GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » DYP rəsmisindən İRAD: “Aidiyyəti qurumlar sürücülük hüququ olan şəxslərin sağlamlıq durumuna ciddi yanaşsın”

DYP rəsmisindən İRAD: “Aidiyyəti qurumlar sürücülük hüququ olan şəxslərin sağlamlıq durumuna ciddi yanaşsın”

Tarix: 30-11-2022, 13:38 Bölmə :Cəmiyyət Baxış: 229

Demək olar ki hər gün ölkə ərazisində, xüsusilə də paytaxt yollarında qəzalar baş verir. Qəzaların böyük əksəriyyəti sürücü və ya piyada səhlənkarlığından, nəqliyyat vasitələrinin nasaz vəziyyətdə olmasından irəli gəlsə də, sükan arxasında əyləşən şəxslərin sağlamlıq durumu da ciddi faktor kimi qiymətləndirilməlidir.

Bir müddət öncə paytaxtda sükan arxasında halı pisləşən xanıma yaxınlıqda xidmət aparan polis əməkdaşları kömək etmişdi. Hətta deyərdim ki, bu hadisədə nəinki həmin sürücüyə digər hərəkət iştirakçıları da baş verə biləcək qəzadan xilas edilib.


Bəs səhhətində ciddi problem olan sürücülərin sükan arxasına keçməsi təhlükəlidirmi? Qanunla insan sağlamlığında sürücülük hüququnun almasına ciddi maneə hesab edilən diaqnozlar hansılardır?

Mövzu ilə əlaqədar Oxu.Az-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, bununla bağlı ciddi tədbirlərin görülməsi və qurumlar arasında kommunikasiya məsələsinin tənzimlənməsinə xüsusi diqqət ayrılmalıdır:

Sürücünün sağlamlığı yol hərəkəti təhlükəsizliyi baxımından ən vacib məsələlərdən biridir. Sükan sağlam şəxsə etibar edilməlidir. Hətta bəzi dərman preparatları var ki, təlimatında qeyd olunur ki, onu qəbul edərkən avtomobil idarə etmək olmaz. Zaman-zaman sükan arxasında halı pisləşən, bir anlıq idarəetməni itirən sürücülərin törətdiyi ağır qəzaların da şahidi olmuşuq.

Nazirlər Kabinetinin sağlamlığın sürücü üçün müəyyən etdiyi meyarları var və bu meyarları müəyyən edən aidiyyəti qurumlar sözügedən məlumatları öz fəaliyyətlərində müvafiq sənədlər üzərində görüb müəyyən edə bilir. DİN sürücü ilə bağlı faktiki məlumatları həmin qurumların istifadə etdiyi elektron sistemlər üçün tam şəkildə inteqrasiya etməklə əlçatanlığı təmin edib. Əgər belə ziddiyyətli məqamlar varsa, həmin qurumlar dövlətin ən ali dəyərlərindən biri olan təhlükəsizlik məsələlərinə ciddi yanaşmalı və bu məlumatları maraqlı tərəflərə ötürməlidirlər ki, vaxtında zəruri tədbirlər görülsün”.

Polis mayoru onu da qeyd edib ki, xidmət aparan polisin mövcud zaman çərçivəsində sükan arxasındakı şəxsin sağlamlıq durumunu qanunla müəyyən edilən meyarlar səviyyəsində müəyyən etməsi mümkün deyil, çünki belə bir qərar qəbul etmək səlahiyyəti yalnız aidiyyəti tərəfin sorğusu əsasında mümkün ola bilər:

“Yol polisinin düzgün qərar qəbul etməsi üçün aidiyyəti qurumların sürücülük hüququ olan şəxslərin sağlamlıq durumu ilə bağlı qeydə alınan ciddi dəyişiklikləri mövcud sistemə əlavə etməsi və informasiyanın maraqlı tərəfə ötürülməsi önəmlidir. Yalnız belə olan halda DYP əməkdaşları həmin şəxsin və digər hərəkət iştirakçılarının həyatlarının təhlükəsizliklərini etibarlı şəkildə təmin edə bilərlər. 

Əgər bu məlumatlar aidiyyəti üzrə DYP-yə təqdim olunmursa və ya sağlamlıq imkanları düzgün qiymətləndirilmirsə, nəticədə təhlükə mənbəyi olan sürücü sükan arxasında olacaq və qəza baş verdikdən sonra isə istintaq zamanı təqsirə hüquqi qiymət verilərkən əsaslı problemlər yaranacaq. Bu isə çox ciddi problemdir. Hesab edirik ki, belə problemlərin olmaması üçün qurumlararası informasiya mübadiləsində aidiyyəti tərəflər üçün qanunvericilikdə məsuliyyət yaradan normalar müəyyən edilməlidir. Məqsəd isə sağlamlığı sükan arxasına keçməyə imkan verməyən, şəxsin sürücülük hüququnun mədudlaşdırılması vacib olan şəxs və ya şəxslərin sükan arxasına keçməsinin qarşısını almaqdır. Şəxsin sağlamlıq durumuna qiymət verən aidiyyəti tərəflər isə bu proseslərdə peşəkarlıq və məsuliyyətlilik nümayiş etdirməlidir. Əks təqdirdə sonra baş verə biləcək bədbəxt hadisələr zamanı yaşanan peşmançılıq heç nəyi həll etmir. Bir sözlə, lazımi məsələlər düzgün qaydada prosedur qaydası müəyyənləşdirilməklə həll olunmalıdır. Məsələn, bəzi psixoloji, nevroloji və ya digər kəskin tələbləri olan diaqnozlar üzrə əlillik dərəcəsi almış şəxsin sükan arxasında olması heç də sərxoş halda olan sürücüdən az təhlükəli deyil”.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sürücü sükan arxasında öldü, qəza oldu - FOTOLAR

    Sürücü sükan arxasında öldü, qəza oldu - FOTOLAR ...

    14-01-2015, 16:51

  • 
  • Evlilik proqramının qadın iştirakçısı Bakıda sükan arxasında sərxoş tutuldu

    Evlilik proqramının qadın iştirakçısı Bakıda ...

    2-07-2015, 14:25

  • 
  • Sükan arxasında narkotik qəbul edən avtobus sürücüsü danışdı – Foto

    Sükan arxasında narkotik qəbul edən avtobus ...

    26-07-2018, 15:02

  • 
  • DYP-dən “tələsirdim” deyərək məsuliyyətdən yayınmağa çalışan sürücülərə XƏBƏRDARLIQ

    DYP-dən “tələsirdim” deyərək məsuliyyətdən ...

    20-12-2021, 09:39

  • 
  • Polis maşında söhbət etdiyinizi belə görəcək - 40 AZN cəriməsi var

    Polis maşında söhbət etdiyinizi belə görəcək - 40 ...

    19-10-2017, 21:34


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (461)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu