Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Qardaşoğlu” İstanbulda öldürüldü: Motiv bəlli deyil – FOTOLAR
İstanbulda azərbaycanlı kriminal avtoritet, “Qardaşoğlu” ləqəbi ilə tanınan Elnur Qasımov güllələnərək qətlə yetirilib.
Oktyabrın 26-na keçən gecə ağır xəsarət alaraq İstanbuldakı özəl klinikalardan birinə çatdırılan Şərur rayon sakini E.Qasımovun həyatını xilas etmək mümkün olmayıb.
Bildirilir ki, “Qardaşoğlu” ləqəbli avtoritet Rövşən Lənkəranskinin klanına daxil olan Emin Naxçıvanskinin qardaşıdır. Belə ki, Elnur Qasımovun qardaşı Emin kriminal aləmin tanınmış simalarından biridir. “Emin Naxçıvanski” kimi tanınan avtoritet dəfələrlə həbsdə olub, sonuncu dəfə bu yaxınlarda həbsdən buraxılıb.
E.Qasımovun vəkili Ceyhun Yusifov açıqlamasında bildirib ki, hazırda cinayətin motivi barədə detallar bəlli deyil: “Qətl hadisəsi ilə bağlı Türkiyə hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmadan sonra hadisə barəsində ətraflı məlumat əldə edəcəyik. Hələlik bu barədə açıqlama verməyim doğru olmazdı. Allah rəhmət eləsin!”. (Qafqazinfo)
Fotoda: Elnur Qasımov (“Qardaşoğlu”) və qardaşı Emin Qasımov (Naxçıvanski)
10-05-2019, 14:23
21-10-2013, 11:37
21-10-2016, 00:08
16-12-2017, 15:38
24-04-2018, 18:49
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?