Avropa Şurası Parlament Assambleyasının 20-dən çox üzvü Azərbaycanda siyasi məhbusların sayının artması ilə bağlı Qətnamənin qəbul edilməsi üçün vəsatət verib. Vəsatət cənab Maurizio BUCCARELLA və Assambleyanın digər üzvləri tərəfindən təqdim edilib. Təklif Assambleyada müzakirə olunacaq və bu məsuliyyəti yalnız onu imzalayanlar öhdəsinə götürür.
Vəsatətdə deyilir:
Azərbaycanda jurnalistlərə, hüquq müdafiəçilərinə və müxalifətçilərə qarşı təqiblərin artması və buna uyğun olaraq orada siyasi məhbusların sayının artması narahatlıq doğurur.
2022-ci il sentyabrın 10-da jurnalist Əvəz Zeynallı və hüquq müdafiəçisi Elçin Sadıqov qondarma ittihamlarla həbs ediliblər. Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviçin Zeynallı və Sadıqova qarşı siyasi motivli təqibləri dərhal dayandırmaq və onları dərhal azad etmək çağırışına baxmayaraq, bir gün sonra hakimiyyət daha bir jurnalist Elnur Şükürovu saxlayıb.
Jurnalist təşkilatlarının müraciətlərinə baxmayaraq, hakimiyyət Əvəz Zeynallı və Elnur Şükürov barəsində 4 aylıq, Sadıqova isə 4 aylıq ev dustaqlığı qərarı verib.
Eləcə də, 2022-ci ilin ortalarında jurnalist Abid Qafarov qondarma böhtan ittihamı ilə həbs edilib. Eynilə, Azərbaycan hakimiyyəti müxalifətçi Əli Əliyevə qarşı üç cinayət işi açıb.
2022-ci ilin mayında bloger Rəşad Ramazanov qondarma ittihamlarla həbs edilib.
Əvəz Zeynallı və Rəşad Ramazanov keçmiş siyasi məhbuslardır. Azadlığa buraxıldıqdan sonra onlar jurnalist fəaliyyətlərini bərpa ediblər və bu, Azərbaycan hakimiyyəti tərəfindən yeni təqiblərə səbəb olub. Keçmiş və digər siyasi məhbuslar da hakimiyyətdən cinayət təqibi ilə bağlı hədələr alırlar.
Hakimiyyət Azərbaycandan kənarda öz tənqidçilərini təqib etməkdə davam edir. 2022-ci il oktyabrın 2-də azərbaycanlı jurnalist və hüquq müdafiəçisi, hazırda Ukrayna vətəndaşı olan Elxan Nuriyev Polşa hüquq-mühafizə orqanları tərəfindən Azərbaycanın İnterpolun siyasi motivli sorğusu əsasında saxlanılıb və onun təcili ekstradisiyasını tələb edib və bu onun həyatı üçün real təhlükə yaradıb.
Parlament Assambleyası Azərbaycanda mövcud olan siyasi məhbus işlərinə diqqətlə baxmalı və öyrənməlidir.
Assambleya Azərbaycan hökumətini Avropa İnsan Haqları Konvensiyasına əməl etməyə və bütün siyasi məhbusları azad etməyə çağırmalıdır, çünki bu, Azərbaycanın Avropa Şurasına daxil olarkən üzərinə götürdüyü fundamental öhdəlikdir.
İmzalayanlat:
1. BUCCARELLA Mauritsio, İtaliya, SOC
2. ÆVARSDÓTTIR Thórhildur Sunna, İslandiya, SOC
3. ARSLAN Sibel, İsveçrə, SOC
4. ÅSEBOL Ann-Britt, İsveç, EPP/CD
5. BOER Margreet, De, Hollandiya, SOC
6. CASTEL Laura, İspaniya, UEL
7. DAVIES Geraint, Birləşmiş Krallıq,
8. SOCFERNANDES Emmanuel, Fransa, UEL
9. FRIDEZ Pierre-Alain, İsveçrə, SOC
10. GARVEY Róisín, İrlandiya, SOC
11. GAVAN Paul, İrlandiya, UEL
12. GIOVAGNOLI Gerardo, San Marino, SOC
13. GRIN Jean-Pierre, İsveçrə, ALDE
14. GUTIÉRREZ LIMONES Antonio, İspaniya, SOC
15. HOOP Franziska, Lixtenşteyn, ALDE
16. LACROIX Christophe, Belçika, SOC
17. MARINELLO Gaspare Antonio, İtaliya, NR
18. MARTINEZ SEIJO Luz, İspaniya, SOC
19. RAMPI Roberto, İtaliya, SOC
20. SCHENNACH Stefan, Avstriya, SOC
Qeyd:
ALDE: Avropa üçün Liberallar və Demokratlar Alyansı
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?