GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » İki qadın arasında mübahisə, yoxsa etnik separatizmin siyasi reabilitasiyası?

İki qadın arasında mübahisə, yoxsa etnik separatizmin siyasi reabilitasiyası?

Tarix: 16-12-2022, 21:34 Bölmə :Cəmiyyət Baxış: 284


Barəmdə başladılan kriminal diffamasiya təqibini "iki qadın arasında mübahisə" kimi qələmə verilmə cəhdlərinin qərəzli və ədalətsiz olması mənim bu yazımdan öncə də bütün çılpaqlığı ilə ortada idi. Çünki:


1. Təqib mülki yox, cinayət qaydasında aparılır və iki sözə görə cinayət işinin açılması hətta  repressiya maşını funksiyasını yerinə yetirən Azərbaycan məhkəmə sistemi üçün də istisna xarakterli hadisədir. Yalnız siyasi sifariş olduqda bu tipli şikayətlər icraata qəbul edilir. 

2. Heç bir hüququ əsas, zərurət olmadan, mən ölkədə olmadığım, proses barədə məlumatlandırılmadığım, mənzilimə göndərilən bildirişlər "burada müvəqqəti yaşamır" qeydi ilə məhkəməyə geri qaytarıldığı, Dövlət Sərhəd Xidmətindən məhkəməyə 3 sentyabr tarixindən ölkədə olmadığım haqqında arayış daxil olduğu halda "üzrsüz səbəbdən məhkəməyə gəlmir" bəhanəsilə barəmdə saxlanılma qərarının çıxarılması, yəni,  prosessual hüquqlarımın kobud şəkildə pozulması işin siyasi motivli olmasının birbaşa sübutudur. Eyni zamanda məhkəmə nə özü, nə notarial təsdiqi mövcud olmayan fb yazışmasını cinayət işinin icraatına başlanması üçün əsas bilibsə, bu işin siyasi sifarişli olmadığını iddia edənlər həmin siyasi hakimiyyətin trollarından başqa bir şey deyil.

3. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 maddəsi ilə cinayət təqibinə başlamaq üçün şəxs ağır cinayətdə suçlanmalıdır. Bu məqsədlə mənim xüsusi ittihamçıya dediyim ksenofob (yəni, türkofob) sözünü AR Cinayət Məcəlləsinin 111-ci maddəsində nəzərdə tutulan Aparteid cinayətində ittiham kimi kimi qəbul ediblər. Aparteid cinayətinin nə olduğunu izah etməyə ehtiyac yoxdur, sadəcə onu deyim ki, soyqırımı, aparteid tipli cinayətlər heç ölkə məhkəmələrinin araşdırma predmeti ola bilməz, onlarla bağlı xüsusi beynəlxalq məhkəmələr yaradılır. Azərbaycanda nə vaxtsa Aparteid cinayətlərinin baş verməsi faktı mənə məlum deyil, amma yəqin ki,  hakim Elməddin Hüseynov bu haqda məlumatlıdır))). Türkiyədə yaşayan evdar qadını Azərbaycan xalqına qarşı Aparteid cinayətinin))) subyekti olmaqda ittiham etməyimlə bağlı şikayəti ciddiyə alıb icraata götürmək üçün  hakim ya "danabaş" olmalıdır, ya Prezident Administrasiyasının birbaşa göstərişini icra etməlidir ki, mən ikinci varianta üstünlük verirəm.

Mən Leyla Arif adlı şəxsi tanımıram, onunla heç vaxt qarşılaşmamışam, o Türkiyədə yaşayır, mən Azərbaycanda. Bir-birimizə qarşı şəxsi xarakterli ittihamlar səsləndirməmişik. Məsələn, mən onun geyimini, o mənim saç düzümümü tənqid etməmişik ki, bunu bu gün kimlərsə iki qadın arasında mübahisə kimi səciyyələndirsin.

Qarşı tərəf və Azərbaycan hakimiyyəti məsələnin ictimai-siyasi mahiyyətini bir tərəfə ataraq cəmiyyətə "iki qadının" hekayəsini ona görə servis edir ki, bu, ilk baxışda bu onların hər ikisinin işinə yarayır, çünki onların ikisi də məni ictimai-siyasi dəstəkdən məhrum edərək cəzalandırmaqda maraqlıdırlar. 

Ancaq baş verənlərə daha geniş və koqnutiv baxış məsələnin göründüyündən çox fərqli və mürəkkəb olduğunu üzə çıxarır. 

İlk baxışda görünən odur ki, Leyla Arif adlı gənc bir "talış aktivisti" Milli Şuranın rəhbərliyində təmsil olunan Gültəkin Hacıbəyliyə qarşı hakimiyyətin qisasçı, düşmən münasibətindən sui-istifadə edərək (bu da əxlaq və ləyaqət məsələsidir) onu məhkəməyə verməklə talış camiəsində tanınmaq, populyarlaşmaq,  özünə daha çox dəstək qazanmaq istəyib. Hakimiyyət əlbəttə ki, bu şansı əldən qaçırmayacaq və öz rəqibini cəzalandırmaq üçün bu fürsəti mütləq imkana çevirəcək. Eyni zamanda, rejim bu faktı cəmiyyətə Milli Şuranın talışlara və digər etnik azlıqlara qarşı olması kimi təqdim etməklə onu nüfuzdan salacaq və özünün multukultural imicini möhkəmləndirəcək.

Bu aysberqin üzdə olan və görünən tərəfidir. Məsələnin gerçək mahiyyəti isə daha dərində gizlənir. 

Leyla Arif Fuad Cəlilov adlı bir fb istifadəçisinin  profilində paylaşılan bir postun altında adımı tag edərək "Gültəkin Hacıbəylinin bütün Azərbaycanın türk olması iddiasına sizin çayxanada necə münasibət bildirirlər" tipli şərh yazıb. Göründüyü kimi burada həm təhqir (çayxana) həm böhtan (bütün Azərbaycanın türk olması iddiası, bu ksenofobiya ittihamıdır) elementləri var. Açıq-aydın görünür ki, Leyla Arifin məni mübahisəyə çəkmək niyyəti olub. Mən cavab olaraq həmin şəxsin onlarla fb paylaşımına  istinadən onu "separatçı və ksenofob (yəni, türkofob) adlandırmışam, bu gün də bu siyasi qiymətləndirmənin arxasındayam və məncə, Azərbaycan xalqı da bu mövzuda mənimlə həmrəydir.

Xüsusi ittiham qaydasında şikayətin mahiyyəti ondan ibarətdir ki, şəxs haqqında deyilən söz (təhqir və ya böhtan) ona ağır mənəvi zərbə vurmalı, mənəvi sarsıntı və əzab yaşatmalı, şəxsiyyətini alçaltmalıdır. Xüsusi ittihamçı şikayət ərizəsində yazır ki, mənim ona separatçı deməyim onu mənəvi cəhətdən alçaltmış, ağır mənəvi zərbə vurmuşdur. 

Onu da qeyd edim ki, bu şərh altı ay ya  bir il (dəqiq xatırlamıram) öncə yazılıb,  fb-da yalnız bir-neçə gün qalıb, onu çox məhdud sayda izləyici oxuyub, az sonra profilin sahibi tərəfindən status və onunla birlikdə şərh də silinib. Yəni, bu hazırda mövcud deyil, onu heç kim görmür, oxumur. Digər tərəfdən, Leyla Arifin Türkiyədə yaşaya-yaşaya, böyük ehtimalla Türkiyə vətəndaşı ola-ola (həyat yoldaşı Türkiyə vətəndaşıdır) fb-un Azərbaycan seqmentində 10-15 nəfərin oxuduğu və cəmi bir neçə gün mövcud olan bir şərhə görə hansı mənəvi əzablar yaşaması da, yumşaq desək, qaranlıq qalır. Məntiqlə, siyasi müxalifətin rəhbərlərindən və daha çox tanınan biri kimi onun barəmdə yazdığı təhqir və böhtan elementləri içərən ilkin şərhi məni çoxdan mənəvi iztirablardan qəhr edib öldürməli idi))).

Separatçı sözünə görə mənəvi cəhətdən alçalan, ağır mənəvi zərbəyə məruz qalan və hətta bir insanı həbs etdirəcək qədər çəkilməz iztirablar yaşayan şəxs məntiqlə separatizmə, separatçılara patoloji nifrət bəsləməli, onlara ikrah hissilə yanaşmalı, görəndə üzünü çevirib qaçmalıdır.

Separatçı sözündən ağır mənəvi sarsıntı və iztirab yaşayan adam separatçıbaşı Əlikram Hümbətovdan necə saatlarla müsahibə götürüb onun əməllərinə bəraət qazandıra bilər?! Separatçı sözü ilə mənəviyyatı alçalmış şəxs necə dönə-dönə "Talış-Muğan Respublikası ehtiyacdan yaranıb" fikrini səsləndirə, separatçı qurumun yaranmasına haqq qazandıra, bu təhlükəli ideyanı təbliğ edə bilər?! 

Təsəvvür edin ki, Əlikram Hümbətovun şəxsən özü mənə böhtan atmaqla (guya onunla görüşüb saatlarla söhbət etmişəm, hətta müsahibə almışam))) separatçı TMR-ın  liderlərindən biri olan Ataxan Əbilov məni və bütün Azərbaycan müxalifətini faşist adlandırmaqla Leyla Arifin müdafiəsinə qalxır, mənim cəzalandırılmağımı tələb edirlər. Yəni, separatçı qurumun prezidenti Əlikram Hümbətov və Konstitusiyasının müəllifi Ataxan Əbilov da separatçı sözünü ağır mənəvi sarsıntılara və iztirablara səbəb olan ən ağır təhqir hesab edir?! Bunu necə təsəvvür etmək olar?!)))

Bəs axı "iki qadın arasında mübahisə" idi, TMR-nın liderləri niyə döyüşə atılıb?!

Kimi aldadırsınız, cənablar? Siz gözünü müxalifətə qarşı kin və qisasçılıq örtmüş Azərbaycan hakimiyyətini uyuda bilərsiniz, bizi yox!

Leyla Arifin məni məhkəməyə verəcəyini anons etdiyi postun altında o çevrədə yeganə savadlı şəxs və heç şübhəsiz ki, bu məkrli planın ideya müəllifi olan Ataxan Əbilov yazır: "...Azərbaycanda xeyli faşist (bu, yəqin, tərifdir))) demokrat donuna bürünüb. Niyyəti bəyənirəm. Ən azı presedent yaratmaq üçün lazımdır. Ərizəni tərtib edib, sübutlarla cavabdehin yaşadığı yerin məhkəməsinə təqdim etmək lazımdır".


Ataxan Əbilov nəyin presedentini yaratmağı planlaşdırır görəsən?! 


Adamlar bu gün də öz əməllərindən peşiman deyillər, separatçı TMR-nın yaranmasını ehtiyacdan doğan tarixi zərurət hesab edirlər, yəni, separatçılığın özünü bu gün də dəstəklədikləri halda, onlara separatçı deyilməsini niyə özlərinə təhqir hesab etməlidirlər ki?! Digər tərəfdən, 10-15 adamın oxuduğu bir şərhə görə stress yaşayan, mənəvi sarsıntı keçirən, qəhr olan xüsusi iddiaçı bu qədər zəngin "yaradıcılığının" geniş yayılmasından sonra bütün xalqımız, o cümlədən Vətənimizi canından artıq sevən, özlərinin bu ölkənin gerçək sahibi saydıqlarını onun BÜTÖVLÜYÜ uyrunda Qarabağ savaşındakı fədakarlıqları və Vətən təəssübkeşliyi ilə bir daha təsdiq edən talış həmvətənlərimiz tərəfindən sərt bir şəkildə qınanılandan sonra, görəsən, necə yaşayır?! Yoxsa, onun sinir sistemi yalnız Milli Şura üzvlərinən gələn qıcığa reaksiya verir, minlərlə başqasına deyil?!  

Demək ki, gerçək hədəf Gültəkin Hacıbəyli deyil! Gerçək hədəf separatçılığa bəraət verilməsi, separatçılıq ideologiyasının siyasi reabilitasiyasıdır. Gültəkin Hacıbəyli, sadəcə, bu hədəfə çatmaq üçün hakimiyyətin gözünü kor etməklə yardım edəcək  bir vasitədir. Bu, təxminən, Moskva kreyserinin radar sisteminin  öncə Bayrakdarla vurularaq kor edilməsindən sonra gəminin Neptun raketləri ilə batırılmasına bənzər bir əməliyyatdır.

Görün Azərbaycan hakimiyyəti özünü dövlətçilik məsələlərində necə naşı və diletant təqdim edib ki, hətta Ataxan Əbilov da onu uşaq kimi əlinə şirinquş verməklə (al, müxalifətçi Gültəkin Hacıbəylini sənə verirəm, götür, parçala))) aldatmaq, başını Milli Şura üzərində zəfərlə))) qatmaqla Azərbaycan dövlətinin təməl sütunlarını sarsıdan etnik separatizmin siyasi reabilitasiyasına nail olmaq eşqinə düşüb! Və əminliklə deyim ki, o bunu Heydər Əliyevin mövcudluğunda ağlının ucundan belə keçirə bilməzdi.

Məhkəmə separatçıya separatçı dediyinə görə müxalifətin aparıcı simalarından biri haqqında ittiham hökmü çıxaracaqsa və ya türk millətini sistemli, ardıcıl və açıq şəkildə təhqir edən, Azərbaycan dövlətini azsaylı xalqlara qarşı kütləvi qətliam həyata keçirməkdə, 32 ildir İranı təhdid etməkdə,  Türkiyə dövlətini PKK problemini kürdlərdən monstr düzəltmək üçün süni şəkildə yaratmaqda ittiham edən, İranın Azərbaycana qarşı təhdidlərinə və ərazi iddialarına haqq qazandıran bir şəxsi cəzalandırmayacaqsa, bu, bu gün epizodik xarakterli və əsasən, xaricdən qidalandırılan etnik separatizm, ksenofobiya ideyalarının artıq yerli zəmində və daha geniş dəstək qazanmasına rəvac verəcəkdir. Eyni zamanda,  cəmiyyətin bu kimi təhlükəli hallara qarşı müqaviməti zəifləyəcək, özünüqoruma immuniteti sarsılacaqdır, çünki insanlar Gültəkin Hacıbəylinin buna görə başına gələnləri hələ uzun müddət yaxşı xatırlayacaqlar. Görəsən Azərbaycan hakimiyyəti hansı tələnin içinə düşürüldüyünün fərqindədirmi?!

Mən bu yazını gerçək bir xəyal qırıqlığı ilə yazıram. İlham Əliyev bu gün var, sabah olmayacaq, amma bu dövlət mənimdir. Mənim övladımındır. Bizimdir. Bizim balalarımızındır. Onun təhlükəsizliyinin belə səriştəsiz, burnundan uzağı görməyən əllərdə olmasını,  hətta ən strateji məsələlərlə bağlı qərarların qəbulunda müxalifətə olan kinin, hikkənin, qisasçılıq hissinin dövlət böyüklərinin gözünü, məntiqini, düşüncəsini qapatmasını seyr etmək inanın ki, çox üzücüdür.


P.S. Bu rüsvayçılığın səmimi, vətənpərvər talış xalqına heç bir aidiyyatı yoxdur. Dostlarım, qohumlarım, ailə üzvlərim arasında çox sayda talış var. Tək bircə talış (o cümlədən ləzgi, tat, avar, hətta rus) vətəndaşımız Qarabağ savaşında bizə arxa çevirmədi, tək bircə fərarimiz olmadı. Hamımız birlikdə bu Vətənə sahib çıxdıq, onun BÜTÖVLÜYÜ uğrunda savaşdıq. 

Talışlar mərd insanlardır. Bütün Azərbaycan xalqının, o cümlədən talış həmvətənlərimizin hüquqları uğrunda savaşdığı üçün hakimiyyətin ən sərt repressiyalarına məruz qalan, ən ağır məhrumiyyətlər yaşayan bir qadına fürsətdən yararlanaraq namərdcəsinə hücum etmək, onu cəzalandırmaq üçün hakimiyyətə maşalıq etmək talışın əxlaqında yoxdur. Bunu hər kəsin nəzərə almasını istədim.


Gültəkin Hacıbəyli

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qulu Məhərrəmlinin həbs təhlükəsi hələ də aktualdır

    Qulu Məhərrəmlinin həbs təhlükəsi hələ də ...

    2-04-2016, 02:09

  • 
  • "Leyla Arif nə deyir?" - MƏHKƏMƏ VAR!

    "Leyla Arif nə deyir?" - MƏHKƏMƏ VAR! ...

    8-12-2022, 16:08

  • 
  • Qənimət Zahid məhkəməyə cəlb edilir

    Qənimət Zahid məhkəməyə cəlb edilir ...

    24-10-2014, 10:36

  • 
  • Bakıda iki qadın arasında qanlı dava: qadın həmcinsinin barmağını kəsdi

    Bakıda iki qadın arasında qanlı dava: qadın ...

    7-11-2013, 11:34

  • 
  • Prokuror Şirin Cəfəriyə 5 il həbs cəzası istədi

    Prokuror Şirin Cəfəriyə 5 il həbs cəzası istədi ...

    3-02-2016, 20:10


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (446)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu