Təhsil sistemindəki nəzarətsizlik ölkənin milli dəyərlərinə, təhlükəsizlik konsepsiyasına ciddi və sarsıdıcı zərbələr vurmaqdadır. Dövlətin təhlükəsizliyi sərhədlərdən yox, ailədən başlayır.
Azərbaycan İqtisad Universitetində "tiktoker"lərlə tələbələrin görüşü keçirilib. Bu görüş ilk baxışdan sadə görünsə də, əslində cəmiyyətimizin düşdüyü affekt vəziyyətin göstəricisidir. Tələbələr həyatda uğur qazanmağın (karyera, pul) yollarını "tiktoker"lərdən öyrənməyə çalışıblar. Bu "tiktoker"lər gecədən səhərə qədər küçə jarqonları ilə danışmaqla pul qazanırlar. Azərbaycan gəncliyinin söyüşcül, təlxək "tiktoker"lərdən çıxış yollarını öyrənməsi bir nəticə kimi ortaya çıxıb. Bu mərhələyə necə gəlib çıxdıq? Hansı səbəblər bizi buna vadar etdi?
Hər kəs kimi, öz taleyi ilə bağlı gənclərimizdə də dərin bir ümidsizlik var. Gənclər pul qazanmaq istəyirlər, amma görür ki, alim, müəllim pul qazana bilmir. Tələbələr gələcəkdə vəzifə tutmaq istəyirlər, amma baxırlar ki, vəzifəyə təyin olunmağın meyarları tamam başqadır. Pul, inkişaf şansı, vəzifə tutmaq imkanları "tiktoker"lər üçün daha əlçatandır.
Pis, çox pis nümunələrlə üz-üzə dayanmışıq. Uzun illər Azərbaycan televiziyaları artıq bu gün Xalq artisti fəxri adını daşıyan cinsi oriyentasiyalı, ailəsiz və istedadsız müğənnilərin təbliğatını apardı. Cəmiyyət də onlardan nümunə götürdü, onlara oxşamağa başladı. Amma Fuad Poladov və bu qəbildən olan xarakterli, istedadlı insanlar efirlərimizdə olsaydı, cəmiyyət onlara oxşamağa başlayacaqdı... Olmadı!
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?