GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bakı İnzibati Məhkəməsi növbəti dəfə “Şəki dövləti”nin qərardadını Konstitusiyadan üstün tutdu

Bakı İnzibati Məhkəməsi növbəti dəfə “Şəki dövləti”nin qərardadını Konstitusiyadan üstün tutdu

Tarix: 14-12-2022, 15:07 Bölmə :Cəmiyyət Baxış: 462

Vəkillər Kollegiyası istintaq – ittiham orqanına vəkilliklə Qarabağ əlilinin məhkəmə təminatı hüququna qadağa qoyub 


İcra hakimiyyəti qanunverici hakimiyyətin aktlarına məhkəmə hakimiyyəti ilə qadağa qoyub


12 dekabr 2022-ci ildə Bakı İnzibati Məhkəməsinin hakimi Orxan Həsənov 8 aylıq süründürməçilikdən sonra 1-ci dərəcəli Qarabağ əlilinin ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına və DİN -ə qarşı iddiasının mümkün sayılmaması haqqında qərardadını növbəti dəfə  “Şəki dövləti” adından elan etdi. Fərdi vəkil, Vəkillər Kollegiyasının intizam komissiyasının üzvü Əlirza Həbilov etibarnaməsi olmadan DİN-in vəkili və nümayəndəsi kimi Şəki İnzibati – İqtisadi Məhkəməsində iddianın mümkün sayılmaması haqqında qərardad qəbul etdirib və bu qərardadı ölkədə ən yüksək hüquqi qüvvəyə malik olan qanun kimi məhkəmələrə tətbiq etdirir. Sözügedən qərardadın saxtalığı bir yana  ( 15.02.2019-cu ildə qərar qəbul edilmədiyi, iclasın növbəti tarixə təyin edildiyi e-məhkəmə portalından üzə çıxır) , axı iddianın mümkün sayılmaması haqqında qərardad, yenidən mümkünlük şərtlərinə əməl etməklə, eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir!  Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015 tarixli “ İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 5 saylı qərarının 8.3 bəndində belə yazılıb. Di gəl, məhkəmə hakimiyyəti Ali Məhkəmənin qərarını yox, cavabdeh dövlət qurumlarının qeyri-prosessual sifarişini tətbiq edib, 1-ci dərəcəli Qarabağ qazisinin Konstitusiyanın 60-cı maddəsi ilə təminat verilən inzibati və məhkəmə təminatı hüququna qadağa qoyub . Nə Məhkəmə Hüquq Şurası, Konstitusiya Məhkəməsi , nə Ali Məhkəmənin özü,  nə Konstitusiyanın qarantı olan Prezident , nə qanunverici orqan,  nə Ombudsman insan hüquqlarına qadağaya son qoyur. Dünən mərhum prezident Heydər Əliyevin anım günündə məhkəmə lap “gül vurdu”. Cavabdeh ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi 2015-ci ildən bu yana 1-ci dərəcəli Qarabağ qazisinin ƏƏSMN -ə qarşı çoxsaylı iddialarının, DİN-in etibarnaməsini göstərməkdən imtina edən  “vəkili” (vəkil istintaq, təhqiqat, ittiham orqanına vəkillik edə bilməz! -M. B. ) Orxan Babayev  isə 50 -dən (?) çox iddianın mümkün sayılmaması haqqında qərardadın hazırkı iddia tələbinin də “bəxtinə” mümkünlük yazılmadığına” əsas verdiyini hakimin  (göstərişi ilə onun) diqqətinə sırıdılar. Təsəvvür edin, iddia tələbinin ƏƏSMN -ə aid hissəsində Prezidentin 23.12.2021 tarixli 1525 saylı saylı fərmanı ilə hərbi qulluqçuların vəzifə maaşlarına müəyyən edilən aylıq 20 faizlik əlavənin “Əmək pensiyaları haqqında” qanunun 29.2 maddəsinə əsasən pensiyaya əlavə edilməsi tələbinin 2015 -ci ildən mümkün sayılmaması bildirilir! (?) Belə sosial təminat, məhkəmə təminatı hüququ olar? Fərmanın ili çıxmamış 7 il qabaq qərardad qəbul edilməsini yalnız ƏƏSMN sırıya, Azərbaycan məhkəmələri bu sırımanı Konstitusiya aktı kimi qəbul edə bilər. DİN-in saxta vəkili və nümayəndəsi Əlirza Həbilov bu yol məhkəməyə VK -dan Orxan Babayevi göndərmişdi. İnzibati hüquq üzrə ixtisaslaşmayan 3 ilin vəkili ilə nazir Vilayət Eyvazov necə müqavilə bağlayıb? İddiaçı Qarabağ qazisinin tələbinə baxmayaraq nə vəkil özünün dediyi kimi, nazirin ona verdiyi etibarnaməni göstərdi, nə də hakim adaşı. 

Qarabağ qazisinin hakimə, vəkilə “qərar” ilə , “qətnamə” ilə  “qərardad”ın fərqini anlatmaq çabası da sonuc vermədi və beləcə növbəti dəfə döyüşlərdə desant-hücum taburunun komandiri vəzifəsində iştirak edən iddiaçının olmayan kimya müdafiə bölüyünün komandir müavini olması,  Prezidentə şikayətinə görə 1-ci dərəcəli Qarabağ əlilindən Daxili Qoşunların 30 milyon tələb etməsi, Maliyyə Plan İdarəsinin 40 ilin zabitinin Azərbaycan Silahlı Qüvvələrində sıravi xidmətdə olması, məhkəmə təminatı hüququna “Şəki dövləti” adından qadağa qoyulması  absurdluğuna hüquqi qiymət verilməsindən imtina edildi. İddiaçının hüquqlarının qorunması isə birbaşa qanunlardan irəli gəldiyindən, Ali Məhkəmə Plenumunun 10.04.2015 tarixli 5 saylı qərarının 5.3 bəndinə görə, iddia mümkün sayılmalıdır. Prezidentin 26.12.2001 tarixli 613 saylı fərmanı, 29.12.2000 tarixli 597 saylı sərəncamı, NK-nın 09.01.2013 saylı ərzaq payının artırılması haqqında qərarı, “Əmək pensiyaları haqqında” qanunun 2019-cu ilin aprelinə kimi qüvvədə olan 19.1.4 maddəsi (hazırda Prezident təqaüdü ilə əvəz edilib ), “Hərbi qulluqçuların statusu” haqqında qanunun 11-13 -cü, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 180-ci, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” qanunun 15v və 23b maddələri , NK-nın 23.11.1992 tarixli “Zabit heyətinə mənsub şəxslərə. ..xidmət ilinin hesablanması” qaydası, NK-nın “Polis əməkdaşının maddi və sosial təminatları haqqında” 20.04.2000 tarixli 73 saylı qərarı  ( 04.12.2001 tarixli 190 saylı qərarla Daxili Qoşunlar əməkdaşlarına və digərlərinə də şamil edilib), 

Prezidentin hələ ili tamam olmamış 23.12.2021 tarixli 1525 saylı fərmanı ilə iddiaçı 1-ci dərəcəli Qarabağ qazisinin haqq etdiyi hüquq və güzəştlərə cavabdeh ƏƏSMN və DİN qadağa qoyub. Konstitusiyanın 149-cu maddəsinə görə, qanunların, Prezident fərmanların, NK qərarlarının icrası məcburidir.  Məhkəmə təminatı hüququna  da Vəkillər Kollegiyasını qanunsuzluğuna vəkil etməklə qadağa qoyulub. Vəkillər Kollegiyası və məhkəmə 1-ci dərəcəli Qarabağ qazisinə vəkil ayrılmasından da imtina edir. İcra hakimiyyətinin qanunverici hakimiyyətin normativ hüquqi aktlarını icra etməkdən imtinasından iddianı məhkəmə hakimiyyəti mümkün saymır. Bu saymazlıq hüququn özünün mümkünsüzlüyünü ortaya qoyur. Belə çıxır, məhkəmə də, Konstitusiya da formal xarakter daşıyır.  Məhkəmənin “Şəki dövləti” adından məhkəməyə müraciət etmək hüququna qadağa qoyması belə deməyə əsas verir. Bakı İnzibati Məhkəməsinin  “inhisarçı hökmranlığı”na son qoyan olacaqmı? 


Məğrur Bədəlsoy

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Məhkəmə-hüquq sistemində dəhşət: hakimlər qərarla, qətnamə ilə qərardadın fərqini bilmir! (?)

    Məhkəmə-hüquq sistemində dəhşət: hakimlər ...

    15-04-2021, 13:53

  • 
  • Qarabağ qazilərinə dövlət hesabına yardımdan imtina edilir

    Qarabağ qazilərinə dövlət hesabına yardımdan ...

    26-05-2022, 14:25

  • 
  • Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının cinayətkar saxtalığı

    Bakı Apellyasiya Məhkəməsinin İnzibati ...

    22-04-2022, 20:58

  • 
  • Hərbi qurumların maliyyə, tibb idarələrinin saxta “müharibə əlili” biznesi və. ..

    Hərbi qurumların maliyyə, tibb idarələrinin saxta ...

    19-12-2021, 22:45

  • 
  • Vəkillər Kollegiyası dövlət orqanlarına vəkillik edir? !

    Vəkillər Kollegiyası dövlət orqanlarına vəkillik ...

    18-09-2021, 11:13


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu