Son proseslər göstərir ki, oktyabr ayında Bakıda mənzil bazarında qiymət artımı xeyli dərəcədə səngiyib. Bu vəziyyət özünü əsasən də bahalı mənzillərlə bağlı göstərir. Belə ki, bahalı mənzillərə əvəlki aylardan fərqli olaraq tələb azalıb. Bahalı mənzillərə olan tələbatın azalmasını şərtləndirən səbəblər nədir?
GundumXeber.Az xəbər portalına açıqlamasında NBA Konsaltinq Şirkətinin rəhbəri Nüsrət İbrahimovun fikrincə, bahalı mənzillərə tələbin azalması imkanlı ailələrin öz mənzil problemlərini əsasən həll etməsi və bu kateqoriyaya daxil insanların sayında baş verən azalma ilə bağlıdır:
“Bahalı mənzilləri adətən ödəmə imkanı yüksək olan ailələr alır. Yüksək təminatlı ailələr isə bu gün mənzillə bağlı öz mənzil problemlərini demək olar ki, həll edib. Digər tərəfdən, yüksək təminatlı kateqoriyaya daxil olan yeni nəsil insanların sayında son illər azalma müşahidə edilir. Ona görə də son zamanlar bahalı mənzilə tələb azalıb. Bahalı mənzillərdə tələbin azalması öz təsirini onun qiymətinə də göstərib. Nəticədə onun tikinti həcmi də azalır. Əvvəllər mənzillər şəhərin tarixi yerlərində tikilirdi. İndi isə şirkətlər evi əsasən paytaxt ətrafında tikir”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?