Bu gün İranın Azərbaycana olan mənfi münasibətinin olduğu bir dövürdə, qeyri-qanuni fəaliyyət göstərən şirkətlərin aktivləşməsi hansı zərurətdən irəli gəldiyi məlum olmasa da ümumi gedən proseslərdən hərkəsə aydın olmalıdır. Hal-hazırda ölkəmizdə İranla əlaqəli olan şirkətlərin birinin fəaliyyət göstərmsi olduqca maraqlı məqamlardan xəbər verməkdədir. Qeyd edək ki, "FOHOW Azərbaycan" şirkəti ölkəmizdə fəaliyyət göstərsə də tez-tez İranda görüşlər və tədbirlər keçirdiyi haqda məlumatlar yayılmaqdadır. Apardığımız araşdırmalar nəticəsində bəzi məlumatlar əldə etmişik. Belə ki, adıçəkilən şirkətin Azərbaycan üzrə ilk nümayəndəsi Yaşar Süleymanlı vaxtaşırı İrana getməsi və nəyin axtarışına çıxması, eyni zamanda şirkət əməkdaşlarının Qum şəhərində dini təhsil alması maraq doğurmaqdadır. Əldə etdiyimiz məlumata gərə bu şirkətin İran ölkəsinə külli miqdarda maliyyə vəsaiti ötürülməsi birçox qaranlıq məqamlardan xəbər verir. Bu haqda apardığımız araşdırmaların yekununda daha geniş açıqlama verəcəyik. Hazırda gəzən məlumatlardan məlum olub ki, şirkətin iki qadın əməkdaşları və onlardan birinin həyat yoldaşı Qum şəhərində dini təhsil almaqdadır. Beş lideri 14 nümayəndəliyi olan "FOHOW AZƏRBAYCAN" şirkətininin əhatəsində böyük kontingentin olması və bu həssas dönəmdə onların sosial şəbəkələrdə paylaşım etməsi nəyə və kimə işarədir?
Bu şirkətin demək olar ki, əksəriyyəti fars-molla rejiminə uyğun dini təriqətin daşıyıcılarıdır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?