Səbail rayon Polis İdarəsinə dələduzluq faktı ilə bağlı şikayət ərizəsi daxil olub. Lent.az-ın məlumatına görə, Bakı sakinləri, 1947-ci il təvəllüdlü Arzumanlı Vaqif Minad oğlu və 1951-ci il təvəllüdlü Kərimova Ruhiyyə Hacımurad qızı adından daxil olmuş ərizədə onlara məxsus xeyli miqdarda pulun dələduzluq yolu ilə mənimsənildiyi bildirilib.
V.Arzumanlı və R.Kərimova qeyd ediblər ki, özlərinə məxsus olan Beynəlxalq Bankın kartını Naxçıvan sakini, 1981-ci il təvəllüdlü Xəlilov Samir Tahir oğluna veriblər. S. Xəlilov kartda olan pulları bankomatdan çıxarıb və aradan çıxıb.
Məlumata görə, S.Xəlilov əvvəllər məhkumluq həyatı yaşayıb.
Qeyd edək ki, V. Arzumanlı AMEA-nın Ədəbiyyat İnstitutunun Xarici ölkələr ədəbiyyatı və ədəbi əlaqələr şöbəsinin müdiridir. O, açıqlamasında belə bir şikayət ərizəsi yazdığını təsdiqləyib. V.Arzumanlı həmçinin qeyd edib ki, ona qarşı dələduzluq edən şəxs tək deyil: “Onlar bir neçə nəfərdirlər və xeyli insana qarşı belə hərəkətlər ediblər”.
Sorğu
Yeni dizaynımız necədir?