GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bu il DTX onların QAPISINI DÖYDÜ:B Gələn ilə HAZIRLAŞIN... - XRONİKA

Bu il DTX onların QAPISINI DÖYDÜ:B Gələn ilə HAZIRLAŞIN... - XRONİKA

Tarix: 5-12-2022, 17:12 Bölmə :Cəmiyyət Baxış: 246

Son günlərini yaşadığımız 2022-ci ildə ölkədə aktiv fəaliyyət göstərən dövlət qurumlarından biri də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) olub. Sözügedən qurumun həyata keçirdiyi tədbirlər nəticəsində dövlət əhəmiyyətli mühüm əməliyyatlar baş tutub.

Gundemxeber.az Sfera.az-a istinadla DTX-nin 2022-ci ildə həyata keçirdiyi əsas kompleks tədbirləri təqdim edir:

Fevral

Cari ilin fevral ayında Dövlət Təhlükəsizliyi Xidməti Müdafiə Nazirliyində əməliyyat həyata keçirib. Belə ki, DTX-nin keçirdiyi əməliyyat zamanı Müdafiə Nazirliyinin mənimsəmədə təqsirləndirilən zabitləri - Maliyyə İdarəsinin rəisi Rafael Xəlilov, N saylı hərbi hissənin maliyyə şöbəsinin rəisi Fəzail Əliyev, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti Əlizadə Vüsal Ədalət oğlu saxlanılıblar. Onlar barəsində istintaq orqanının təqdimatına baxılıb. Qeyd edək ki, adıçəkilən şəxslər Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb. Ümumi zərərin 10 milyon manatdan çox olduğu bildirilib.

Mart

2020-ci ilin mart ayında DTX tərəfindən Müdafiə Nazirliyində təkrar əməliyyat keçirilib və nazirliyin daha bir sabiq vəzifəli şəxsi saxlanılıb. Belə ki, nazirliyin Mənzil İstismar İdarəsinin sabiq rəisi Fikrət Mirzəyev külli miqdarda mənimsəmədə təqsirləndirilib.

Aprel

Aprel ayında isə Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) növbəti layihəsi – Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 442 mənzilin güzəştlə satışı prosesi zamanı qanun pozuntusuna yol verən şəxslər aşkara çıxarılıb.

Həmin şəxslər Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli bilinərək təqsirləndirilən şəxs kimi cinayət məsuliyyətinə cəlb ediliblər.

İyun

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) iyun ayı ərzində Binə və Sədərək Ticarət Mərkəzlərində yerləşən şirkətlərin anbarlarında əməliyyat-axtarış tədbirləri həyata keçirib. Həmin əməliyyat çərçivəsində ölkəyə mal idxal edən şirkətlərin bir çoxunun vergidən yayınması, sənədlərin saxtalaşdırılması, idxal edilən malların miqdarının realda olduğu qədər göstərilməməsi və dəyərləndirilməməsi kimi faktlar üzə çıxıb. Bundan sonra Bakı şəhəri istiqamətində malların idxal-ixrac prosesini həyata keçirən əsas terminallar olan Qaradağ rayonundakı "İpək yolu" və "Abşeron" terminallarında, həmçinin Gömrük Komitəsinin "Azərterminalkompleks" birliyində əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Bildirilir ki, əməliyyat çərçivəsində terminalların rəhbər şəxsləri, həmçinin "Azərterminalkompleks" birliyinin rəisi, gömrük general-mayoru Ehtiram Xəlilov saxlanılıb və haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq Baş İdarəsinin rəisi general Məsum Rəsulov Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs olunub.

Noyabr

DTX noyabr ayının əvvvələrində İran xüsusi xidmət orqanlarının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşməni ifşa edib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı qanunsuz silahlı birləşmələrin hərbi təlimlərində iştirakı müəyyən edilən 19 nəfər Azərbaycan Respublikası vətəndaşı istintaqa cəlb olunub. Cinayət işi üzrə əvvəllər məhkum edilmiş Hüseynov İskəndər Hani oğlu, Haqverdiyev Tural Səfər oğlu, Şükürov Eltun Əli oğlu və digərləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrdə iştirak etmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək saxlanılıb. Eyni zamanda hazırda İranda məskunlaşmış Ruhulla Axundzadə və digərləri tərəfindən qruplaşma üzvlərinə müxtəlif tapşırıqların verilməsi barədə materiallar da aşkar edilib. Qruplaşma üzvlərini hərbi təlimlərə cəlb edənlərdən biri olan Əsədov Orxan Fərman oğlu üçüncü ölkə ərazisində terror aktına cəhd edərkən həbs olunub.

Bundan başqa ötən ay Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində də əməliyyat keçirib. Nazirliyin Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibov Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə (mənimsəmə və ya israf etmə) həbs edilib. Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Cari ilin noyabr ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Naxçıvan Muxtar Respublikasının (MR) Dövlət Gömrük Komitəsində də əməliyyatlar həyata keçirib. Əməliyyat nəticəsində Komitənin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Mənsur Əsgərov həbs olunub. DTX tərədindən Naxçıvan gömrüyündə 132 milyon manat yeyintinin üzə çıxdığı bildirilib. Mənsur Əsgərov haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Ötən ay Naxçıvan Muxtar Respublikası Maliyyə naziri Əliyev Rafael Rza oğlu barəsində də 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Belə ki, Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilib.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • DTX-nın saxladığı deyilən məmur vəzifəsinə qayıtdı - İLGİNC

    DTX-nın saxladığı deyilən məmur vəzifəsinə ...

    14-05-2020, 15:00

  • 
  • Bakıda yalançı DTX idarə rəisi saxlanıldı

    Bakıda yalançı DTX idarə rəisi saxlanıldı ...

    18-02-2018, 11:26

  • 
  • ​DTX əməliyyat keçirdi: XİN-in və DSX-nın əməkdaşları tutuldu

    ​DTX əməliyyat keçirdi: XİN-in və DSX-nın ...

    27-01-2018, 13:31

  • 
  • DTX əməliyyat apararkən nazir də orada olub - Saxlanılan şəxslərin adları

    DTX əməliyyat apararkən nazir də orada olub - ...

    8-05-2020, 16:49

  • 
  • ​DTX-dan əməliyyat: "RƏİS" TUTULDU

    ​DTX-dan əməliyyat: "RƏİS" TUTULDU ...

    17-02-2018, 16:28


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu