İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) baş komandanı Məhəmmədəli Cəfəri avqustun 31-i İsfahan şəhərində keçirilən bir toplantıda bölgədəki vəziyyətdən danışıb.
“Media forum” saytının məlumatına görə, İran İslam Respublikasına qarşı təhdidlərə toxunan Məhəmmədəli Cəfəri deyib ki, “Sepah” və onun nəzdində fəaliyyət göstərən “Bəsic” (hökumət tərəfdarı könüllülər dəstəsi) qüvvələri bölgədə baş verə biləcək hər hansı gözlənilməz hadisəyə hazırdır: “Bu gün islam respublikasına qarşı təhdidlər təkcə hərbi xarakter daşımır. Elə buna görə də hesab edirəm ki, “Bəsic” qüvvələri hər baxımdan hazır durumda olmalıdır. Bu gün hökumətlər arasında müharibələr aparılmır. Gələcək savaşlar millətlərin düşmən hökumətlərə qarşı müharibəsi olacaq.
Şübhə etmirik ki, bir gün biz bölgədə islam inqilabının düşmənləri ilə müharibəyə girəcəyik. Müharibəni başlayan tərəf biz olmayacağıq, amma əminəm ki, belə bir qarşıdurma baş verəcək. Məhz buna görə də biz hər baxımdan o günə hazır olmalıyıq”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?