GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Fransanın “məzlum erməni”yə yardım istəyi - Cənubi Qafqaza soxulmaq cəhdi - ŞƏRH

Fransanın “məzlum erməni”yə yardım istəyi - Cənubi Qafqaza soxulmaq cəhdi - ŞƏRH

Tarix: 21-10-2022, 15:12 Bölmə :Cəmiyyət Baxış: 280


Fransa tarixində cinayətlərlə dolu səhifələr çoxdur. Baxmayaraq ki, bu ölkənin insanlığa xidmət etmiş çox böyük dahiləri olub, beynəlxalq münaqişlərin həllində başlıca hakim rolunu oynamaq istəyən rəsmi Paris ölkə tarixində törədilən silsilə cinayətlərdən nəticə çıxarmayıb. Fransa haqqa-ədalətə qarşı davranış və çıxışları ilə ölkənin müasir tarixində yeni cinayətlərin müəllifinə çevrilir.

Şimali Afrika xalqlarının 2 əsrlik iniltisi

Fransa Şimali Afrika üzərində imperialist maraqlarını XVII əsrdən həyata keçirməyə başlayıb. Bu zaman milyonlarla insanı qətlə yetirib, minlərlə kənd və başqa yaşayış məntəqlərinin xarabalığa çevirib.

Tarixi məlumatlara görə, Fransa Əlcəzairdə XVII əsrdən XIX əsrin 30-cu illərinədək 4 milyon nəfərdən çox, 1890-cı ildə isə 2 milyon 500 min insanı qətlə yetirib. Onlar yerli sakinləri ərəb kimliyindən və İslamdan imtina edərək Fransa təbəəliyini qəbul etməyə məcbur edirdilər. Bu şərti qəbul etməyənlər qətlə yetirilirdi. Xalqa ana dilində danışmaq, yazmaq, adət-ənənlərini təbliğ etmək qadağan edilmişdi. Silah gəzdirən, siyasi xarakterli söhbət, toplantı keçirmək istəyənlər yerindəcə güllələnirdi.

Fransa bir əsrdən çox müddətdə Əlcəzairdə hər gün yüzlərlə insanı qətlə yetirməklə ən qəddar dövlətlərdən biri olaraq dünya tarixində yer tutub.

Əlcəzairdə fransız müstəmləkəçiliyinə qarşı Əmir Əbdülqadirin başçılığı altında 1834-cü ilin yayında kütləvi müqavimət hərəkatı başlayıb. Müqavimət hərəkatı fransızların 1847-ci ilə qədər ölkəyə hakim olmasına imkan vermədi. Bunu görən Fransa ən alçaq metodlara əl atdı. Ölkədə mədəni ekspansiya siyasəti başladı. Müqaviməti qırmaq üçün hərbi metodlarla yanaşı, siyasi, dini, mədəni və iqtisadi təzyiqlər başlandı. Xalqın müsəlman və ərəb kimliyini məhv etmək üçün ibadət etmək yasaqlandı, yalnız fransız dilində danışmaq mümkün idi. Xristianlığın təbliğ olunması üçün Fransadan minlərlə rahib və rahibələr gətirildi, kilsələrə geniş imtiyazlar verildi. Ən münbit torpaqlar yerli sakinlərin əlindən alınıb avropalılara verildi və s.

19-cu əsrdə başlayan qətllər İkinci Dünya Müharibəsi başa çatandan sonra da davam etdirilib. Fransa KİV-in yazdığına görə, 1945-ci ildə Fransa qoşunları Əlcəzairin Setif və Guelma qəsəbələrində 45 mindən çox günahsız insanları qanına qəltan edib.

Əlcəzair 2005-ci ildə Fransadan koloniya dövründə həyata keçirdiyi soyqırımlara görə üzr istəməsini tələb etdi. Rəsmi Paris isə bunun qarşılığında son üç əsrdə törətdiyi soyqırımlarla bağlı arxiv sənədlərini gizlicə məhv edib.

Təkcə Əlcəzairdə törətdikləri Fransanın böyük deyil, cılız və cinayətkar dövlət olduğunu təsdiqləyir.

Bəzi mənbələrin bildirdiyi kimi, təxminən, 140 il ərzində əlcəzair xalqının apardığı mübarizədə 1 milyon 500 min əlcəzairlinin qətli faktını isə Fransa hakimiyyəti məhv edə bilməyib.

Afrikanın Benin ölkəsində Fransa qul ticarəti ilə məşğul olub. Bu gün insan hüquqları və humanizmdən danışan bu ölkə ən ağır cinayət sayılan insan alveri ilə məşğul olmaqla insanlığın üz qarası olub.

Benin və Afrikanın başqa dövlətlərində qul alevi ilə qazanılan pullarla qurulub və ömür sürüb Fransa dövləti. Bu dövətin mayasında insanların göz yaşı, milyonlarla insanın qanı yatır. Onun mayası afrikalı qulun ağrı acısı ilə yoğrulub.

Fransa Afrikanın daha bir ölkəsi Burkino-Fasoda 20-ci əsrin ortalarınadək qətllər törədib, talanları davam etdirib.

Ruandada 1994-cü il aprelin 7-də 800 mindən çox insanın tökülən qanının baislərindən biri də Fransadır. O, Ruandada xuntanı müdafiə edərək azadlıq uğrunda mübarizə aparanları soyqırıma məruz qoyub. Rəsmi sənədlərdə Fransa bu Afrika ölkəsində törənən soyqırıma görə məsuliyyət daşıması təsdiqlənib.

Rəsmi Paris indiyədək bu cinayətə görə də soyqırıma məruz qoyduğu tutsilərdən üzr istəməyib. Fransa Prezidenti Emmanul Makrona ölkəsinin Runadada törətdiyi cinayətlərlə bağlı sənədlər təqdim olunub. Həmin hesabatda Fransanın məsuliyyət daşıdığı vurğulanıb. Fransa Prezidenti Fransua Mitteranın, xarici işlər naziri Alen Jüppenin adları çəkilən sənədlərdə ölkəni Ruanda qətllərində iştirakını təsdiqləyən faktlar mövcuddur.

Fransa “sülhməramlılarının” Malidə qanuni hakimiyyətə qarşı fəaliyyətini də qeyd etmək yerinə düşər. Bu dövlətin hərbi qüvvələrinin və hakimiyyətinin etdiyi cinayətləri bu gün Malidə “sülhməramlıları” təkrarlayır. Bu ölkənin rəhbərliyi Fransa sülhməramlılarının qiyamçıları və terrorçuları dəstəklməkdə ittiham edir.

Fransanın Vyetnam və Hindi-Çin ölkələrində törətdikləri saysız cinayətləri də tarixin yaddaşından silinməyib.

Birinci Dünya Müharibəsi və ondan sonra Fransanın törətdiyi soyqırımlar cəzasız qaldığından o, müstəqillik uğrunda mübarizə aparan Afrika ölkələrində də nahaq qanlar tökərək, cinayətlərini davam etdirib.

Türkofobiyadan doğan soyqırım, düşmənçilik siyasəti

Fransa hakimiyyəti 200 illik xislətini dəyişməyib. Ötən illərdə bu ölkədə baş vermiş demokratik hadisələr onun türk millətinə qarşı nifrətinə təsir etməyib. Fransa Türkiyə və Azərbaycana qarşı həmişə erməni etnik qrupunun nümayəndələrindən istifadə edib.

Tarixin çox dərinliyinə getmədən son yüz ildə bu dövlətin və ya yarımçıq imperiyanın törətdiyi bəzi cinayətləri yada salmaqla onun heç bir zaman ədalətli olmadığını göstərmək olar.

Fransa ilə erməniləri, erməniliyi və Ermənistanı birləşdirən başlıca amil türk millətinə, onun dövlətinə düşmənçiliyidir.

Birinci Dünya Müharibəsindən sonra Fransa erməni legionu ilə birlikdə Osmanlı dövlətinin tamamilə məhv olmasına çalışırdı.

1918-ci ilin martında fransalı general Manşimonun başçılıq etdiyi silahlı dəstə Güney Azərbaycanın Urmiya, Salmas, Xoy şəhərlərində, Quşuçu və Cilovluq yaşayış məntəqələrində, Muğan regionunda müsəlmanları və Azərbaycan türklərini soyqırımına məruz qoyub. Elə həmin əsrin sonlarında da Cənubi Qafqazda Ermənistana yardım etməklə Azərbaycan Respublikası torpaqlarının 30 il işğal altında qalmasına yardım edib.

Fransanın Milli parlamenti 1998-ci il mayın 29-da saxta “erməni soyqırımını” tanınması haqqında qanun layihəsini təsdiqləyb. Senat 2000-ci il noyabrın 7-də isə bu qondarma məsələ ilə bağlı qətnaməyə səs verib. 2011-ci il dekabrın 22-də isə Fransanın Aşağı Palatası “erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında qanun layihəsini qəbul edib. Parlament ermənilərin bu qondarma tarixini Holokosta bərabər tutumaqla faşistlərin soyqırıma məruz qoyduğu yəhudilərin faciəsinə hörmətsizlik nümayiş etdirib. Çünki faşistlərin yəhudilərə etdiyi zülmə dair çoxsaylı tarixi faktlar mövcuddur. Ancaq ermənilərin iddiası ilə bağlı tarixin araşdırılmasına Fransa da Ermənistan kimi laqeyd baxır. Fransa bu addımı ilə yəhudi soyqırımına qarşı da çıxır.

Fransa hakimiyyəti, senatı müstəqilliyini bərpa edəndən Azərbaycana qarşı çıxışı ilə 20-ci əsrin əvvəllərində törətdiklərini təkrarlamağa çalışıb. Düzdür, indi onun hərbçisini Azərbaycana və Türkiyəyə yerləşdirməyə gücü çatmır. Ancaq etnik qrup, azlıq sayılan ermənilərdən Şuşa Bəyannaməsini imzalamış iki dövlətə qarşı alət kimi istifadə edir.

Abırsızın vasitəçilik xülyaları

Ölkəsinin son 200 ildə törətdiyi və törətməkdə davam etdiyi çoxsaylı cinayətlərdən nəticə çıxarmayan indiki Prezident Emmanuel Makron ötən əsrin əvvəllərində oynadıqları anti-Türkiyə və anti-Azərbaycan rolunu davam etdirir, Afrikada revanşizmlə məşğul olurlar.

O, bu yaxınlarda “France2” telekanalına müsahibəsində Azərbaycanın və Türkiyənin ünvanına yalanlar danışıb və iddia edib ki, guya Rusiya Azərbaycanın xeyrinə fəaliyyət göstərib. Ancaq Azərbaycan torpaqlarını Ermənistanın 30 il işğal altında saxlaması, 44 günlük müharibə zamanı Fransa və Rusiyanın eyni şəkildə ermənilərə yardım etməsi kimi faktlar Yelisey sarayı liderinin yalan danışdığını və saxtakarlıq etdiyini isbatlayır. Rusiya Ermənistanın üzərindən əlini çəksə idi, bu ölkədə indiyə bir erməni də qalmamışdı. Ermənistanın iqtisadiyyatı bütövlükdə Rusiya tərəfindən idarə edilir. Ermənilər Rusiyaya möhtacdır. Son 30 ildə Fransa yoxsa Rusiya Ermənistana himayədarlıq edib.

Fransa hakimiyyəti və Prezident Makron isə yalnız su bulandırıb, Avropa İttifaqı Şurasının Ermənistanla Azərbaycan arasında vasitəçiliyin üzərinə kölgə salmaqla məşğuldur. Fransa ATƏT-in keçmiş Minsk qrurupunun həmsədri kimi özünü 30 il boyu ifşa edib. Onun erməniləri müdafiə etidiyi kimsəyə sirr deyil. Rəsmi Paris saxtakarlıq və avantüra ilə məşğul olan rəsmi İrəvanın himayəçisi rolunda çıxış edir. Ola bilsin bu onların biznesidir. Çünki Fransadakı erməni lobbisinin maliyyə vəsaiti az deyil.

Tarixi qanlı cinayətlərə dolu olan, sülhmərmalıları terrorçuları himayə edən Fransa hakimiyyətinin Azərbaycanla Ermənistan arasında normallaşdırma prosesinə vasitəçilik etməsi mümkün deyil. Dünyada aparıcı dövlətlərdən biri kimi nüfuzdan düşən Fransa münaqişlərin həllində tərəfə çevrilib - bu, Malidə də, Azərbaycanla Ermənistan arasında normallaşdırma prosesində də belədir. Fransa regiona soxulmaq, beynəlxalq arenda itən nüfuzunu bərpa etmək üçün Ermənistandan alət olaraq istifadə etməyə səy göstərir.

Rəsmi Paris Rusiya ilə Ukrayna müharibəsində də müttəfiqləri kimi birmənalı mövqe tutmaqda çətinlik çəkir. Rusiyanın sərvətlərindən əl çəkə bilməyən Fransa siyasi və beynəlxalq aləmdə nüfuzunu qorumaq üçün özünü Ukraynanın müdafiəçisi kimi göstərməyə çalışır. Bu qarışıq vəziyyəti Fransanın daha gülünc vəziyyətə qoyur. Emmanuel Makron Rusiya prezidenti Valdimir Putinlə telefon danışığını dayandırmayacağını deməklə bunu təsdiqləyir.

Azərbaycan Prezidenti İlham Əliyev Fransanın və şəxsən Emmanuel Makronun açıq ermənipərəst, qərəzli mövqeyinə Astanada MDB Dövlət başçıları Şurasının zirvə toplantısındakı çıxışında cavab verdi: “Azərbaycanın nümayiş etdirdiyi xoş mərama baxmayaraq, Praqadakı görüşdən demək olar bir həftə sonra Fransa Prezidenti təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış etdi. Bu bəyanatlar mətbuatda var, hər kəs onları görə bilər. Bu bəyanatlarda o, Azərbaycanı dəhşətli müharibə törətməkdə günahlandırıb, bununla da faktları manipulyasiya edərək, Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərib. Azərbaycan beynəlxalq səviyyədə tanınan öz ərazisində müharibə aparırdı. Qarabağ bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Biz özünümüdafiə hüququndan istifadə edərək, ərazi bütövlüyümüzü güc hesabına bərpa etdik”.

Dövlət başçısı Fransanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmədiyinin vurğulamaqla Emmanuel Makrona və Fransada onun kimi düşünən rəsmilərə yerlərini göstərdi.

Fransa Senatında qəbul edilmiş “Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti” adlı qətnamə təklifi də bu ölkənin vasitəçiliyə haqqının çatmadığını təsdiqləyir.

Azərbaycana və Türkiyəyə qarşı Fransa Prezidenti, Senatı, Xarici İşlər Nazirliyi, ayrı-ayrı vəzifəli şəxslərin ermənipərəst və anti-Azərbaycan açıqlamaları, bəyanatları Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasını mümkünsüz edir.

Sentyabrın 18-də Azərbaycanın Fransadakı səfirliyinin binasın erməni qrupları tərəfindən hücum edildi. Hakimiyyət səfirliyinin təhlükəsizliyinin gücləndirməyə söz versə də bu addımı atmadı. Bu isə rəsmi Parisin həm də Azərbaycana qarşı terror fəaliyyətləri dəstəklədiyinin göstəricisidir.

Son iki il Cənubi Qafqazda baş verənlər sübut etdi ki, dövlət başçısı Azərbaycanla təzyiq və təhdid dilində danışılmasına heç vaxt yol verməyəcək. Bu Azərbaycanın milli maraqlarının həmişə etibarlı müdafiə edildiyinin əyani göstəricisidir.

Daim zor, güc, qan tökməklə müstəmləkələri əlində saxlamış cinayətkar Fransa tarixi cinayətlərini “məzlum və kimsəsiz erməni”ni müdafiə etməklə ört-basdır edir. O bu vasitə ilə Rusiyanın Cənubi Qafqazdan, xüsusilə Ermənistandan sıxışdırılmasına nail olmağa səy göstərir. Yeni əraziləri nüfuz dairəsinə almağa çalışır. Əlcəzair və Tunisdə soyqırımlar, Vyetnamda hərbi cinayətlər törətmiş, hazırda sülhməramlıları ilə Malidə iğtişaşlar yaradan Fransa beynəlxalq vasitəçi olmaq kimi xoşməramlı missiyanın daşıyıcısı rolunda çıxış edə bilməz. Bunun üçün onun ilk növbədə keçmiş cinayətlərinə, törətdiyi soyqırımına görə beynəlxalq ictimaiyyətdən və həmin xalqlardan üzr istəməsi vacibdir. Ancaq üzr istəmək tərbiyəli və ədalətli tərəfin ata biləcəyi addımdır...


SƏDRƏDDİN İSMAYILOV

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Fransa: Prezident seçkilərində Macron Le Pen-i məğlub edib

    Fransa: Prezident seçkilərində Macron Le Pen-i ...

    8-05-2017, 19:55

  • 
  • TBMM-in siyasi partiyaları Fransa Senatının Dağlıq Qarabağla bağlı qərarını qınadı

    TBMM-in siyasi partiyaları Fransa Senatının ...

    27-11-2020, 20:43

  • 
  • Fransa İranın 2 kəşfiyyat rəsmisinin hesablarını dondurub

    Fransa İranın 2 kəşfiyyat rəsmisinin hesablarını ...

    3-10-2018, 13:57

  • 
  • Fransa İŞİD-i bombalamağa başladı

    Fransa İŞİD-i bombalamağa başladı ...

    16-11-2015, 12:38

  • 
  • Fransa ABŞ və Rusiyanı birləşməyə çağırdı

    Fransa ABŞ və Rusiyanı birləşməyə çağırdı ...

    17-11-2015, 13:58


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu