Gundemxeber.az » Ölkə » Cəmiyyət » Ağstafada Qarabağ müharibəsi iştirakçısı dələduzluğa məruz qalıb - GİLEY
Ağstafa rayonunun Düzqışlaq kənd sakini Umarova Rəna Mubir qızı və həyat yoldaşı, Birinci Qarabağ Müharibəsi iştirakçısı Umarov İlkin Heydər oğlu tərəfindən “Hürriyyət” qazetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi İlkin Umarov dələduzluğa məruz qaldığını, tanışı Seymur Hacıyevin onu aldatdığını iddia edir:
“Hacıyev Seymurla ailəvi yaxın olmuşuq. Bir ara az qala qohumluq münasibətləri qurulurdu. Sonradan başa düşdük ki, bu insan bizdən və bütün ətrafından istifadə edir”, - deyən İlkin Umarovun sözlərinə görə, bankdan 10 min AZN götürərək, tanışı Hacıyev Seymur Oqtay oğluna verib və sonradan çox hissəsini özü ödəməyə məcbur olub.
“10 min AZN pulun az miqdarını özü ödədi, çox hissəsini biz ödəməyə məcbur olduq. Banka ödəniləcək pulun bir qismi qalanda, Seymur yenə yoldaşım İlkini razı salıb, daha 20 min AZN kredit götürüblər. Mən bu krediti bilən kimi, “yenə ödəməyəcək, yük bizə düşəcək” deyə yoldaşıma şikayətləndim. İlkin mənə dedi ki, yox Rəna, Seymur çıxılmaz vəziyyətdədir, işi dolaşıb, mənə söz verib, evini satıb borclarını ödəyəcək”, - Rəna Umarova bildirir. Onun sözlərinə görə, Seymur Hacıyev hərbcidir, gəliri yaxşı olsa da, pulu ödəmir.
“Bu insan illərdir “bu ay ödəyəcəm”, “gələn ay ödəyəcəm” deyərək bizi aldadır. Əvvəllər vəziyyətimiz bu qədər pis deyildi, krediti ödəyirdik. İndi isə ödəyə bilmirik. Yoldaşım ağır xəstədir, əlil arabasına məhkumdur, heç bir yerdən gəlirimiz yoxdur, pensiya alırıq, onu da Seymurun kreditinə veririk”, - deyə R.Umraova vurğulayıb.
Şikayətçi deyir ki, Seymur Hacıyev təkcə onları deyil, kənddə bir çox insanı aldadıb: “Maraqlansanız, bilərsiniz ki, Hacıyev Seymur adlı şəxs tək bizi yox, bizim kimi bir çox ailələri aldadıb. Hətta şəhid ailəsini də aldadıb, pullarını alıb. İllərdir Seymurun əvəzinə ödədiyim pulların çeklərini saxlamışam.
Hal-hazırda Salyanda N saylı hərbi hissədə işləyir. Qızım bir çox orqanlara müraciət edib, ancaq cavab yoxdur. Yoldaşımın sağlıq durumu günü-gündən pisləşir. Xəstə halı ilə öz-özünü çox qınayır. Bizi necə çətin vəziyyətdə qoyduğunu deyir”.
Rəna Umarovanın sözlərinə görə, indiyədək S.Hacıyevin yerinə banka 5 min AZN ödəyib, hazırda da ödəməyə davam edir: “Mən Hacıyev Seymurdan illərdir ödədiyim 5 min AZN-I və hal-hazırda banka ödədiyim aylıq krediti ödəməsini istəyirəm. Yoldaşımın müalicəsi üçün pul tapmırıq. Ödədədiyim pulları qaytarsın, yoldaşımı müalicəyə aparım.
Olkə rəhbərliyinə müraciət edirəm! Xahiş edirəm, şikayətimə əsaslı şəkildə baxılsın”.
P.S. Dələduzluqda ittiham olunan Seymur Hacıyevlə əlaqə yaratmaq cəhdlərimiz alınmadı. Onun mövqeyini də dərc etməyə hazırıq.
GUNDEMXEBER.AZ
14-05-2019, 12:27
20-08-2018, 10:42
13-12-2013, 12:53
11-08-2016, 00:16
14-10-2013, 12:49
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?