GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Pensiya yaşı ilə oynamaq olmaz... Bəs camaatın güzəranı ilə olar? - AKTUAL

Pensiya yaşı ilə oynamaq olmaz... Bəs camaatın güzəranı ilə olar? - AKTUAL

Tarix: 6-12-2022, 14:17 Bölmə :Cəmiyyət Baxış: 325


“Pensiya yaşının süni şəkildə artırılıb-azaldılması böyük problemlər yarada bilər. Bizdə ömür uzunluğu dinamikası müsbətdir və pensiya fondunun maliyyə vəziyyəti yaxşıdır. Biz də maraqlıyıq ki, insanlar pensiyaya çıxanda yaxşı pul alsınlar”. 


Gundemxeber.az bildirir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov bildirib.
Nazir deyib ki, əvvəllər 12 il işləyən adama 25 faizlə pensiya haqqı tanınırdı. Bu gün normal pensiya almaq üçün 35 il işləməlisən, üstəlik, işləməklə yanaşı pensiya fonduna da pul köçürməlisən. Təklif edirəm ki, bu məsələ ilə bağlı seminar təşkil edək, mövzunu deputatlarla müzakirə edək. Bu, ciddi məsələdir. Gələn il pensiya fondu xərcləri 15 faizdən çox indeksasiya ediləcək”.

İqtisadçı-ekspert Eldəniz Əmirov da “Şərq”ə açıqlamasında bildirib ki, təqaüd yaşının getdikcə artırılması düzgün yanaşma deyil: “Bu məsələ tez-tez ictimai müzakirəyə çıxarılır, narazı fikirlər səslənir. Amma bütün bunlar reallığı dəyişmir. Həqiqətən də, Azərbaycanda pensiya yaşı həddindən artıq yüksəkdir.

2027-ci ilə qədər pensiya yaşının artırılması qanunla təsdiqlənib. Hazırda kişilər üçün pensiya yaşı 65, qadınlar üçün 63-dür. Yaş artımı hər 6 aydan bir davam etdiyi üçün də qadınlar üçün də pensiya yaşı 65 olacaq. Azərbaycanda isə orta yaş 72-73 arasıdır. 65 yaşda pensiyaya çıxan insan pensiya kapitalının 12 ildə olan ayların sayına, yəni (144-ə bölünərək aylıq pensiya müəyyən edilməsi orta hesabla insanların 77 il yaşamasını qəbul etmək deməkdir.
Halbuki Azərbaycanda orta yaş hələ 2035-ci ildə 78-ə çatacaq. Ölkə əhalisinin orta yaş həddi 13 il sonra 78-ə çatacaqsa, 65 yaşda təqaüdə çıxan insanın pensiya kapitalının 144-ə bölünməsi düzgün deyil. Öncə bu yanaşmanı dəyişmək lazımdır”.

Millət vəkili Razi Nurullayev isə pensiya yaşının aşağı salınması ilə bağlı parlamentdə ən azı üç dəfə çıxış etdiyini xatırladıb:

“Qəbiristanlıqlarda apardığım monitorinqin nəticəsi onu deməyə əsas verir ki, insanların daha çox hissəsi, 60-70 faizi 65 yaşına çatmadan, yəni pensiya almadan dünyasını dəyişir. Ona görə də pensiya yaşının aşağı salınmasına ehtiyac var. Bunu kontur-arqument kimi bir çox mütəxəssislər, ekspertlər, hətta hökumət nümayəndələri də qeyd etdi”.

Deputatın sözlərinə görə, Azərbaycanı pensiya yaşının ən azı 65, bəzən isə 68-70 yaş olduğu ölkələrlə müqayisə etmək doğru deyil. Çünki həmin ölkələrdə insanların həyat səviyyəsi daha yüksəkdir:

"Onların tibbi xidmətlərə əlçatanlığı daha yaxşıdır. Sosial rifahı gözəldir. Ona görə də onların orta ömürlülük səviyyəsi Azərbaycandan daha yüksəkdir. Məntiqlə bu, doğru ola bilər”.

R.Nurullayevin sözlərinə görə, Azərbaycanda insanların sosial rifahını, yaşayışını bu həddə qaldırsaq, tibbi əlçatanlığı qaldıra bilsək, insan ömrünü 3-4 il uzada bilsək, o zaman bunu əsaslandıra, qəbul edə bilərik. “Amma indiki halda Azərbaycanda dediyimiz şərtlər olmadığına görə biz dünya ilə yarışa girib insanların pensiya yaşı həddini yuxarı qaldırmaqla düzgün addım atmamışıq. Ola bilsin ki, bunu əsaslandıranlar doğru hesablamalar aparmayıblar. Statistikanı düzgün hesablaya bilməyiblər. Onlar Azərbaycan əhalisinin orta yaş həddini düzgün qiymətləndirə bilməyiblər ki, insanlar nə qədər uzunömürlüdür. Statistik məlumatlar da mənim dediyimi təsdiqlədiyinə görə belə çıxır ki, bu artıq həyəcan siqnalıdır. Pensiya yaşının aşağı salınmasına ehtiyac yaranıb”.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiya boyunca pensiya yaşının qaldırılmasına qarşı etirazlar

    Rusiya boyunca pensiya yaşının qaldırılmasına ...

    28-07-2018, 23:58

  • 
  • Nazir: Pensiya yaşını azaltmağa ehtiyac yoxdur

    Nazir: Pensiya yaşını azaltmağa ehtiyac yoxdur ...

    15-11-2018, 11:04

  • 
  • Azərbaycanda pensiya yaşı artırıla bilər

    Azərbaycanda pensiya yaşı artırıla bilər ...

    28-09-2015, 19:31

  • 
  • Pensiya yaşının artırılmasını nəzərdə tutan qanun qüvvəyə minib

    Pensiya yaşının artırılmasını nəzərdə tutan qanun ...

    2-07-2017, 15:34

  • 
  • Pensiya yaşının 65 olması təsdiqləndi

    Pensiya yaşının 65 olması təsdiqləndi ...

    2-05-2017, 23:04


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu