Belarusun müxalifət lideri Svetlana Tixanovskaya Amerikanın Səsinə bildirib ki, ölkədəki siyasi böhran “tamamilə daxili bir məsələdir”. Belə görünür ki, o, Qərbin müdaxiləsi və ya yardımını rədd edir. Belarusda avqustun 9-da keçirilən mübahisəli seçkilərdən sonra Litvanın Vilnüs şəhərinə qaçan Tixanovskaya deyib ki, o, Belarus küçələrindəki etirazçıların aqibətindən nahatdır.
Svetlana Tixanovskaya qlobal diqqət mərkəzindədir. Belarus müxalifətinin nominal lideri olan 37 yaşlı qadın Avropanın ən son diktatoru kimi tanınan Aleksandr Lukaşenkoya qarşı çıxır. Lakin Tixanovskaya Amerikanın Səsinə beynəlxalq ictimaiyyətdən yardım istəmədiyini bildirib.
“Ölkəmizdə baş verən siyasi böhran tamamilə daxili bir məsələdir və baş verənlərə görə Belarus xalqı öhdəlik daşıyır. Biz düşünürük ki, biz bu problemi özümüz həll etməliyik,” Tixanovskaya deyib.
Onların indiyədək əl atdıqları həll yolu isə insanların gücüdür. Avqustun 9-da keçirilən seçkidən bəri minlərlə etirazçı küçələrə axışaraq prezident Lukaşenkonun istefasını tələb edir. Lukaşenko seçkidə səslərin 80 faizini əldə edərək qələbə çaldığını iddia edir. Lakin müxalifət, o cümlədən Birləşmiş Ştatlar və Avropa İttifaqı seçkinin saxtalaşdırıldığını bildirir.
Yüzlərlə etirazçı həbs olunub və insanlara qarşı zorakılıq və işgəncə hallarının olduğu xəbər verilib.
Tixanovskaya seçkidən sonra saxlanılıb və daha sonra özü və ailəsinin təhlükəsizliyindən narahat olduğu üçün qonşu Litvaya qaçıb. O, Belarusu nə üçün tərk etdiyi barədə əlavə məlumat paylaşmayıb.
“Mənim bu addımı atmaq üçün böyük səbəblərim var idi. Mən indi bu barədə danışa bilmərəm. Bəlkə gələcəkdə nə vaxtsa öz hekayəm barədə danışacam, amma indi bu haqda danışa bilmərəm,” o deyib.
İndi Tixanovskaya Belarusun gələcəyi üçün yol xəritəsi hazırlamağa çalışır.
“Biz ilk öncə rəsmilər günahsız şəkildə Belarus həbsxanalarında saxlanılan bütün siyasi məhbusları azad etdiyi zaman danışıqlara başlayacağıq. Biz hər bir Belaruz vətəndaşının iştirak edə biləcəyi azad, ədələtli və şəffaf seçki üçün mübazirə aparırıq. Daha müvafiq sual isə Lukaşenkonun törətdiyi cinayətlərdən sonra yeni seçkidə iştirak etməyə mənəvi haqqının olub-olmadığıdır,” o deyib.
Kreml Lukaşenkonu gələcək günlərdə Moskvaya dəvət edib. Rusiya prezidenti Vladimir Putin lazım olsa, Belarusa müdaxilə üçün polisin hazır olduğunu bildirib.
“Cənab Putin başa düşməlidir ki, əgər o biz, belaruslulara qarşı nə isə etsə, bu, Rus və Belarus xalqları arasındakı münasibətə ciddi zərər vuracaq. Biz müttəfiq xalqlar olduğumuz və qardaş xalq hesab olunduğumuz üçün, bu nə Belarusun və nə Rusiyanın marağındadır,” Tixanovskaya bildirib.
Tixanovskaya həyat yoldaşı, məşhur YouTube blogeri Sergey Tixanovskinin may ayında həbs olunub, seçkidə iştirak etməsi qadağan olunandan sonra prezidentliyə namizədliyini irəli sürüb. Digər müxalif fəalların həyat yoldaşları da onu dəstəkləyiblər. Son günlərdə hökümət əleyhinə etirazlara minlərlə qadın qoşulub.
“Mənim üçün çətindir, çünki mən onların yanında olmaq istəyirəm. Bilirsiniz niyə? Çnüki mən tam olaraq o ab-havanı hiss etmirəm. Buradan müşahidə etdiyim qədər vəziyyət qorxulu görsənir, insanların isə qorxduqlarını düşünürəm. Amma orada olan insanlar mənə ruhlandıqlarını deyirlər. Biz, Belarus qadınları, belə bir qüvvəyik. Mən onlara görə narahatam, amma onlar çox güclüdürlər,” o söyləyib.
Belarusdakı etirazlar Ukraynada 2014-cü ildə prezident Yanukoviçin devrilməsi ilə nəticələnən etirazlara bənzədilir. O zaman Müstəqillik Meydanı Avropa İttifaqının bayrağının rənglərinə bürünmüş insanlarla dolmuşdu, Avropa müxalifəti dəstəkləyirdi. Rusiya isə buna cavab olaraq Krımı ilhaq, Ukrayanın şərqini işğal etdi.
Svetlana Tixanovskaya isə əksinə hələ ki, hər hansı xarici müdaxiləni rədd edir.
Sərhədin digər tərəfində, onun vətənində, etirazçılar hökümətə meydan oxumağa davam edirlər. Onların gələcəyi və Tixanovskayanın siyasi aqibəti isə qeyri-müəyyən olaraq qalır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?