Rusiya son zamanlar MDB məkanında müxtəlif səpkidə çoxsaylı forumlar keçirməyə başlayıb. Növbəti belə bir forum Bakıda baş tutacaq. Noyabrın 17-18-də Bakıda XI Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilməlidir. Bu münasibətlə Rusiyanın baş naziri Mixail Mişustin də Bakıya gələcək.
İiştirakçılar investisiya sahəsində qarşılıqlı fəaliyyət, nəqliyyat infrastrukturu, biznes, kənd təsərrüfatı sahəsində əməkdaşlıq və humanitar əlaqələrin dərinləşdirilməsi məsələlərini müzakirə edəcəklər.
“Rusiya izolyasiyadan qaçmaq üçün belə forumlara geniş yer verməyə başlayıb”.
Bunu GundemXeber.Az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli noyabrın 17-18-də Bakıda Rusiya baş naziri Mixail Mişustinin iştirakı ilə keçiriləcək XI Azərbaycan-Rusiya Regionlararası Forum fonunda Moskvanın MDB məkanında belə tədbirlərə son zamanlar önəm verməsi səbəblərindən danışarkən deyib:
“Rusiyanın MDB məkanına ehtiyacı və gözləntiləri vardır. Çünki getdikcə artan sanksiyalar dalğası fonunda tam izolyasiya olmamaq üçün Rusiya MDB məkanına xüsusi münasibəti olan bir məkan kimi baxır. Ona görə də 2020-ci ildən bəri bu sayaq forumlara daha geniş yer verməyə başlayıb. Qazaxıstan, Ermənistan, Qırğızıstan və Tacikistanda keçirib, indi də Azərbaycanda belə bir forumu keçirir. Ölkəmizin Rusiya ilə qarşılıqlı ticarət dövriyyəmiz kifayət qədər yüksəkdir. Rusiya da ölkəmizlə ticari əlaqələrdə maraqlıdır. Bu kimi forumlara geniş yer ayırmaqla Moskva Qərbə izolyasiya olunmadığı mesajını vermək istəyir. Bu mənada Azərbaycanla bağlı da belə bir forumun keçirilməsi gözlənilən idi”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?