adlarını silsə də, şirkətin digər xəritə xidməti olan "Google Maps”də hələ də Azərbaycan ərazilərində "erməni toponimlər" qalmaqdadır. Yerli mediada “Google Maps”in Qarabağdakı yaşayış məntəqələrindən qondarma erməni adlarını silməsi ilə bağlı xəbərlər yayılsa da, "Google Maps” xəritə sistemində Xankəndi, Şuşa, Hadrut, Daşbulaq, Əsgəran, Qırmızı Bazar, Azıx və s. kimi ərazi adları Azərbaycan dili ilə yanaşı eyni zamanda "erməni dilində" də verilib. //Yeniavaz.com//
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?