Gundemxeber.az » Ölkə » Cəmiyyət » Vəzifəli şəxslərdən pul tələb etməkdə təqsirləndirilən jurnalistlərə HÖKM OXUNUB
Azərbaycanda vəzifəli şəxslərdən hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən jurnalistlər Sənan Abdullayev və İlqar Atayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Gundemxeber.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, hər iki jurnalist 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Sənan Abdullayev və İlqar Atayev 2021-ci ilin avqustunda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb.
Aparılan əməliyyat-istintaq tədbirləri ilə Sənan Abdullayevin youtube sosial şəbəkəsində yaratdığı “Xəbər kanalı” səhifəsində birgə çəkiliş apardığı İlqar Atayevlə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində 2021-ci ilin əvvəllərindən qeyd olunan səhifədə Goranboy rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin guya qanunsuz əməllərə yol vermələrinə dair məlumatları video çarxlar formasında yaymasına, həmin video çarxların qeyd edilən səhifədən silinməsi məqsədilə RİH-nin vəzifəli şəxsindən hədə-qorxu ilə 4 min manat məbləğində pul tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.
İş üzrə əldə edilən sübutlar əsasında Sənan Abdullayev və İlqar Atayevə Cinayət Məcəlləsinin 182.2.1-ci (Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə) və 182.2.2-ci (Təkrar hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham elan edilib, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə 5 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
Gundemxeber.az
16-03-2022, 10:38
11-07-2017, 12:25
7-03-2019, 13:31
19-07-2018, 15:21
25-10-2018, 12:23
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?