GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Cavad Heydərinin bir qardaşı daha həbs edilib

Cavad Heydərinin bir qardaşı daha həbs edilib

Tarix: 25-11-2022, 11:23 Bölmə :Cəmiyyət Baxış: 237


İranda kütləvi etiraz aksiyalarında öldürülən Cavad Heydərinin bacısı Fatimə Heydəri Höccət Heydəri adlı daha bir qardaşının həbs olunduğunu açıqlayıb. O, kəndlərindən daha iki nəfərin də həbs olunduğunu açıqlayıb.

Bu barədə mərhum Cavad Heydərinin bacısı Fatimə Heydəri öz Twitter hesabında məlumat paylaşıb.

O, yazıb ki, “mənim, atam və ümumilikdə 15 ailə üzvüm və qohumlarım barəsində həbs qərarı çıxarılıb, evlərdə reyd keçirilib. Bizə “ölkənin daxili/xarici təhlükəsizliyinə qarşı cinayət törətmək üçün toplaşmaq və əlbir olmaq” və "ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə insanları hərbə və bir-birini öldürməyə sövq etmək və təhrik etmək" ittihamları irəli sürülüb.

Fatimə Heydəri qeyd edib ki, onu həbs etmək üçün təhlükəsizlik qüvvələri evə daxil olaraq, orada reyd keçirib, ancaq evdə anasından başqa kimsə olmadığı üçün ailə üzvlərindən heç kimi həbs etməyə nail olmayıblar.

Bundan əvvəl Fatimə Heydəri qardaşı Məhəmmədin onun məhkəmə işi barədə məlumat əldə etmək üçün məhkəməyə müraciət etdiyi zaman həbs olunduğunu bildirmişdi.

Heydəri qardaşı Cavadın dəfn icazəsinin surətini sosial media hesablarından paylaşıb və yazıb ki, "qardaşımızın qətlini törədənlərə qarşı ailəmizin şikayətinə baxacaq səlahiyyətli orqanların hələ də müəyyən edilmədiyinə baxmayaraq, ailə üzvlərimizə qarşı müxtəlif ittihamlar irəli sürülür."

Qəzvin vilayətinin türk vətəndaşlarından olan Cavad Heydəri sentyabrın 22-də şəhərin "Millət" parkı önündə etirazlar zamanı təhlükəsizlik qüvvələri tərəfindən kürəyindən güllə yarası alıb və həyatını itirib.

Qəzvin valiliyinin siyasi və təhlükəsizlik işləri üzrə müavini Əbulhəsən Kəbiri Cavad Heydərinin polis qüvvələrinin komandanlıq qərargahının yaxınlığında olduğunu və "4 dəfə havaya atəş açıldıqdan sonra qaçdığını" və "bir müddət sonra onun meyitinin ağacların yanında tapıldığını" iddia edib. Beləliklə, vilayətin təhlükəsizlik üzrə səlahiyyətli şəxs Cavad Heydərinin polis və yaxud hər hansı təhlükəsiliz qurumlarının məmurları tərəfindən qətlə yetirildiyini rədd edib.

Mərhum Cavad Heydəri və həyat yoldaşı

Mərhum Cavad Heydəri və həyat yoldaşı

Fatimə Heydəri polisin bu ifadələrinə cavab olaraq, öz Twitter səhifəsində yazıb ki, “22 sentyabrda polis qardaşım Cavad Heydərini arxadan vuraraq öldürdü. Necə ola bilər ki, havaya atəş açılıb, amma güllə mənim qardaşımın bədənindədir? Arxadan atəş açmağa fikir verin! Arxadan atəş açanda deməli, xəbərdar etmək üçün yox, öldürmək üçün güllə atmısınız.”

Mərhum Cavad Heydərinin dəfn icazəsi vərəqəsində ölüm səbəbi kimi “ağır daxili qanaxma", "sol qalça arteriyasının qırılması" və "yüksək sürətli metal mərmi ilə vurulması” qeyd edilib.

Fatimə Heydəri qardaşı məzarı üstündə ağ geyinib

Fatimə Heydəri qardaşı məzarı üstündə ağ geyinib

İran rejiminin təhlükəsizlik qüvvələri daimi olaraq mərhumun ailəsinə və yaxınlarına təzyiqlər göstərir və ailəsinin onun qırx mərasimi keçirməsinə maneələr tödədib, lakin Heydəri ailəsi bütün təzyiqlərə rəğmən mərasimləri keçirməyə cəhd göstərib.

Fatimə Heydəri qardaşının dəfn mərasimində məzarı üstə saçlarını kəsərək, simvolik etirazını bildirmişdi. Həmin hadisə ölkədə insanların diqqətini cəlb etmişdi. O, habelə qardaşının yas mərasimlərində ağ geyinərək “Ağ geyinirəm, qaranı ürəyi daşdan olan, zülm edənlər geyinməlidir”-deyə bildirmişdi.

Mərhum Cavad Heydəri 1982-ci ildə Qəzvin vilayətinin Rəhmətabad kəndində anadan olub, kənd təsərrüfatı ixtisası üzrə ali təhsil almışdı.


Gundemxeber.az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İranda etiraz aksiyalarında öldürülən Cavad Heydərinin qardaşı Qəzvində həbs edilib

    İranda etiraz aksiyalarında öldürülən Cavad ...

    18-11-2022, 09:41

  • 
  • Urmiyədə jurnalist mükafatını Yol Press media qrupuna təqdim edib

    Urmiyədə jurnalist mükafatını Yol Press media ...

    23-08-2019, 11:41

  • 
  • Əri tərəfindən öldürülən 16 yaşlı Fatimə bu gün dəfn ediləcək

    Əri tərəfindən öldürülən 16 yaşlı Fatimə bu gün ...

    30-01-2020, 11:25

  • 
  • Aslan Hüseynovun bacısı reanimasiyadadır

    Aslan Hüseynovun bacısı reanimasiyadadır ...

    6-05-2021, 14:42

  • 
  • Fatimə yarıçılpaq fotosunu yaydı

    Fatimə yarıçılpaq fotosunu yaydı ...

    16-07-2018, 23:32


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu