Xəbər verdiyimiz kimi oktyabrın 17-dən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qoşunları Azərbaycanla sərhəddə üç günlük hərbi təlimlər keçiriblər. Arazboyu ərazilərdə keçirilən təlimlərin açılışına SEPAH-ın baş komandanı general Hüseyn Salami də qatılıb. Təlimlərdə iştirak edən hərbi hissələrin çeşidi və miqyası hətta iranlı müşahidəçiləri də heyrətə salıb. Hərbi ekspert Rəca Həddadi vurğulayıb ki, bu həcmdə hərbi təchizat və texnika sırf təlim üçün nəzərdə tutula bilməz. Əslində isə hər şey gün kimi aydın idi. İran Araz çayı sahilində keçirdiyi bu təlimlərlə Azərbaycana müəyyən siyasi mesajlar vermiş oldu. Çünki Tehran indi 60 tona qədər çəkiyə tab gətirə bilən üzən körpülərdən də istifadə edib. 227 metrə qədər uzunluğunda və 7 metr enində olan bu körpünün Arazda qurulması cəmi 30 dəqiqə çəkib. Qeyd edək ki, İran-İraq müharibəsindən sonra ilk dəfədir ki, hərbi təlimlər zamanı belə körpülər quraşdırılır.
İranın Azərbaycan torpaqları işğalda qaldığı 30 ilə yaxın bir müddətdə deyil məhz indiki həssa dönəmdə Araz sahillərində belə genişmiqyaslı təlimlər keçirməsi bir sıra suallar doğurur.
"Ermənistan-İran Strateji Əməkdaşlığın İnkişafı Mərkəzinin" təsisçisi Pouya Hüseyni məlum arzuolunmaz proseslərə toxunaraq deyib ki, rəsmi Tehran bu cür gedişlərlə guya İranla sərhəddə hansısa hərbi gərginliyin qarşısını almağa çalışır.
O, sosial şəbəkələrdəki hesabında etdiyi paylaşımında İran İslam İnqilabı Keşikçilərinin quru qoşunlarının komandanı, general Məhəmməd Pakpurdan sitat gətirib. “İslam İnqilabı Keşikçiləri Korpusunun təlimləri müəyyən ambisiyaları olan ölkələrə ( Çox güman ki, Türkiyə və Azərbaycanı nəzərdə tutur-red. ) bir mesajdır.
Sionist rejim regionun bir sıra dövlətləri ilə əlaqələrindən sui-istifadə edərək İranın bəzi qonşu ölkələrində bazalar yaratmağa çalışır. Lakin İran İslam Respublikasının hərbi qüvvələri və SEPAH-ın quru qoşunları sionistlərə belə bir hərəkəti reallaşdırmağa imkan verməyəcəklər. Daha əvvəl də qeyd etdiyimiz kimi, sərhədyanı ölkələrdə hər hansı təhlükə ocağının yaranmasına imkan verməyəcəyik ".
Maraqlıdır ki, Pouya Hüseyni təlim paylaşımında sıralama ilə İran, Ermənistan Türkiyə və Azərbaycan bayraqlarını da işarələyib./AzVision.az/
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?