GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » İran bankları Azərbaycandan çıxarılır

İran bankları Azərbaycandan çıxarılır

Tarix: 21-12-2012, 13:41 Bölmə :İqtisadiyyat Baxış: 842
İran bankları Azərbaycandan çıxarılır

Molla rejimi ilə ölkəmiz arasında bank əməliyyatları tam dayandırılacaq

gundemxeber.az Son günlərdə belə fikirlər dolaşmağa başlayıb ki, ABŞ Azərbaycan banklarından İran banklarına transferləri dayandırmaq üçün müvafiq müraciət edib. Lakin bu məsələ hələ ki, rəsmi təsdiqini tapmayıb. Belə müraciət həqiqətən mövcuddursa, bu, Azərbaycana nə vəd edir? Digər tərəfdən, ölkəmizdə fəaliyyət göstərən İranın Milli Bankı da bağlana bilərmi?
Prinsipcə Azərbaycanda fəaliyyət göstərən banklara nizamnamə kapitalının hətta İran da daxil olmaqla hardan olmasından asılı olmayaraq onlara heç bir məhdudiyyət qoyula bilməz. Çünki onlar Azərbaycanın hüquqi şəxsləridir. Digər tərəfdən, ABŞ bu və ya digər formada siyahıya aldığı İranın müəyyən dövlət orqanları və şirkətlərinə qarşı müəyyən sanksiyalar tətbiq edib. Hansı ki, həmin siyahı digər ölkələrə də təqdim olunur. Ona görə də Azərbaycan banklarının İran banklarına transferlərində bir problem görmürəm. Azərbaycanla İran arasında olan ilişgilər ABŞ dolları ilə aparılsa, bu halda Amerika banklarının prosesə müdaxilə etmək imkanları daha çox olur. İran və Azərbaycan iş adamları əlaqələrini avro və ya başqa ölkə valyutaları və yaxud barter hesabı ilə həyata keçirirlər. Amma dünya iqtisadiyyatının xarici ticarət əlaqələrinin 70 faizinin ABŞ dolları ilə həyata keçirildiyini nəzərə alsaq, bu istənilən ölkənin xarici ticari əlaqələrinə ziyandır. Bu isə daha çox İrana aiddir. Dolların kəskin dəyişməsi, İrana idxal olunan malların çoxunun dollarla alınmasını nəzərə alsaq burada bahalaşmanın müşahidə olunduğunu görərik. Hər halda İranda sosial problemlər yaşanır. Bu mənada ABŞ-ın Azərbaycana tövsiyyə verməsini ciddi qarşılamıram. Güman edirəm ki, daha çox İranla Azərbaycanın sərhəd ticarətində iştirak edən insanların dolların kursu ilə bağlı qiymət artımlarının müşahidə olunması ölkəmizin iqtisadiyyatına təsir edə bilər. Eyni zamanda, belə sanksiyalar iqtisadi münasibətlərin azalmasına gətirib çıxarar. Həmçinin dolların qaçaqmalçılığına səbəb olar.
Amma yaxın aylarda İran banklarının ölkəmizdəki fəaliyyətinə büsbütün son qoyulacaq. Azərbaycanda hazırda İranın yalnız bir bankı fəaliyyət göstərir. Söhbət İran Milli Bankından gedir. ABŞ və BMT İrana qarşı sanksiyalar tətbiq etdikdən sonra Vaşinqton digər ölkələrə Tehranla əlaqələrin kəsilməsi istiqamətində təkliflər ünvanlayıb. Ağ Ev tərəfdaş ölkələrə İranla bank transferinin məhdudlaşdırılması ilə bağlı tövsiyyə xarakterli məktub göndərib. İranla bank transferini məhdudlaşdıran ölkələr sırasında Azərbaycanın da adı var. 2012-ci ili ortalarında Mərkəzi Bank kommersiya banklarına İranla transferlərə müəyyən məhdudiyyətin qoyulması ilə bağlı tövsiyyə xarakterli göstəriş verib. Bunun ardınca İran Milli Bankının ölkəmizdə fəaliyyətinin məhdudlaşması müşahidə edildi. Praktik olaraq bu gün Azərbaycanla İran arasında bank transferi minimum səviyyədədir. İndi bu fəaliyyətin daha çox nağd şəkildə həyata keçirilməsi müşahidə olunur. Azərbaycan ABŞ-la münasibətlərə xələl gətirməmək üçün belə qadağaları həyata keçirməli olub. Bu baxımdan proses artıq yarım ilə yaxındır ki, özünü ölkəmizdə də göstərir. Güman olunur ki, yaxın vaxtlarda İran Milli Bankının fəaliyyəti ölkəmizdə tamamilə dayandırılacaq. 2013-cü ildə Azərbaycanda hər hansı bir İran bankının fəaliyyət göstərəcəyi güman olunmur.


“İqtisadiyyat şöbəsi”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Məmurlarımızın İran bankları ilə müdhiş əlaqələri

    Məmurlarımızın İran bankları ilə müdhiş əlaqələri ...

    7-03-2014, 18:19

  • 
  • İran ABŞ-la əməkdaşlıq etməyəcək

    İran ABŞ-la əməkdaşlıq etməyəcək ...

    3-06-2016, 16:00

  • 
  • İran səfirliyi Azərbaycan XİN-ə nota verməyib

    İran səfirliyi Azərbaycan XİN-ə nota verməyib ...

    13-12-2012, 13:30

  • 
  • İRAN "GÜNDƏM XƏBƏR"QƏZETİNƏ GÖRƏ AZƏRBAYCANA NOTA VERDİ

    İRAN "GÜNDƏM XƏBƏR"QƏZETİNƏ GÖRƏ ...

    20-08-2013, 16:28

  • 
  • İran Azərbaycana nota verdi

    İran Azərbaycana nota verdi ...

    25-11-2013, 12:08


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu