Gundemxeber.az » Ölkə » Cəmiyyət » Nahid Cəfəri: “İranda qadınların mücadiləsi öncə ailə daxilində başlayıb, sonra onlar hökümətin qarşısına çıxıblar”
Nyu-Yorkda Farminqdeyl Dövlət Kollecinin müəllimi Nahid Cəfəri Amerikanın Səsi ilə söhbətdə İranda qadınların həyatın müxtəlif sahələrində üzləşdiyi problemləri və bu problemlərin hazırki ümummilli etirazlara yol açdığı prosesləri şərh edib.
“İranda bir cinsiyyət ayrı-seçkiliyi, bir gender aparteidi var. İran höküməti hicabla qadını nəzarətində saxlamaq istəyib. Hökümət bunu qanuna keçirib ki, qadın belə geyinəcək və bundan aşağı olanda qadın təqsirli sayılır. Qadının hicabı yaxşı olmasa işdən də atıla bilir. Görürük ki, hicab üzündən həbsə də atırlar və polis tutub aparır bunun üstündə qadına kötək vurur,” Nahid Cəfəri söyləyir.
Qadın deyir ki, mənim bədənimin kontrolunu verin mənim özümə. Mənim bədənim mənim seçimim.O bu nümayişlərin yalnız məcburi hicaba qarşı deyil, ümumiyyətlə qadınların bədənləri və həyatları ilə bağlı seçim haqqı olmamasına etiraz olduğunu vurğulayır“Etirazlar belə deyil ki, qadın "yalnız bu hicabı mənim başımdan götürün" desin, hökümət də gəlib "tamam, baş örtüyü lazim deyil və bitti" desin. Yox! Qadın deyir ki, mənim bədənimin kontrolunu verin mənim özümə. Mənim bədənim, mənim seçimim. Yəni, mən özüm nə sevirəm onu geyim. İstəsəm açıq, istəsəm qapalı geyinəm. Biri mənim başımın üstündə olmasın ki mənə desin bu gün yaxşı geyinmisən, bu gün yox. Bu gün qəbuldur, bu gün deyil.”
Nahid Cəfərinin sözlərinə görə, İranda ali təhsil alan qadınların sayının çoxalması ilə birlikdə bərabər hüquqlar uğrunda mücadilə ailə içində başlayıb və sonra küçələrə yayılıb.
“Qızlar universitetə getdilər. Hətta bakalavrdan sonra magistr və doktorluq dərəcəsi aldılar. Onlar yavaş-yavaş ailə içində mücadiləyə başladılar ki, bu hicabı qoysunlar kənara. Yəni, mübarizə əvvəl elə evlərdə başladı. Qadınlar bu ənənələrin və məzhəbin qarşısında durdular. Ondan sonra biz görürük ki, hərəkət qadınlar tərəfindən ailələrdən çıxıb, hökümətin qarşısına keçib. Onlar eşiyə çıxanda artıq azad çıxmaq istəyirlər,” Nyu-Yorkda Farminqdeyl Dövlət Kollecinin müəllimi bildirir.
Nahid Cəfəri İran əxlaq polisinin (İrşad dövriyyələri) son illərdə qadınlara qarşı tətbiq etdiyi zorakılıq halları və Məhsa Əmininin ölümünə diqqət çəkərək əlavə edir ki, “keçən 10 ildə sosial mediada gördük ki, qadınlar artıq küçədə baş açıq şəkillərini çəkib və paylaşırdılar. Yəni, özəl həyatlarından sonra keçdilər toplumun içində baş açıq şəkillər paylaşdılar. Sonra biz gördük ki, polis bu baş açıq qızları tuttuğunda, İrşad dövriyyələrinə müqavimət edin və maşına minməyin deməyə başladılar. Hətta çox vaxt biz gördük ki, qadınları tutub maşına mindirmək istədiklərində, kişilər də gedirdilər qadınların köməyinə. O zaman gördük ki, Məhsa Əminini tutdular və İrşad dövriyyəsinin zorakılığı nəticəsində bir qız öldü və toplum artıq partladı.”
GundemXeber.Az
15-08-2019, 16:53
3-02-2018, 15:15
11-07-2019, 22:25
19-06-2018, 11:47
22-05-2020, 18:13
Sorğu
Yeni dizaynımız necədir?