GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Zora düşən Tehran Respublikası - ŞƏRH

Zora düşən Tehran Respublikası - ŞƏRH

Tarix: 3-12-2022, 21:51 Bölmə :Cəmiyyət Baxış: 241


İranın rəsmi “İran qəzeti" Azərbaycana qarşı növbəti təxribat həyata keçirib. Belə ki, qəzetdə "Bakı Respublikası zorxana oyununu müsadirə etmək üçün qollarını çırmalayıb" başlıqlı yazı dərc olunub. Azərbaycan Respublikasını həyasızcasına "Bakı Respublikası" adlandıran məqalə müəllifi (yaxud müəllifləri) ölkəmizi zorxana oyununu oğurlamaqda ittiham edib.

Məqalədə iddia olunub ki, guya biz uzun zamandır çovqan (çövkən) oyunu, tar, Nizami Gəncəvinin türk olması, İran xalçası və s. kimi məsələləri gündəmə gətirmişik, indi də zorxana oyununu "özəlləşdirmişik"

İranın bu cür düşüncə sistemi daim Azərbaycan türklərinin mədəniyyətini, milli varlığını təhrif etməklə məşğul olub. Bu düşüncə sisteminin tərkib hissəsi olan İran mətbuatı, o cümlədən eyniadlı qəzeti Azərbaycan türklərinə qarşı 2006-cı ildə təhqiredici yazı və karikatura hazırlamaqla yadda qalıb. Həmin materialdan dərhal sonra isə Cənubi Azərbaycan türkləri milli haqlarını və hüquqlarını qorumaq, müdafiə etmək üçün uzunmüddətli etiraz aksiyaları keçirdilər. Nəticədə Güneydə 200-dən çox azərbaycanlı şəhid oldu. İran mətbuatında sistemində azərbaycanlıya (türkə) məxsus nəsə yoxdur...

Nizami Gəncəvinin türk olması artıq çoxdan təsdiqini tapıb. İran hər dəfə bu məsələni gündəmə gətirməklə “suyu bulandırır”. Və ya mərhum Prezident Heydər Əliyevlə İranın o zamankı hökumət başçısı Məhəmməd Xatəmi arasında Xəzər gölünün adı ilə bağlı polemika olmuşdu. O zaman Xatəmi Xəzəri “Mazandran gölü” adlandırmışdı. Heydər Əliyev isə onun sözünü kəsərək Xəzər dənizinin əsl adını xatırlatmışdı. Bundan sonra Xatəmi daha “Mazandran gölü” ifadəsini işlətmədi.

İranın hakimiyyətinin təmsilçiləri, o cümlədən yerli mətbuat uzun müddət Azərbaycan Respublikasını “Şurəvi” adlandırmışdı. Məqsəd Cənubi Azərbaycan türkünə Şimali Azərbaycanı unutdurmaq idi. Sərhədlər açılanadək bu, belə idi. Sonrakı dövrlərdə də İran dairələri Azərbaycan Respublikasını “Bakı Respublikası” adlandırmaqla bizi qıcıqlandırmağa çalışırdılar. Bütün bunlar şovinist düşüncə tərzinin psixoloji kompleksindən irəli gəlir.

Zorxana ilə bağlı iddialar da həmin kompleksin təzahürüdür. Birincisi, 1925-ci ilədək İran adlı dövlət olmayıb. Bu, uydurma addır. Zorxananın isə İrana məxsus olması düşüncəsi yanlışdır. Azərbaycan türkləri güləşdən əvvəl isinmə hərəkətləri edirlər. Həmin isinmə hərəkətlərindən biri də zorxananın elementlərindən olan 16 kiloluq daşlarla hərəkətdir. Həmçinin daşların uzaq məsafəyə atılması ilə bağlı fərqli idman yarışları var. Bütün bunlar Azərbaycan türkünün istifadə etdiyi idman növüdür. Ancaq bunların İrana məxsus olması ilə bağlı düşüncələr gülüncdür və indiki şəraitdə yersizdir.

Bu gün Güney Azərbaycan türkü İran hakimiyyətindən və dünyadan tapdanan milli haqqının təmin olunmasınmı istəyir. İran isə “Zorxana İrana aiddir” kimi gülünc tezislə iddia irəli sürür.

Azərbaycan türkləri ilə İranda türk olmayan bir çox millətlər uzun müddət birlikdə, türk imperiyasının bayrağı altında yaşayıblar. Və təbii ki, onlar türklərdən çox şey öyrəniblər və sonra da həmin adətləri mənimsəyiblər. Zorxana ilə bağlı deyilənlər də onların türk imperiyasından öyrəndiklərini mənimsəmək cəhdlərindən başqa bir şey deyil.


Sədrəddin İsmayılov


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ​Yığmamız Rusiyaya məğlub oldu

    ​Yığmamız Rusiyaya məğlub oldu ...

    5-12-2017, 00:50

  • 
  • İran səfirliyi Azərbaycan XİN-ə nota verməyib

    İran səfirliyi Azərbaycan XİN-ə nota verməyib ...

    13-12-2012, 13:30

  • 
  • İran oktyabrda qadınların Dünya kubokunun seçmə oyununu stadionda izləməsinə icazə verəcək

    İran oktyabrda qadınların Dünya kubokunun seçmə ...

    26-08-2019, 14:49

  • 
  • Ermənistan Milli Təhlükəsizlik Xidməti: "Paylaşımdan sonra bu yalan məlumat Azərbaycan və İran mediasında geniş yayılıb"

    Ermənistan Milli Təhlükəsizlik Xidməti: ...

    9-01-2020, 10:43

  • 
  • İran Azərbaycanı çevrilişlə hədələməyə başladı

    İran Azərbaycanı çevrilişlə hədələməyə başladı ...

    25-11-2013, 13:13


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (351)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu