GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Azər Şükürov şəhid ailələrinin üzvlərinə qənim kəsilməyi Robert Stivensdən öyrənib?

Azər Şükürov şəhid ailələrinin üzvlərinə qənim kəsilməyi Robert Stivensdən öyrənib?

Tarix: 17-11-2022, 10:02 Bölmə :Cəmiyyət Baxış: 227

Təxminən bir il əvvəl 1-ci Qarabağ müharibəsi şəhidi Rəhman Əliyevin oğlu, “Azstone MMC”nin icraçı direktoru Anar Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən şirkətdə qanunsuz yoxlamalar aparıldığını iddia etmişdi. Bildirmişdi ki, qanunsuz yoxlamalar və bu qanunazidd hərəkətlərin Qaradağ rayon Məhkəməsində və Bakı Apellyasiya Məhkəməsində obyektiv araşdırılmaması barədə dəfələrlə Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədova və ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevə müraciətlər etsələr də, buna baxmayaraq, sözügedən Agentlik, eləcə də Bakı Apellyasiya Məhkəməsi tərəfindən icraçı direktoru olduğu “Azstone” MMC-yə qarşı təzyiqlər səngimir. Yoxlamaların səbəbini soruşduqda onlara deyilirmiş ki, Agentlik yeni yaradılıb və bu, rəhbərliyin göstərişidir. Şirkətin dağ-mədən ayırması aktının müddəti bitdiyi üçün Agentliyə müraciət etsələr də, icazə vermirlər.

İndi isə 1-ci Qarabağ müharibəsi şəhidi Hacıyev Taleh Yusif oğlunun qardaşı, Qarabağ müharibəsi veteranı, “İ.N.Ə.” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Abşeron sanatoriyası 6-cı korpus ünvanda yaşayan Hacıyev Elbrus Yusif oğlu redaksiyamıza müraciət edərək, qarşılaşdığı hüquqpozmalar barədə yuxarı instansiya rəhbərlərinə (Azərbaycan Respublikasının Baş Prokuroruna, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbərinə, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinə, Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının sədrinə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə) ünvanladığı şikayətinin ictimailəşdirilməsini xahiş etmişdir.

E.Hacıyev bildirir ki, “İ.N.Ə.” MMC-nin 100% tam payını 16 iyun 2017-ci il tarixdə alğı-satqı müqaviləsinə əsasən almışdır və hal-hazırda da təsisçisidir. “Qarabağ Qaziləri” İctimai Birliyinin üzvü olmaqla Azərbaycan Respublikasının müstəqilliyi və torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə öz sağlamlığını itirmiş müharibə əlillərinin və şəhid ailələrinin sosial rifahının, maddi vəziyyətinin yaxşılaşdırılması üçün yardımlar edir. Təsisçi məlumat verir ki, Cəmiyyətin fəaliyyəti Qaradağ rayonu, Sahil qəsəbəsində istifadəsində olan 8 hektar torpaq sahəsində mişardaşı istehsalı və satışı ilə əlaqədardır: “Cəmiyyətə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən 8 hektar torpaq sahəsinə dair yerin təkindən istifadəyə dair 01 avqust 2013-cü il tarixli 00765 nömrəli “Dağ mədən ayırması” Aktı və dövlət ekoloji ekspertiza rəyi verilmişdir. Cəmiyyətə verilmiş icazənin müddəti başa çatdıqdan sonra yerin təkindən istifadə müddətinin uzadılması üçün yeni yaradılmış səlahiyyətli orqan Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə 01 mart 2020-ci il tarixdə rəsmi müraciət edilmiş və cavab olaraq bildirilmişdir ki, ölkədə olan karantin rejimi ilə əlaqədar iqtisadi zəifliyi nəzərə alaraq ilin sonuna qədər bu məsələyə baxılacaqdır. Lakin Agentlik tərəfindən Cəmiyyətə nə icazə sənədi, nə də icazənin verilməsindən imtina məktubu verilmişdir”.

MMC rəhbərliyi yaxın vaxtlarda müəyyən edib ki, Agentlik “Sahil” əhəng daşı yatağında Cəmiyyətə məxsus torpaq sahəsinə 2022-ci ilin may ayında hərrac təşkil etmiş, fərdi sahibkara torpağın böyük bir hissəsində yerin təkindən istifadəyə icazə vermişdir. E.Hacıyev hesab edir ki, bunun səbəbkarı və maraqlı olan tərəfi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədr müavini, ekspert komissiyasının sədri Şükürov Azər Məcid oğludur: “Şükürov Azər Məcid oğlu ümumiyyətlə bu vəzifəyə gələrkən “AZİNTERPARTLAYIŞ-X” MMC-nin təsisçisi və direktoru olmuşdur. Onun Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-17/2017 nörməli 01.05.2017-ci il tarixli qətnaməsinə əsasən, “YapıKredi Bank Azərbaycan” QSC-nin xeyrinə tutulmalı 116738,59 USD və 49540,45 AZN məbləğində borcu vardır. Həmçinin onun direktoru olduğu “AZİNTERPARTLAYIŞ-X” MMC-nin (VÖEN: 1001709311) dövlətə hal-hazırda 220807,77 AZN məbləğində vergi borcu vardır. Bu səbəbdən Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokar Gəlirlər Baş İdarəsi cavabdeh “AZİNTERPARTLAYIŞ-X” MMC-yə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldırmış və icraatda 1(112)-10461/2022 nömrə ilə baxılır. Bunları əvvəlcədən görən Azər Şükürov cəmiyyətin direktoru vəzifəsindən çıxaraq 04.03.2022-ci il tarixdə oğlu Şükürlü Elnur Azər oğlunu direktor təyin etmişdir. Bundan başqa, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10416/2022 nömrəli 09.09.2022-ci il tarixli qərardadı ilə müəyyən edilmişdir ki, iddiaçı olaraq “İ.N.Ə.” MMC-nin hərracını mübahisələndirdiyi “Sahil” əhəngdaşı yatağında LOT-1 yatağı cavabdeh Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən iki şəxsə - Əliyev Müharib Hümbət oğluna və Məmmədov Ağaddin Məmiş oğluna ayrılmışdır. Mübahisənin hansı şəxsə toxunduğu müəyyən edilmədiyi üçün onlar üçüncü şəxs qismində cəlb edilmişlər. Göründüyü kimi, Azər Şükürovun Agentlikdə etdiyi qanunsuzluqlar bir - bir ortaya çıxır və elə bu səbəbdən Agentliyin əvvəlki sədri Samir Qurbanov onun bu əməllərindən ziyan çəkməmək üçün istefa verməyə məcbur qalmışdır. Beləliklə, bu qədər borcu olan bir şəxsin bu cür yüksək və əhəmiyyətli vəzifədə işləməsi hər bir halda onun korrupsiyaya əl atacağına dəlalət edir”.


E.Hacıyev həmçinin xatırladır ki, bu yaxınlarda Əmlak Məsələləri Dövlət Xidmətinin bəzi əməkdaşdaşlarının torpaq sahələrinin mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair müsbət rəyin verilməsinə görə cinayət əməlləri sübut olunmuş və Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində CM-nin müvafiq maddələri ilə cinayət işi açılmışdır. Ekspert komissiyasının üzvlərindən biri də Əmlak Məsələləri Dövlət Xidmətidir və Azər Şükürov bu qanunsuz əməlləri ilə həbs edilən əməkdaşlardan müsbət rəylər almışdır.

“İ.N.Ə.” MMC-nin təsisçisi bildirir ki, Bakı İnzibati Məhkəməsində 14.10.2022-ci il tarixdə keçirilmiş iclasda Agentliyin nümayəndəsi Baş Prokurorluğa etdiyi müraciətin surətini hakimə təqdim etmişdir. Cəmiyyət rəhbərliyi bunu birbaşa məhkəməyə və MMC-yə təzyiq kimi qiymətləndirir və bu birbaşa Azər Şükürovun təlimatı əsasındadır.

“Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 9.3.3-cü maddəsinə əsasən bilavasitə, başqa və ya uydurma şəxslər vasitəsilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, əvəzçilik üzrə işləmək (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla), habelə sahibkarlıq fəaliyyətini həyata keçirən təsərrüfat subyektlərinin və maliyyə-kredit müəssisələrinin icra orqanlarının tərkibinə daxil olmaq və 9.3.12-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərə hüquqlarının və qanuni mənafelərinin həyata keçirilməsində süni maneələr yaratmaq vəzifəli şəxsin korrupsiyaya şərait yaradan hüquqpozmalar sayılır. Bu səbəbdən E.Hacıyev müraciət etdiyi yuxarı instansiyalardan Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədr müavini Şükürov Azər Məcid oğlu barəsində müvafiq araşdırmanın aparılmasını xahiş edir.

Xatırladaq ki, tanınmış kanadalı geoloq Robert Stivensin “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təşəbbüsü və dəstəyi ilə azərbaycancaya tərcümə və nəşr edilən “Faydalı qazıntıların kəşfiyyatı və dağ-mədən sənayesinin əsasları” kitabının rəyçisi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədrinin müavini Azər Şükürov olub. Kitabın bu il martın 17-də keçirilən təqdimat mərasimində təmtəraqlı çıxış edən A.Şükürov o cür maarifləndirici kitabların dağ-mədən sənayesinin inkişafı üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdı. Maraqlıdır, gah gələcəkdə su ehtiyatlarınızın çatışmazlığı ilə üzləşə biləcəyimiz barədə xəbərdarlıq edərək, gah da karxana sahibkarlarını sahənin mütəxəssislərini işə götürməməkdə qınamaqla özünü reklam edən Azər Şükürov görəsən şəhid ailələrinin üzvlərinə qənim kəsilməyidəmi Robert Stivensdən öyrənib?

Mövzuya qayıdacağıq.


Gundemxeber.az



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azər Şükürov şəhid ailələrinin üzvlərinə qənim kəsilməyi Robert Stivensdən öyrənib?

    Azər Şükürov şəhid ailələrinin üzvlərinə qənim ...

    10-11-2022, 12:52

  • 
  • Azərbaycanda yeni agentlik yaradıldı

    Azərbaycanda yeni agentlik yaradıldı ...

    16-07-2018, 21:05

  • 
  • “Aztelekom” MMC-nin sabiq baş direktorunun saxlanma şəraitindən narazılığı yoxdur

    “Aztelekom” MMC-nin sabiq baş direktorunun ...

    23-11-2015, 20:17

  • 
  • Məmurlar şəhid qızını maşınla vurub xəsarət yetirdilər-ŞOK OLAY

    Məmurlar şəhid qızını maşınla vurub xəsarət ...

    24-08-2018, 16:50

  • 
  • Xalıqverdi Hüseynov məhkəmə qərarını saymamaqla Ekologiya və Təbii Sərvətlər Nazirinə təxribat hazırlayır-Şikayət

    Xalıqverdi Hüseynov məhkəmə qərarını saymamaqla ...

    10-08-2018, 17:38


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (458)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu