Tacikistan paytaxtı Düşənbədə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası başlayıb.
MDB dövlət başçıları öncə məhdud formatda görüş keçirirlər.
Onlar MDB çərçivəsində qarşılıqlı fəaliyyət haqqında fikir mübadiləsi aparacaq, eləcə də MDB-də sədrilk, Dövlət Başçıları Şurasının növbəti iclasının keçirilmə yeri və tarixi məsələlərini müzakirə edəcəklər.
Geniş tərkibdə iclas zamanı təşkilatın fəaliyyətinin əsas istiqamətləri üzrə əməkdaşlığın gələcək inkişafına yönəlmiş kompleks məsələlər nəzərdən keçiriləcək.
Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak edir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?