Hərbi müşahidəçilərin bildirdiyinə görə, Belarusun avtoritar prezident Aleksandr Lukaşenko 10 000 yeni səfərbər edilmiş rus əsgərin ölkəsində təlim keçməsinə icazə verir və Moskvaya azı 211 ağır hərbi texnika, o cümlədən yük maşınları və tanklar göndərir. Sürgündə olan müxalifət lideri Sviatlana Tixanovskaya daxil olmaqla, tənqiçilər Amerikanın Səsinə Lukaşenkonun Rusiya ordusuna yardım etməyə çalışdığını deyir.
Belarusun müxalifət lideri Sviatlana Tixanovskaya deyir ki, ölkə prezidenti Aleksandr Lukaşenko ən böyük dəstəkçisi Rusiya Prezidenti Vladimir Putinə yardım etməyə sadiqdir.
“O, bu cür mühüm dəstək verməklə, hakimiyyətdə qalmaq vaxtını uzadır. O, [Putinə] sadiq olduğunu göstərmək istəyir,” Tixanovskaya deyir.
Rusiya müttəfiqi Berlarusdan Ukraynadakı müharibəsinə hazırlıq üçün istifadə edib.
Tixanovskaya Belarusda hərbi fəaliyyəti izləyən bir neçə mənbədən, xüsusilə də “Belarusian Hajun” layihəsi və Belarus Dəmir yolu İşçiləri İcmasından alınan məlumata əsaslanaraq, deyir ki, Belarusda rus əsgərlərinin sayı artmaqda davam edəcək.
“Belarusda kazarmaların dolu olduğuna və indi Rusiyanın onlar üçün əlavə obyektlər tikdiyinə dair çox sayda məlumatlar var, ona görə də oraya daha çox rus əsgərin gələcəyini gözləmək olar,” o deyib.
Müxalifət lideri deyir ki, Belarus dəmir yolu vasitəsilə hərbi texnika göndərir və hər iki istiqamətdə nəqiliyyat hərəkəti fəaldır.
“Biz Belarusa da rus texnikası ilə dolu karvanların gəldiyini görürük…” Tixanovksaya deyib.
Amerikanın Səsinə telefonla müsahibə verən Belarus Dəmir yolu İşçiləri İcmasından bir müşahidəci deyib ki, son həftələrdə Belarusa “onlarla, 100-ə yaxın” zədələnmiş rus hərbi texnikası aparılıb.
Pavel Slunkin Avropa Xarici Münasibətlər Şurasında Belarusla əlaqədar məsələləri izləyir.
“Belarus təkcə yaralanan (rus) əsgərləri müalicə etmək üçün deyil, həm də Rusiyanın zirehli transportyorlar və tanklarını təmir etmək üçün bir xidmət mərkəzi olaraq istifadə olunur. Onlar isə daha sonra Rusiyaya, oradan da cəbhə xəttinə göndərilir,” Slunkin deyir.
Belarus, Rusiyanın döyüş texnikasını təmin etməklə yanaşı həm də yük maşınları və tanklar ianə edir. Onlar təkcə oktyabr ayında 211 ədəd ağır texika göndəriblər.
“Belarusian Hajun” layihəsinin təsisçisi Anton Motolko deyir ki, belaruslu dəmir yolu işçiləri qatarlarda nəyin daşındığı və onların hara aparıdlğı ilə bağlı dəqiq məlumat verirlər ki, bu da Rusiyanın təchizat səylərinə nəzər salmağa yardım edir.
“Hərbi texnika iki hərbi bazadan aparılır. Onlar Ureçe və Starıye Dorogi şəhərlərində yerləşir.” Belarusian Hajun Layihəsindən Anton Motolko deyir.
“Biz onları izlədik və hamısının Ukraynanın Donetsk və Luhansk bölgələri ilə sərhəddə yerləşən əraziyə göndərildiyini gördük.”
Slunkin deyir ki, Rusiya ilə Belarus arasında qoşun və texnikanın hərəkət etməsi iki şeyə işarə edə bilər.
“Birinicisi odur ki, Rusiya silahlarının böyük bir hissəsini istifadə edib. İkincisi də ki, bu bizə dolayı yolla Belarus ordusunun bu müharibədə iştirak edəcəyini gözləməməli olduğumuzu göstərir,” o bildirir.
Ancaq Tixanovskaya deyir ki, Putin əsgərləri Belarusa göndərməklə daha təhlükəli siyasi məqsəd güdə bilər.
“Ruslar daimi hərbi mövcudluğunu gücləndirirlər ki, Belarusun Rusiyanın nəzarətindən çıxmayacağından əmin olsunlar. Və Belarus Putin üçün təsəlli mükafatına çevrilə bilər,” o deyir.
Tənqidçilər deyir ki, Belarusda təlim keçən rus qoşunlarının orada qalıb-qalmamasından və ya Ukraynaya göndərilib-göndərilməməsindən asılı olmayaraq, onların məqsədi eyni olacaq. Bu da Rusiyanın qonşularının hesabına daha çox ərazi işğal etməsidir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?