Gundemxeber.az » Ölkə » Cəmiyyət » Yollar buz bağlaya bilər - XƏBƏRDARLIQ + YENİLƏNİB
Milli Hidrometeorologiya Xidmətinin dekabrın 5-i saat 12:00-a olan məlumatına əsasən, Daşkəsən, Gədəbəy, Naftalan, Gəncə, Şəmkir, Ağstafa, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, İsmayıllı, Şamaxı, Quba, Şabran, Tərtər, Yardımlı rayonlarına qar yağır.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcəyədək, Aran rayonlarında 3 dərəcəyədək isti, dağlıq rayonlarda 5-8, yüksək dağlıq ərazilərdə 11-13 dərəcə şaxta qeydə alınıb.
Ölkə ərazisində müşahidə olunan soyuq, şaxtalı hava şəraiti ilə əlaqədar dağlıq rayonlarda yolların buz bağlaması ehtimalı var.
11:50
Azərbaycanda faktiki hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 5-nə olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb.
Qar örtüyünün hündürlüyü Altıağacda 11 sm, Daşkəsəndə 9 sm, Şəkidə 8 sm, Göygöldə 5 sm, Qax, Lerikdə 4 sm, Qubada 3 sm, Qusar, Qrız, Şamaxı, İsmayıllı, Şahdağ, Xaltanda 2 sm, Yardımlı, Qobustanda 1 sm olub
Düşən yağıntının miqdarı Lənkəranda 18 mm, Quba, Qəbələdə 6 mm, Şabran, Astara, Tovuz, Şəkidə 5 mm, Yardımlı, Göygöl, Göyçay, Balakən, Daşkəsən, İsmayıllı, Altıağac, Şəmkir, Ağstafa, Qusar, Gədəbəy, Sədərək, Oğuz, Qrız, Kürdəmir, Lerik, Bərdə, Zərdab, Beyləqan, İmişli, Sabirabad, Cəfərxan, Hacıqabul, Şərur, Naftalan, Qobustan, Gəncə, Xaltanda 4 mm-dək olub.
Havanın temperaturu dekabrın 4-də Bakıda iqlim normasından 3 dərəcə aşağı olub, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcəyədək isti, Naxçıvan MR-da 5 dərəcəyədək şaxta, dağlıq rayonlarda 3-8, yüksək dağlıq ərazilərdə 11-17 dərəcə şaxta, aran rayonlarında 5 dərəcəyədək isti olub.
11:30
“Şimalda yaranan Arktik mənşəli siklonun və soyuq atmosfer cəbhəsinin ölkə ərazisinə daxil olması nəticəsində hazırda respublika ərazisində qeyri-sabit, yağıntılı, soyuq hava şəraiti müşahidə olunur. Mövcud sinoptik şəraitlə əlaqədar havanın temperaturu enib”.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, hazırda temperatur iqlim normasından 3 dərəcə aşağıdır:
“Gün ərzində Bakıda və Abşeron yarımadasında arabir yağıntılı hava şəraiti müşahidə olunacaq, bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimal olunur. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu 3-5 dərəcəyədək isti olacaq. Bəzi bölgələrdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacaq. Ayrı-ayrı rayonlarda isə yağıntıların intensivləşəcəyi ehtimal olunur”.
G.Məmmədovanın sözlərinə görə, ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı, soyuq hava şəraiti bölgələrdə dekabrın 7-si gündüzədək, Bakıda və Abşeron yarımadasında isə həftə sonunadək davam edəcək.
Gundemxeber.az
19-01-2021, 12:41
12-03-2021, 11:53
28-01-2014, 13:39
17-12-2018, 14:49
25-01-2020, 12:37
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?