Kəlbəcər rayonundan məcburi köçkün Bakı şəhərində məskunlaşmış şəhid qızı Rüstəmova Elnarə Vilayət qızı tərəfindən GundemXeber.az-a daxil olan şikayət məktubunu Ekologiya və Təbi Sərvətlər Naziri cənab Muxtar Babayevin diqqətinə olduğu kimi çatdırırıq:
“Mən Kəlbəcər şəhidi Vilayət Rüstəmovun qızıyam.Həyat yoldaşım 1-ci qrup Qarabağ müharibəsi əlili Əzim Məhəmmədi ürək tutmasından vəfat edib. Üç azyaşlı uşağımı güclə dolandırıam.23 avqust 2018-ci il tarixdə Quba rayonundan kömür alıb aparan zaman Ekologiya və Təbi Sərvətlər Nazirliyinin 4 nəfər əməkdaşı bizi saxlatdırıb hər kömür kisəsinə görə bizdən 1 manat pul istədilər.Onlara bildirdim ki, mən bu kömürü oğurlamamışam qanunu qaydada Quba bazarından alıb evimə aparıram ki, hər kisənin üstünə 1 manat qoyub satıb çörək pulu edim. Biləndə ki, mən onlara istədikləri pulu verməyəcəm dedilər ki, bu qanunsuzluqdur kömürlər müsadirə olunacaq. Mən etiraz etdim ki, gözününüzün qarşısında Quba bazarında 30-40 yerdə tonlarla kömür satılır bəs nə üçün buna icazə verilir. Onlar mənə bildirdilər ki, hər kisəyə görə 1 manat verməlisən. Mən şəhid qızı olmağımı, Qarabağ müharibəsi əlilinin yetimlərinə baxdığımı bildirdim.
Ancaq heç bir mənası olmadı. 230 kisə kömrümü əlimdən aldılar. Mən onları getməyə qoymadıqda üstümə maşın sürüb məni vurub xəsarət yetirdilər. Sonradan mənə orada olan kənd sakinləri dedilər ki, özlərini Ekologiya və Təbi Sərvətlər Nazirliyinin əməkdaşları kimi təqdim edən həmin 4 nəfər şəxslər spirtli içki qəbul ediblər sərxoşdular.Mən onların idarə etdikləri hər iki avtomobilin nömrəsini yazmışam. Bu cinayət əməlidir. quldurluqdur ki, Ekologiya və Təbi Sərvətlər Nazirliyinin Quba rayonunda olan həmin 4 əməkdaşı törədiblər.
Mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Ekologiya və Təbi Sərvətlər Naziri cənab Muxtar Babayevə müraciət edib xahiş edirəm. Ekologiya və Təbi Sərvətlər Nazirliyinin Quba rayonunda olan həmin 4 əməkdaşının qanunsuz əməllərini araşdırıb barələrində ciddi tədbirlər görsünlər.”
Sorğu
Yeni dizaynımız necədir?