GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Azərbaycanın güneyində baş verənlərdən Bakı ziyalıları mütəəssir olmuşdular - GİZLİ AGENTURA

Azərbaycanın güneyində baş verənlərdən Bakı ziyalıları mütəəssir olmuşdular - GİZLİ AGENTURA

Tarix: 28-11-2022, 09:24 Bölmə :Cəmiyyət Baxış: 249

Bu haqda professor Cəmil  Həsənli tarixi faktlara istinadən maraqlı yazı dərc edib. Həmin  yazını GundemXeber.Az-ın çoxsaylı oxucularına təqdim edirik: "1946-cı ilin dekabrında bir illik fəaliyyətdən sonra 21 Azər hərəkatı qan içində boğuldu. Dekabrın 12-13-də (Azər ayının 21-22-də) Şah qoşunları Təbrizə nəzarəti ələ keçirdi. Demokrat Firqəsinin fəalları, Firqəyə rəğbət bəsləyənlər, fədai qüvvələri güllədən keçirildi. 

Öldürülən, həbs və sürgün edilənlərin sayı toplam 30 min ətrafında idi. Bir il ərzində ana dilində nəşr olunmuş kitablar Təbrizin müxtəlif məhəllələrində qalanmış tonqallara tökülüb yandırıldı. 

1945-ci ilin dekabr ayının 31-də Mir Cəfər Bağırov Güney Milli hökumətinin rəhbərlərindən soruşanda ki, Siz hakimiyyəti ələ aldınız, bundan sonra öz dövlətinizin gələcəyini necə təsəvvür edirsiniz? Pişəvəri, Şəbüstəri, Cavid, Badeqan və Məhəmməd Biriya 16 gün sonra cavab yazdılar ki, biz İran daxilində muxtariyyətin perspektivinə inanmırıq. Bu gün İran zəifdir bu muxtariyyəti bizə verir, sabah güclənən kimi onu bizim əlimizdən alacaq. Biz öz dövlətimizi Cənubi Azərbaycan Milli Demokratik Respublikası adı ilə birinci mərhələdə müstəqil (3-5 il), sonra isə Sovet Azərbaycanı ilə birlikdə görmək istəyirik. 

Güney liderlərinin bu planını 1946-cı ilin fevralında Moskvaya gələn Qəvam əs-Səltənə Stalinə deyəndə, Stalin dedi ki, azərbaycanlılar lap ağ eləyiblər. Və ardınca qara əməllər başladı. 

1946-cı ilin dekabrında 21 Azər hərəkatının qan içində boğulmasına, Sovetlərin xəyanətinə, Şah qoşunlarının amansızlığına Sovet Azərbaycanı ziyalılarının münasibəti necə idi? Bu çox maraqlı məsələdir. Moskvadan Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Nazirliyinə göstəriş gəldi ki, gizli agentura şəbəkəsi vasitəsi ilə bu münasibəti öyrənsinlər. Toplanan gizli agentura məlumatları müstəsna dərəcədə maraqlı idi. Bakıda ziyalılar baş verənlərdən çox mütəəssir olmuşdular. 

Məsələn, Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti Heydər Hüseynov demişdi: "Sovet hökumətinin davranışında belə dərin dəyişikliyin səbəbi mənə aydın deyil. Niyə indi belə güzəştlərə getdik. İki-üç ay ərzində xarici siyasətimiz tanınmaz dərəcədə dəyişdi. İndi keçən il, və ya hətta altı ay əvvəl etdiyimiz kimi davranmırıq". 

Elmlər Akademiyasının İncəsənət İnstitutunun baş elmi işçisi Qəzənfər Əlizadə deyirdi: "Sovet hökuməti yazıq azərbaycanlıları məhv etdi. İndi onlarla necə  qəddarcasına rəftar edəcəklər. Bütün bunlar nə deməkdir? Niyə bu aşı orada dəmə qoyurdunuz və sonra insanları taleyin ümidinə buraxırdınız? Bu hərəkət hökumətimiz üçün ayıbdır".

Azərbaycan Dövlət Universitetinin dosenti Feyzullah Qasımzadə əsəbi formada  bildirmişdi: "Azərbaycan problemi çox məyusedici formada başa çatır. Bunun  səbəbini bilmirəm, doğrudanmı bizim hökumətimiz (Sovet hökuməti) bununla razılaşıb? Nə olursa olsun bu bizim üçün çox ayıbdır. Əslində belə alınır ki, biz İran  azərbaycanlılarına xəyanət etmişik. Həlledici saatda, kritik anda biz azərbaycanlıları və onların rəhbərlərini taleyin ümidinə buraxdıq".

Şair Osman Sarıvəlli demişdi: “Əgər mən öz əziz oğlumu dəfn etsəydim, radionun mənə gətirdiyi bu xəbərdən sarsıldığım kimi sarsılmazdım”. 

Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin dekanı Məmməd Şıxlı bildirirdi: "Biz İran xalqını dördüncü dəfədir silahlı üsyana qaldırırıq və həlledici  məqamda onları silahsız və köməksiz qoyuruq. Gilan inqilabı uğursuz oldu, Xiyabani hərəkatı yatırıldı, Lahuti üsyanı uğursuzluqla başa çatdı və nəhayət, Cənubi Azərbaycanda hazırkı komediya böyük faciə ilə başa çatdı". 

Bunlar gizli agentura materiallarının yalnız bir hissəsidir. Daha ətraflı məlumat üçün,

Bax: Справка об откликах интеллигенции города Баку в связи с событиями в Иранском Азербайджане.  Архив СГБ АР…"


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Seyid Cəfər Pişəvərinin doğum günüdür -VİDEO

    Seyid Cəfər Pişəvərinin doğum günüdür -VİDEO ...

    26-08-2020, 11:59

  • 
  • XALXALDA FƏDAİ BAŞÇISI MİR HEYDƏR ƏZİZİ

    XALXALDA FƏDAİ BAŞÇISI MİR HEYDƏR ƏZİZİ ...

    19-10-2021, 11:58

  • 
  • “Azərbaycan” qəzeti, Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin orqanı (1945-1946-cı illər, Təbriz)” kitabı ABŞ –da təqdim olundu

    “Azərbaycan” qəzeti, Azərbaycan Demokrat Firqəsi ...

    9-01-2018, 13:34

  • 
  • 21 Azər hərəkatı və davam edən əsarət - TARİXİMİZ

    21 Azər hərəkatı və davam edən əsarət - TARİXİMİZ ...

    12-12-2018, 21:49

  • 
  • Güney Azərbaycan təşkilatları birgə bəyanat yaydılar

    Güney Azərbaycan təşkilatları birgə bəyanat ...

    12-12-2017, 17:30


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu